Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

”Azərbaycanın hərbi gücünün qarşısında Ermənistan heç nədir”

Türkiyə Böyük Millət Məclisi Milli Müdafiə Komissiyasının üzvü, Cümhuriyyət Xalq Partiyasının İstanbuldan olan millət vəkili Dursun Çiçəkin APA-ya müsahibəsi:

-Bir il əvvəl Suriyada həyata keçirilən “Fərat qalxanı” əməliyyatı davam edərkən bizə verdiyiniz müsahibədə Türkiyənin qərarlı şəkildə separatçıları bölgədən təmizləməsinin vacibliyini vurğulamışdınız. Gəldiyimiz nöqtədə Türkiyə orada yeni bir əməliyyata hazırlaşdığını təkidlə bəyan edir. Vəziyyəti necə dəyərləndirirsiniz?

– “Fərat qalxanı” əməliyyatının əsas məqsədi bölgədə Türkiyə üçün təhdid yarada biləcək separatçı qüvvələrin oradan uzaqlaşdırılması və Türkiyənin Orta Şərqə açılan quru yolu qapısının təhlükəsiz vəziyyətdə olmasıdır. Əməliyyat öz məqsədinə çatdı, separatçı-terrorçu qüvvələr oradan uzaqlaşdırıldı. Ancaq indiki mərhələdə onlar yenidən imperialist qüvvələrdən dəstək alaraq Türkiyənin cənub sərhədlərində qarışıqlıq yaratmağa çalışırlar. Afrin bölgəsi PKK terror təşkilatının bazasıdır, onlar oradan bizim tərəfə keçərək sərhədyanı vilayətlərimizdə terror aktları törədirlər. İmperialistlərin indiki mərhələdəki əsas məqsədi oradan Türkiyəni mühasirəyə alaraq qurmağı planlaşdırdıqları kürd dövlətinə dəhliz açmaqdır. Bunun üçün ordumuz maksimum dərəcədə güclü səviyyəyə gətirilməlidir ki, planı həyata keçirmək üçün maşa kimi istifadə edilən terrorçu qruplar bizdən qorxsunlar. Əsas şərt budur.

– Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq, Məsud Bərzani İraqın şimalındakı kürd bölgəsində müstəqillik elan etməkdən vaz keçmir. Bunu da eyni imperialist plan çərçivəsində dəyərləndirmək lazımdırmı?

– Bərzani də FETÖ kimi beynəlxalq imperialist qüvvələr tərəfindən dəstəklənən və bizə qarşı istifadə edilən qrupun başındadır. 15 iyulda FETÖ bizim başımıza necə oyun açıb ordumuzu zəiflətməyə çalışdısa, Bərzani də bundan istifadə edərək imperialistlərin planlarını həyata keçirməyə çalışır. Bunlar, türk millətinin 1920-ci illərin əvvəlində cırıb atdığı Sevr layihəsinin yenidən bizə qəbul etdirmək cəhdləridir. FETÖ-də eyni planın içindədir, Bərzani də. Türk ordusu güclü olanda heç kim bu cür şeylərə cəsarət edə bilməz, 15 iyulda FETÖ-nün əli türk ordusunu zəif hala gətirərək Bərzani üzərindən Türkiyəyə qarşı yeni bir oyun oynamağa çalışırlar. 26 sentyabrdakı referendumun ləğv edilməsi üçün Türkiyə axıra qədər qərarlı şəkildə mübarizə aparacaqdı. Bu məsələdə Suriya, İraq və İranla da əlbir şəraitdə işləməliyik. İndi tarixi türkmən şəhəri olan Kərkükün də 26 sentyabrdakı referenduma daxil ediləcəyinə dair söz-söhbətlər var. Bir millət məzhəb baxımından iki yerə bölünməz. Təəssüf ki, imperializm İraq türkmənlərini şiə-sünni deyə-deyə iki yerə bölüb. İndi əsas məsələ-onların məzhəbçilyi bir tərəfə qoyub tək millət halında, milli duyğular içində Bərzaninin referendumuna qarşı mübarizə aparmaqdır. Türkmənlər milli bütövlük prinsipi ətrafında birləşməlidirlər.

-Türkiyənin Cənub və Cənubi-Şərq sərhədlərinin o tərəfində bu cür sıxıntılı vəziyyətlər olduğu halda, Şimalda Rusiya ordusunu Qafqazdakı vassalı olan Ermənistanın ordusu ilə birləşdirdi. Türkiyə baxımından bu vəziyyət necə təhlil edilməlidir?

-Burada Türkiyə üçün hər şeydən önəmli məsələ- Azərbaycanın erməni işğalı altında olan torpaqlarının azad edilməsidir. Ermənistan və ermənilərin Qərb diasporası işğal altında olan Azərbaycan torpaqları probleminin gündəmə gəlməməsi üçün Türkiyəyə qarşı 1915-ci il böhtanlarını irəli sürürlər. Türkiyə ilə Azərbaycanın əsas strateji hədəfi – Rusiyanın Ermənistanın arxasından çəkilməsinə nail olmaqdır. Bunun üçün lazım gəlsə, pərdə arxasında Rusiyanı istəməyən Ermənistan müxalifətinə yollar da göstərilməlidir. Mən qardaş Azərbaycanın Qarabağ bölgəsinə dəfələrlə getmişəm. Ermənistanın orada hər hansı gücündən söhbət gedə bilməz, Azərbaycanın hərbi üstünlüyü açıq-aşkardır, Ermənistan isə sadəcə Rusiyaya arxalanır. İqtisadi cəhətdən zəif olan Ermənistanın orada uzun müddət qalması mümkün deyil. Əsas məqsəd -Rusiyanın bölgədən uzaqlaşmasına nail olmaqdır.

– Bəs yaranmış vəziyyətdə Türkiyə ilə Azərbaycan öz hərbi potensiallarından müştərək şəkildə necə istifadə etməlidirlər?

– Türkiyə ilə Azərbaycan “Bir millət, iki dövlət”dir. Hazırda hərbi sahədəki münasibətlər yaxşı səviyyədədir və yüksələn xətlə inkişaf edir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq səmərəlidir, müştərək hərbi təlimlər keçirilir. İndiki halda Azərbaycan NATO-ya üzv olmasa da bir çox planlarını ən müasir şəkildə Türkiyə ilə birlikdə reallaşdıra bilər. İqtisadiyyatı zəif olan Ermənistanın hərbi xərclərinin əvvəl-axır tükənəcəyini görmək üçün münəccim olmağa ehtiyac yoxdur. Təkrar edirəm: əsas strateji hədəf Kremlin İrəvandan öz dəstəyini çəkməsinə nail olmaqdır. Türkiyə ilə Azərbaycan bütün sahələrdə münasibətlərini dərinləşdirərkən bəhs etdiyim strateji hədəf üzərində də səbirlə çalışmalıdır. Ermənistan ordusunun Rusiyaya birləşdirilməsinə veriləcək ən düzgün strateji cavab da bu olacaq.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930