Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Xəyanət

Hidayət Elvüsal

 

(Atasını öldürdü ki, goruna and içsin – el misalı)

 

Yəni kollaborasionistlər. Bu ifadə İkinci Dünya Müharibəsi zamanı Fransada meydana gəlib. Faşistlərlə əməkdaşlıq edən ölkə vətəndaşlarına belə ad verilib.

Əslində kollaborasionizm özünü düşmənlə eyni ağızdan danışmaqda, eyni mövqe nümayiq etdirməkdə də göstərir. Bunu ən adi gözlə görünən, hamımızın rast gəldiyimiz misallarda aydın görmək olur.

 

Son vaxtlar xalq şairi Səməd Vurğuna qarşı hücumlar bir hadisəni xatırladır. Azərbaycana qarşı torpaq iddiası yenicə başlayanda, münaqişə yeni-yeni genişlənəndə, ermənilər Səməd Vurğunun oradakı heykəlini uçurdular. Və bu gün özümüzünkülərin xalq şairinə qarşı əsassız, insafsız, birtərəfli hücumları, dolayısı yolla mənfur düşmənlə biləvasitə əməkdaşlıq təsiri bağışlayır. Yəni bilərəkdən və bilməyərəkdən kollaborasionizm kalafasına yıxılanlar bunu bəlkə də dərk etmirlər.

Aşıq Ələsgər də eyni aqibətlə “qarşılaşdı”. Göyçədə abidəsi dağıdıldı, buralarda ünvanına ləyaqətsiz, savadsız, diletant xarakterli iddialar irəli sürüldü. Yəni ermənilərin hərəkətlərinə dolayısı yolla haqq qazandırdılar.

 

Niyə?!

 

Ucuz, düşük, axmaq… reklam üçün ki, bu yolla gündəmə gəlsinlər.

Belələrinin şou-biznesdəki boşanmışlar ordusundan elə də fərqi yoxdur. Orada saçyoldu, ərini, hətta bacısını “baqaja” qoyub təpikləşənlər, kəllə atanlar daha çox diqqət mərkəzində olur. Burada isə məşhur, ad-san sahibləri, sənət, elm adamları… hədəf seçilir. Və bu yolla bircə anda müzakirə obyektinə çevrilir, gündəmə gəlirlər. Neynəsinlər? Gərək böyük şəxsiyyətlərin münasib yerindən yapışsınlar ki, bunları hərləyib… gündəmə soxan olsun.

Üzeyir bəy, Mirzə Cəlil, Sabir… daha sonra Anar, Ramiz Rövşən… Bax, belə insanların ünvanına olmazın ifadələrini işlətməsələr adları heç… o dəftərdə də olmaz.

Kimdi bunlar? Zavallılar! Hansı soydan gəliblər? Səməd Vurğunun bir-iki şeiri, mənzum dramı bəs edər ki, ədəbiyyat tarixində qalsın. Bu millətə, sənətə iki böyük övlad – Yusif Səmədoğlu və Vaqif Səmədoğlu kimi istedadlar bəxş edən bir ataya çamur atanda, dönüb özlərinə və öz arxivlərinə də baxsınlar. Bu millətin ürəyindən Səməd Vurğun sevgisini çıxarmaq mümkündürmü?

 

Bir qəribəlik də var. Bu qarayaxanların əksəriyyəti az-çox istedad sahibləridir. Amma səbr edə bilmirlər. Daha tez tanınmaq üçün əslində illər boyu sevdikləri insanlara qarşı nankorluq edirlər və tələsiklik onları kollaborasionist şəklinə salır.

 

Lap bu yaxınlarda, necə deyərlər, ultra kollaborasionistlərdən biri, Milli Qəhrəman Mübariz İbrahimova dil uzatmışdı. Yazıbmış ki, Mübariz qəhrəman deyil, əsl qəhrəman öldürən yox, yaşadandır?

 

Oğul bala, bu sözləri ERMƏNİ ƏSGƏRİNƏ də demisənmi? Bu millətin torpağını işğal edən, körpəsini, qocasını, qadınını qan gölündə boğan, qız-gəlinə təcavüz edən ERMƏNİ ƏSGƏRİNƏ…

Deməmisən! Silahsız, müdafiəsiz, MÜLKÜ ƏHALİYƏ qarşı qəddarlıq edən işğalçı ERMƏNİ ƏSGƏRİNƏ deməmisən. Əksinə, onunla biləvasitə əməkdaşlıq edirsən. Çünki kollaborasionistsən! Satqınsan!

Erməni işğalçılardan fərqli olaraq Mübariz onların mülkü əhalisinə, körpəsinə, qadınına qarşı yox, işğalçı ERMƏNİ ƏSGƏRİNƏ (!!!) qarşı döyüşdü, QƏHRƏMAN oldu.

ASALA erməni terror təşkilatıdır. Bu təşkilatın ən qəddar üzvlərindən biri olan Monte Melkumyan Qarabağda çox qanlar axıtdı. Əsir düşmüş mülkü insanlara əzab verdi, başlarını kəsdi, gözlərini çıxardı. İbad Hüseynov kimi bir qəhrəman övladımız onu məhv etdi.

 

Etməyəydi? Sənin az qala təriflədiyin o erməni qaniçənlərini yaşatmaq lazım idi? Kimə lazım idi? Sənin kimilərinə?!

Belələrinə bir məsələni də xatırlatmaq yerinə düşər. Hakim bizim Ramil Səfərovdan soruşur:

 

– Siz onu (yəni erməni zabiti Qurgen Markanyanı – red.) öldürməyə də bilərdiniz.

 

Cavab:

 

– Cənab hakim! Bayraq hər bir millətin qüruru, şərəfidir! O mənim bayrağımı təhqir etdi…

 

Əlavə sözə, ifadəyə, izaha ehtiyac yoxdur!

 

Əslində söyləmək istədiklərimizi çox qısa şəkildə nəzərinizə çatdırdıq. Belələri yenə olacaq. Bilərəkdən, ya da elə bilməyərəkdən gündəmə gəlmək üçün, dolayısı yolla düşmənlə əməkdaşlıq edən kollaborasionistlərlə yenə qarşılaşacağıq.

Erməni quldurlara hər cür dəstək verən aktyor Armen Ciyərxanyanın boynunu qucaqlayıb şəkil çəkdirən nazir qızı unudulmayıb. Və…

…biz də unutmayaq ki, bunlar gündəmə gəlmək üçün müvəqqəti şöhrət, tanınma… yollarıdır. O yollar ki, halal, əsl şöhrət, nüfuz mənzilinə gedib çata bilmir…

 

Və halal yolla dünya şöhrəti qazanmış Lütfüzadə son günlər bunların hədəfinə çevrilib. Aralarında paxıllar da var, kollaborasionistlər də.

Ermənilər belələrinin sözlərindən, hərəkətlərindən gen-bol istifadə edirlər. Axı, əməkdaşlıq edirlər, dolayısı yolla həmkardırlar…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Avqust 2017
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031