Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

Ətraflı

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

Ətraflı

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

Ətraflı

Laçın 25 il əvvəlin 17 mayında – Keçmiş tağım komandiri: “İşğalın 5 gün gecikməsinə nail olduq”

Sabah Laçın rayonunun işğalının 25-ci ildönümü tamam olacaq.

1992-ci il may ayının 18-də Laçını işğal edən Ermənistan silahlı qüvvələri rayonu qarət və talana məruz qoyub. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz dədə-baba yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub, itkin düşüb.

Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.

İşğalçı dövlət beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, hazırda Laçında qanunsuz məskunlaşma aparır.

Müsahib o zaman Laçında yerləşən hərbi hissənin tağım komandiri olmuş İsabala Əsgərovdur.

O, 1992-cü ilin 17 mayını ürək ağrısı ilə xatırlayır…
 

“Əfqanıstanda döyüşən qüvvələr Laçında vuruşurdu”
 

“Artıq mayın 17-də Laçındakı vəziyyət dözülməz həddə çatmışdı. Bir tərəfdən silah-sursat tükənmişdi, digər tərəfdən də yuxarıdakıların başı hakimiyyət uğrunda savaşa qarışmışdı. Laçına güclü təzyiqlər mayın 5-dən başlamışdı. Ermənistan və rus qoşunları əl-ələ verib Laçının və Şuşanın işğalını həyata keçirməyə çalışırdılar. Buna baxmayaraq, Laçının qəhrəman oğulları döyüş bölgələrinə səpələnmişdi. Heç kəs səngərdən çıxmırdı. Bizim polkun üzvləri Əfqanıstan müharibəsində döyüşmüş insanlar idi. 1979-1981-ci illərdə Əfqanıstan döyüşlərində mən də iştirak etmişəm. Əfqanıstan döyüşçülərindən ibarət dəstənin üzvləri Laçının müdafiəsində canla-başla xidmət göstərirdi. Əsas missiyamız döyüş əməliyyatlarını uğurla həyata keçirmək idi”.
 

“Etibar Məmmədov heç kim idi”
 

İsabala Əsgərov deyir ki, o dövrdə hakimiyyət adamları nə etdiklərini bilmirdilər.
 

“Lakin Şuşa ermənilər tərəfindən işğal olunandan sonra Laçın mühasirədə qaldı. Laçındakı döyüşçülərin bir missiyası da qadınların, uşaqların, yaşlıların erməninin əlinə keçməsinə mane olmaq idi.  70 minə yaxın insanı mühasirədən çıxarmaq lazım idi. Başqa çıxış yolumuz da yox idi. Təəssüf ki, Şuşada döyüşən qüvvələr Laçında döyüşmədilər və qaçıb getdilər. Müəyyən  qüvvələr var idi ki, onlar da  təxribatçı işlərlə məşğul idi. Ölkədə hakimiyyət davası gedirdi. Ona görə də Laçının müdafiəsi üçün bizə heç bir kömək gəlmirdi. Ayaz Mütəllibovun silahlı dəstələri bizi köməksiz qoyub gedəndən sonra qruplaşmalar yaranmışdı. Həmin qruplaşmalar xarici ölkələrə işləyirdi. İşğal ərəfəsində o zamankı müdafiə naziri Rəhim Qazıyev Laçına gəlməmişdi. Qaçıb hardasa gizlənmişdi. Onu tapmaq mümkün deyildi. Amma o zamankı AXC nümayəndəsi Etİbar Məmmədov Laçına gəlmişdi. Həmin vaxt Etibar Məmmədov heç kim idi. Onun sözü keçmirdi. Etibar Məmmədov universitet tələbələrini döyüşlərdə iştirak etmək üçün özü ilə Laçına gətirmişdi. Onlar bir az döyüşlərdə iştirak etdilər. Sonra isə çıxıb getdilər. Əslində, həmin dövrün porsesləri İranda, Rusiyada  hazırlanmış ssenari üzrə aparılırdı. Ermənilər Qradla, BMP, BTR-lə, biz isə quş tüfəngi ilə döyüşürdük”.
 

“Laçınla Şuşanın işğalı eyni günə planlaşdırılıbmış”
 

Müsahibimiz deyir ki, erməni səngəri ələ keçirilməklə bir neçə məlumat öyrənilmişdi:
 

“Əslində Laçını bir müddət də qoruyub saxlamaq olardı. Heç bir kömək gəlmədiyindən bu, mümkünsüz oldu. Şuşa ilə Laçının arasında Kirs dağı var. Erməni birləşmələri oranı ələ keçirmişdilər. Bu da mayın 10-11-nə təsadüf etmişdi. Daha sonra biz ora gedib 24 saat əməliyyat keçirdik. 15-20 erməni meyiti ortalıqda qalmışdı. Həmin vaxt biz erməni səngərinə girə bilmişdik. Xəritələri, gizli hazırlıq planlarını  ələ keçirdik. O zaman bəlli oldu ki, ermənilər Laçının işğalını mayın əvvəlində gerçəkləşdirmək istəyib. Şuşanın işğal günündə Laçını da işğal etmək planları olub”.
 

Laçının ikinci dəfə alınması… Bu, niyə mümkün olmadı?!
 

Keçmiş döyüşçünün sözlərinə görə, o dövrdə hərbi qüvvələrə rəhbərlik edən Surət Hüseynov və Əzizağa Qənizadə də təxribatlarla məğul idi.
 

“1992-ci ilin sentyabr, oktyabr aylarında Kəlbəcər tərəfdən hücum etməklə Laçının 60-a yaxın kəndini azad etdik. Orada xüsusi döyüşlərimiz olmuşdu. Ermənilərlə üz-üzə gəlmişdik, çoxlu düşmən əsgəri məhv edilmişdi.
Həmin vaxt Laçınla Kəlbəcər arasında olan koridoru açmışdıq. Ona görə də ermənilər Laçına gedib-gələ bilmirdilər. Lakin Surət Hüseynov açdığımız koridorun bağlanmasını əmr edərək, bunun beynəlxalq dairələrə zidd olduğunu bildirmişdi. Təxribatlar nəticəsində koridor bağlandı. Koridorun bağlanması ərəfəsində Əzizağa Qənizadə də (1992-ci ildə 771 saylı hərbi hissənin komandiri olub-NB) orada idi. O, Surət Hüseynovun adamı idi. Korpus komandiri kimi ona tabe idi. Onların hər ikisi bizə qarşı təxribat etmişdilər.  Həmin vaxt Surət Hüseynov Yevlaxda otururdu. Onun qərargahı orada yerləşirdi”.
 

Çingiz Mustafayev yanlış informasiyalar yayıb
 

İsabala Əsgərov deyir ki, o zaman Laçında çəkilişlər həyata keçirən telereportyor Çingiz Mustafayevin bəzi kadrları rəzalətdir.


“Çingiz Mustafayev çəkiliş apardığı zaman bəzi  prosesləri dəqiq şərh etməyib. Laçından qaçanlara üzünü tutub deyir ki, “niyə qaçırsız?”. Halbuki, Laçından qaçanlar Laçının müdafiəsində sonuna qədər döyüşənlər olmayıb. Çingiz Mustafayevin bəzi kadrları Laçın döyüşçüləri üçün rəzalətdir. Şuşadan qaçan döyüşçüləri göstərməklə  “laçınlılar qaçır” demək yanlış idi. Laçınlılar qaçsaydılar, əhalinin 20 min nəfəri ermənilərə girov düşərdi.

Laçının işğal olunma prosesini 5 gün gecikdirdik.  Deyirlər ki, Laçın uğrunda döyüşlər getməyib. Necə getməyib ki, yaralıların əlindən xəstəxanalarda bir dənə də olsun yer yox idi?!. Laçın döyüşçülərinin sayəsində ikinci Xocalı faciəsi baş vermədi.

Laçının işğalı ərəfəsində Çingiz Mustafayevin təhlükəsizliyini qardaşım Mübariz Əsgərov qoruyurdu. Polk komandiri tapşırmışdı ki, “Çingiz yaxşı oğlandır. Qonaqdır. Onun təhlükəsizliyini yaxşı qoruyun”. Sonradan bəlli oldu ki, o da doğru informasiya yaymayıb”.

 
 

Namidə BİNGÖL

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 26.07.2021, 14:45

2021-ci ilin yanvar-iyun aylarında Şuşa rayonunda Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 26.07.2021, 12:18

AKP ilə YAP arasında mükəmməl münasibət var – Numan Kurtulmuş

• 23.07.2021, 14:21

Azərbaycanda ermənicə hərbi sayt fəaliyyətə başladı

• 23.07.2021, 13:50

Xocavəndin ucqar dağ kəndlərinə hərəkət edən Azərbaycan yük maşınları

• 23.07.2021, 13:19

Şuşaya dəmir yolu xətti çəkiləcək

• 23.07.2021, 11:18

Prezidentin siyasətində uzaqgörənlik və məqsədyönlülük hər zaman ön plandadır

• 22.07.2021, 11:40

Azərbaycan KİV-nin müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığı bütün dünya mediasına nümunə oldu – Səttar Möhbalıyev

• 22.07.2021, 11:01

Şuşa-Xankəndi yolundan XƏBƏR VAR

• 20.07.2021, 15:29

Əliyev-Putin görüşünün gündəmi: Moskva masasında nələr var?

• 20.07.2021, 15:24

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

• 20.07.2021, 14:57

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

• 20.07.2021, 14:54

Ərdoğan: “Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm” – VİDEO

• 17.07.2021, 12:01

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

• 17.07.2021, 11:55

ABŞ Şuşa döyüşləri ilə bağlı BÜTÜN DETALLARI AÇDI: Yüzlərlə Azərbaycan hərbçisi… – VİDEO

• 17.07.2021, 11:29

Fuad Muradov German Zaxaryayevə medal verdi

• 17.07.2021, 11:26

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

• 17.07.2021, 11:24

Ombudsman Azərbaycan əsgərlərinə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb

• 17.07.2021, 11:23

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

• 17.07.2021, 11:19

Kəlbəcər, Tovuz və Naxçıvan istiqamətində atışmalar

• 16.07.2021, 12:02

Rəsmi Yerevanın Şuşa səfəri ilə bağlı bəyanatı klassik erməni həyasızlığının nümunəsidir – Ekspert

• 16.07.2021, 8:56

“Araik Rusiyanın məşhur kurort şəhəri – Jeleznovodskda otel aldı…”-FOTO

• 15.07.2021, 15:48

Paşinyan: Bakı bizi yenə blokadada saxlamaq istəyir

• 15.07.2021, 15:16

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ZƏNG ETDİ

• 15.07.2021, 14:58

Paşinyanın ABŞ dövlət katibinin adından uydurma yaydığı üzə çıxdı

• 15.07.2021, 14:56

İranın yeni Prezidenti Qarabağın azad olunmasına görə İlham Əliyevi təbrik edib

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
May 2017
BE ÇA Ç CA C Ş B
« Apr   İyn »
1234567
891011121314
15161718192021
22232425262728
293031