Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Azərbaycan Avropa və Asiyanın qovuşduğu yerdə Şərqlə Qərbi birləşdirir”

20 iyun 2017-ci il tarixdə Fransanın “Aqora Vox”  vətəndaş mediası saytında Azərbaycan Respublikasının Fransadakı səfiri Elçin Əmirbəyovun müsahibəsi dərc olunub. yknews.az saytı həmin müsahibənin tərcüməsini oxucuların diqqətinə təqdim edir.
 

http://www.agoravox.fr/tribune-libre/article/l-azerbaidjan-un-pays-musulman-194267

 

Azərbaycanın Fransadakı səfiri cənab Elçin Əmirbəyovla müsahibə
 

Jurnalist Alen Rumstınd: "Yaxın Şərqdəki islam dövləti ətrafında yaranmış böhranla bağlı müsəlmanların, sünnülərin, şiələrin barəsində məqalələrin yazıldığı Fransada bu gün Azərbaycan haqqında az danışılır. Axı, eyni zamanda həm müsəlmanlığı, həm də dünyəviliyi ilə sizin ölkə orijinal bir nümunədir".
 

Elçin ƏMiRBƏYOV: "Azərbaycan dünyəvi dövlət və dini dözümlülük prinsipinə çox bağlıdır. Doğrudan da, onun çoxəsrlik mədəniyyəti və tarixi fərqli sivilizasiyalardan və mədəniyyətlərdən miras qalan elementləri harmoniyalı bir şəkildə özündə birləşdirir. Bu ölkə iki qitənin qovşağında yerləşir. O, Avropa və Asiyanın qovuşduğu yerdə Şərqlə Qərbi birləşdirir. Bugünkü Azərbaycan müsəlman Şərqinin ilk demokratik parlamentarizmini yaratmış Azərbaycan Demokratik Respublikasının (1918-1920) varisidir. 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra bu gənc demokratiyaya yenidən yol açıldı. Məhz, bunun sayəsində ölkədə fərqli dinlərin bir-birinə qarşı qarşılıqlı hörməti bərpa olundu".
 

A.R. :"Fransa dünyəviliyə1905-ci il qanunu ilə qərar vermişdir. Sizin ölkə dünyəviliyi necə bərpa edib?"
 

 E.ƏMİRBƏYOV : "Fransa mənşəyinə, irqinə yaxud da dininə fərq qoymadan bütün vətəndaşların qanun qarşısında bərabərliyinə zəmanət verir. O, bütün inanclara hörmət edir.
Mənim ölkəm Birinci Rüspublika yaranan zaman, məhz, belə bir dünyəvilik fəlsəfəsinə can atmışdır. Həmin Birinci Respublika insanların fundamental hüquq və azadlıqlarına zəmanət vermiş və 1918-ci ildə Azərbaycan qadınlara seçki hüququ vermişdir.

Amma bizim tarix Fransaın tarixindən fərqlənir. Bizim ölkə uzun əsrlər boyu müxtəlif dinlər üçün sığınacaq olmuşdur."
 

 A.R. :"Sizin ölkədə dinlərə üfüqi bir səyahət edə bilərikmi?"
 

 Elçin ƏMİRBƏYOV: "Bu gün ölkə əhalisinin 90%-nin dini islamdır ki, bunun da70%-i şiə, 30%-i sünnüdür.İrandan sonra Azərbaycan şiələrin ən çox faiz təşkil etdiyi ölkədir.

İudaizm Azərbaycanda hələ b.e.ə. 1-ci minillikdə mövcud olmuşdur və üç fərqli icmadan ibarətdir: Dağ yəhudiləri, Askenazlar və Georgiyanlar. Onların sayı təxminən 25000-dir.

Xristianlıq azlıq təşkil edir: 5% xristian; 2,5 % rus pravoslavları. Protestantların sayı bir neçə mindir və roman katolikləri bir neçə yüz nəfərdən ibarətdir. " 
 

 A.R.: "Azərbaycanın da tərkibində olduğu Sovet İttifaqı dini planda nə kimi rol oynamışdır?"
 

Elçin ƏMİRBƏYOV:"Bütün kultları qadağan etmiş, məscidləri, məbədləri, kilsələri dağıtmış 71 illik formal sovet « dünyəviliyindən » sonra ibadət yerlərinin yenidən bərpa edilməsi vətəndaşlara öz inanclarına ibadət etmək üçün zərurətdən doğan bir addım idi.

Bu gün Azərbaycan mənşəyinə, irqinə, dininə fərq qoymadan bütün vətəndaşların qanun qarşısında bərabərliyini təmin edən dünyəvi Respublikadır. İndi ölkə, əksəriyyəti şiələrdən ibarət olan və eyni zamanda dünyəviliyə sadiq qalan güclü dini dözümlülük ənənələri yaratmış yeganə ölkədir.

Təsadüfi deyildir ki, Papa II Jan Pol 2002-ci ilin may ayında və Papa Fransisk 2016-cı ilin 2 oktyabrında əksəriyyəti müsəlman olan bu Qafqaz ölkəsinə səfər etmişlər.

Bu gün bizim ölkə həm Avropa Şurasının, həm də İslam Əkədaşlıq Təşkilatının üzvüdür.

Biz göstərmək istəyirik ki,bizim model mövcuddur. Bu model hər cür fanatizmə və radikalizmə qarşı sülhü təmin etməyə ümid edərək sübut etməyə çalışır ki, islam dünyəviliklə və fundamental azadlıqlarla yol gedə bilir."
 

 A.R. :"Deməli, sizin ölkə beynəlxalq səviyyədə dialoq yaratmağa cəhd edir?"
 

Elçin ƏMİRBƏYOV : "Dünyəvi dövlət xarakterinə, dini dözümlülüyə və multikulturalizmə bağlılığı ilə Azərbaycan mədəniyyətlər və dinlər arası dialoq üçün təbii platformaya çevirmişdir.

Bundan başqa, Azərbaycan neçə illərdir ki, Dinlərarası və Mədəniyyətlərarsı Dünya Forumu, Dünya Humanitar Forumu kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmiş və həmçinin ötən il çoxlu dövlət və hökumət başçılarının iştirak etdiyi Birləşmiş Millətlərin Sivilizasiyalar Alyansının 7-ci Dünya Forumu da Bakıda keçirilmişdir.  Onu qeyd edim ki, ötən il ölkəmizdə “multikulturalizm ili"  elan edilmişdir. "
 

 A.R. :Millətlərarası dialoqun bərqərar olması üçün Azərbaycanın həm də iqtisadi planları olmalıdır. 2017-ci ildə hansı iqtisadi inkişafı planlaşdırırsınız?"
 

Elçin ƏMİRBƏYOV: "86 600 kvadrat kilometr ərazisi və təxminən 10 milyon əhalisi olan Azərbaycan strateji əhəmiyyətli yolayrıcında yerləşir və maraqlı geosiyasi mövqeyə malikdir.

Azərbaycanın kökləri öz yeraltı sərvətlərindən müqayisə olunmayacaq dərəcədə daha dərin, onun mədəni irsi isə hidrokarbonat ehiyatlarından daha zəngin və rəngarəngdir.

Neftin ilk dəfə sənaye üsulu ilə istismarı, ilk dəfə dənizinin dərinliklərindən neft çıxarılması da məhz bizim ölkəmizdə baş vermişdir.

Azərbaycan zəngin qaz yataqlarının olduğunu sübut edən, birbaşa torpaqdan çıxan əbədi alovu ilə tanınır. Bu yaxın keçmişdə neft və qaz sektorunun genişlənməsi, çoxlu boru kəmərlərinin çəkilişi Azərbaycanın energetika sahəsindəki siyasətinin göstəricisidir. Sonuncu 20 il boyunca ölkəmiz regionun, Avropanın və eləcə də dünyanın qalan hissəsinin enerji təhlükəsizliyinə töhfəsini verməyə səy göstərmişdir. Yoxsulluq və işsizlik 5%-in altına düşüb. Bizim iqtisadiyyatımız 2004-cü ildən bəri üç dəfədən çox artıb, xarici borcumuz isə yalnız ÜDM-nin 20%-i qədər olmuşdur. Davos İqtisadi Forumunun qlobal rəqabətədavamlılıq barədə hesabatında Azərbaycan iqtisadiyyatının yeri 148 ölkə siyahısında 37-cidir. Tikintisinin gələn il başa çatması gözlənilən  Bakı limanını Xəzər bölgəsinin ən böyük limanı olacaq.

1991-ci ildə müstəqilliyin bərpa olunmasından sonra mənim ölkəm Bakıda və regionlarda müasir turizm infrastrukturu yaratmaq üçün xeyli yatırım etmişdir. Beynəlxalq tədbirlərin keçirilməsinə üstünlük verən Bakı beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir. 2012-ci ildə 57-ci Avrovizia mahnı yarışması, 2015-ci ildə birinci Avropa İdman Oyunları, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının  7-ci Forumu, 2017-ci ildə 4-cü İslam Oyunları buna misal ola bilər. 2020-ci ildə isə Futbol üzrə Avropa Çempionatının bəzi oyunları Bakının Olimpiya stadionunda keçiriləcəkdir."

 

A.R. :"Fransa və Azərbaycan arasında əlaqələr nə yerdədir?"
 

Elçin ƏMİRBƏYOV: "Fransa və Azərbaycan arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. İndiyə qədər Fransa müəssisələri enerji, aviasiya, kosmos sənayesi, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı və sair sahələrdə həyata keçirilmiş 30-a yaxın layihədə iştirak etmiş və Aəzrbaycan iqtisadiyyatına 2.2 milyard dollardan artıq yatırım etmişdir. Beləliklə də bu gün 50-dən artıq Fransa müəssisəsi Azərbaycanda uğurla çalışır.
 

A.R. :"Prezident İlham Əliyevə Avropada bütün hakimiyyəti öz əlində cəmləşdirən prezident kimi baxırlar. Azərbaycan hakimiyyətin bölünmədiyi ölkə hesab olunur?"
 

Elçin ƏMİRBƏYOV: "Bu, prezident idarə üsullu Respublikadır. Ölkənin əsrlərdən bəri mövcud olan dövlətçilik ənənələri olmuş və yüz il olar ki, üzünü respublika dəyərlərinə çevirmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının elan olunması Şərqdə ölkənin müxtəlif milli və dini qatlarını təmsil edən və fərdlərin hüquq və azadlıqlarının qarantı olan milli Parlamentin yaradılması, o cümlədən 1918-ci ildə  qadınlara seçki hüququ verilməsi hələ 100 il öncə bir sıra Avropa dəyərlərinin hüquqi qəbulunun başlanğıcını göstərir. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası müsəlman dünyasında ilk dəfə olaraq demokratik və dünyəvi bir rejim qurmağa nail olmuşdur. Təəssüflər olsun ki, bu Respublika yalnız 23 ay mövcud olmuşdur, 1920-ci ilin 28 aprelində bolşeviklərin qırmızı ordusu Azərbaycanı işğal etmiş və 1922-ci ildə ölkə SSRİ-nin tərkibinə qatılmışdır."
 

A.R. :"SSRİ dağılan zaman Azərbaycanda müəyyən bir iğtişaşlar dövrü oldumu?
 

S.E. AMIRBAYOV:"1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illəri bir sıra siyasi, ictimai-iqtisadi problemlərlə yadda qalmışdır. Ölkəmiz əhalinin həyat səviyyəsinin düşməsi, çox yüksək infilyasiya səviyyəsi ilə müşaiyət olunan iqtisadi böhran və Ermənistan tərəfindən elan olunmamış müharibə ilə üz-üzə qalmışdı. Siyasi iqlim anarxiya ilə müşaiyət olunurdu və əhali siyasi və iqtisadi planda əsil şok yaşamışdı."
 

A.R. :"Qərbdə Dağlıq Qarabağ münaqişəsi pis anlaşılır, az analiz olunur və hətta unudulur?
 

Cənab E. ƏMİRBƏYOV:"Münaqişə ilə bağlı bir haşiyə: Dağlıq Qarabağ münaqişəsi Ermənistanın ərazi iddiaları nəticəsində başlanmışdır və Azərbaycan torpaqlarının böyük bir hissəsi – 20%-ə yaxını, Qarbağdan da kənarda yerləşən ərazilər Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. Bü ərazilərin işğalı beynəlxalq hüququn aşkar pozulması hesab olunduğu üçün BMT və Avropa Şurası tərəfindən pislənilmişdir. Əslində, 1993-cü ildə Təhlükəsizlik Şurası bir-birinin ardınca 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələr erməni silahlı qüvvələrini işğalçı adlandıraraq onların dərhal, heç bir şərt qoymadan işğal etdikləri bütün Azərbaycan torpaqlarndan çəkilməsini tələb edir. Bu münaqişə nəticəsində Azərbaycanın içində məcburi köçkünlər və qaçqınlar əmələ gəldi ki, onların da sayı bir milyondur, əhalinin 11%-ni təşkil edir."
 

A.R. :"Problemin həllində Fransadan nə gözləyirsiniz?"
 

Cənab E. ƏMİRBƏYOV: "Fransa Rusiya və ABŞ ilə birlikdə ATƏT-in Minsk Qrupuna həmsədrlik edir. Təəssüflər olsun ki, bu cəhdlər bu faciəvi münaqişənin həlli istiqamətində hələ ki,heç bir nəticə vermir. Bununla belə Fransanın cəhdləri həmişə Azərbaycan tərəfindən dəyərləndirilmişdir və biz inanırıq ki, Prezident Makronun yeni administrasiyası bu münaqişənin həlli istiqamətində danışıqlar yolu ilə ədalətli, davamlı sülhün əldə edilməsi üçün çalışmalarını davam etdirəcəkdir. "
 

A.R. :"Qərbdə ölkənizdə müxalifəti tam inkar edən bir rejimin yaranması ilə bağlı suala qayıdaq"
 

S.E. AMIRBAYOV :"Yalnız 1996-cı ildən etibarən Azərbaycanda siyasi sabitlik mövcuddur və məhz, bu sabitliyin sayəsində vacib iqtisadi və siyasi islahatların həyata keçirilməsinə başlanmışdır. 70 il sovet rejimi altında yaşadıqdan sonra ölkə yenidən üzünü Qərbə çevirmişdir. 1918-ci il Birinci Demokratik Respublikanın varisi olan Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür, 1992-ci ildən ATƏT-in üzvüdür və 1996-cı ildən Avropa İttifaqının tərəfdaşıdır.

Müstəqilliyi bərpa olunandan bəri Azərbaycan öz qanunvericiliyini dəyişdirərək, davamlı şəkildə siyasi, iqtisadi və institutsional islahatlar həyata keçirərək Avropaya yaxınlaşmaqda davam edir. Konkret olaraq, Azərbaycanhələ 1998-ci ildə ölüm cəzasını ləğv etmiş, Avropa Şurasına üzv olmuş və Avropa İnsan Haqları Məhkəməsini qəbul etmiş, Avropa Şurasının çoxsaylı konvensiyalarına qoşulmuş,2002-ci ildə İnsan haqlarının müdafiəsi institutu -Ombudsman yaradlmışdir. 1918-ci ildə seçki hüququ qazanmış qadınlar ölkənin siyasi və ictimai həyatında fəal iştirak edirlər, ölkə azad bazar iqtisadiyyatına keçmişdir.

Seçki Məcəlləsini dəyişdirmək üçün Azərbaycan Avropa Şurasının Venetsiya Komissiyası ilə sıx əməkdaşlıq edir. Məhkəmə sistemində islahatlar Avropa Şurasının ekspertlərinin iştirakı ilə həyata keçirilir.

KİV sahəsində, vətəndaş cəmiyyəti ilə dialoq, korrupsiyaya qarşı mübarizə sahəsində layihələr həyata keçirərkən beynəlxalq təşkilatlarla – Avropa Şurası, Avropa Birliyi ilə sıx əməkdaşlıq edilir.

Ölkədə 55 siyasi partiya qeydiyyatdan keçmişdir. İntenet azaddır . Azərbaycan intenet istifadəçilərinin sayına görə Qafqazda birincidir. 500-dən çox qəzet, iyirmiyə qədər informasiya agentliyi, 10-a yaxın televiziya kanalı, çoxlu sayda yerli televiziyalar, iyirmiyə yaxın radio kanalı, o cümlədən də müxalif yönümlü qəzetlər və internet saytları fəaliyyət göstərir".

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2017
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930