Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

Ətraflı

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

Ətraflı

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

Ətraflı

“Türklər Xankəndinin 15 kilometrliyinə çatıb, siz burada Şuşanı müzakirə edirsiniz?…”

90-cı illərin əvvəllərində qondarma “dqr”in “hökumət sədrinin müavini və parlamentin deputatı” olan, hazırda özünü “Artxasın Vətəndaş Şurası”nın sədri kimi təqdim edən Boris Aruşanyan Qarabağ müharibəsinin kritik dövrü-1992-ci il barədə xatirələrini danışıb.

Virtualaz.org xəbər verir ki, Aruşanyan “Aravot” qəzetinə müsahibəsində 1992-ci ilin iyul ayında ATƏT-in o vaxt yeni formalaşan Minsk Qrupunun Romada keçirilən görüşündə iştirakını xatırlayır.

“Həmin görüş ərəfəsində söz-söhbətlər gəzirdi ki, Minsk Qrupu erməni tərəfinin maraqlarına cavab verməyən qərar çıxarmağa hazırlaşır. Ona görə də parlament Roma görüşünə nümayəndə heyəti göndərməkdən qəti imtina edirdi. Bununla belə iyunun sonlarında qərar qəbul edildi ki, Minsk Qrupu formatında danışıqlarda iştirak edək və Romaya nümayəndə heyəti göndərək”-Aruşanyan danışır.

Minsk Qrupunun Roma görüşündə iştirak etmək üçün Dağlıq Qarabağ separatçıları Aruşanyanın rəhbərliyi ilə üç nəfərdən ibarət nümayəndə heyəti formalaşdırır, heyətə səhra komandirləri Robert Köçəryan və “parlamentin” rəyasət heyətinin sədri Qrant Xaçatryan daxil idi. Və Romaya yola düşmək ərəfəsində Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan Aruşanyanı qəbul edir.

“Situasiya kirtikdir, bizi təcavüzdə ittiham edirlər, Ermənistana qarşı sanksiyalar tətbiq etmək istəyirlər. Sizdən xahiş edirəm ki, orada güzəştə gedəsiniz və sənədləri imzalayasınız”-Ter-Petrosyan Boris Aruşanyana deyir. Lakin Qarabağdan olan separatçı Ermənistan prezidentinə bildirir ki, həmin sənədlərin Qarabağ ermənilərinin maraqlarına cavab verdiyinə əmin olmayana qədər onları imzalamayacaq. “Əgər mənim mövqeyim sizi qane etmirsə Romaya getməyə bilərəm”-Aruşanyan Ter-Petrosyana bildirir.

“Yox, yox, Borya, getmək lazımdır. Orada baxın görün nə edirsiniz. Sadəcə olaraq mənim mövqeyimi nəzərə alın ki, kompromis lazımdır”-Ter-Petrosyan cavab verir.

Beləliklə, 1992-ci il iyulun 3-də Qarabağ separatçılarının nümayəndə heyəti Romaya, Minsk Qrupunun görüşünə yola düşür. “Elə ertəsi gün bizə xəbər verdilər ki, düşmən Mardakerti (Ağdərə-red.) tutub. Bu xəbər bizim danışıqlardakı mövqeyimizi pisləşdirdi, çünki hələ Mardakertin tutulmasına qədər Dağlıq Qarabağın inzibati ərazisinin 30 faizi Azərbaycanın nəzarətində idi və faktiki olaraq kritik situasiya yaranmışdı”-Aruşanyan nəql edir.

Romada Qarabağ separatçılarının nümayəndə heyəti əvvəlcə Ermənistan nümayəndə heyəti ilə görüşür, aydınlaşdırmağa çalışır ki, onlar son iki ayda nə ediblər və danışıqlardakı vəziyyət necədir. Habelə görüşdə hansı sənədlər müzakirə olunacaq. “Bir sözlə, biz sonrakı addımlarımızı müzakirə etdik. Biz Mardakertin tutulması ilə bağlı birgə bəyanat hazırladıq, onu Ermənistan nümayəndə heyəti ilə müzakirə etdik və bəzi düzəlişlər apardıq. Onlar isə məlumat verdilər ki, Minsk Qrupunun görüşündə Şuşa və Laçının azad edilməsi, qoşunların bu rayonlardan çıxarılması qrafiki müzakirə olunacaq. Biz qulaqlarımıza inanmadıq…Bu necə ola bilər? Bizdə, Qarabağda çətin ki, kimsə belə sənədin müzakirə olunacağını ağlına gətirə bilərdi”.

Aruşanyan danışır ki, Romaya yola düşəndə ona Şuşa və Laçından erməni qoşunlarının çıxarılması qrafikinin müzakirə olunacağını heç kim deməmişdi. “Dostlarım məni sakit olmağa çağırsa da mən özümü saxlaya bilmədim, qışqırdım: “Türklər Stepanakertin (Xankəndi-red) cəmi 15 kilometrliyindədir, Əsgəranda amansız döyüşlər gedir , siz burada Şuşanın, Laçının qaytarılmasını müzakirə edirsiniz? Bizi təzədən blokadaya almaq istəyirlər? Biz bundan sonra mübarizəni necə aparacağıq? Bu nədir, siz dəli olmuşunuz?”

Aruşanyanın danışdıqlarından məlum olur ki, Ermənistan nümayəndə heyəti özünə bəraət qazandırmağa çalışıb, bildiriblər ki, situasiya buna məcbur edir. Lakin Qarabağ separatçılarının nümayəndə heyəti bu arqumentlə razılaşmayıb. Bildirib ki, Şuşanın və Laçının qaytarılmasını müzakirə etmək artıq təslim olmaq deməkdir. “Dedim ki, sizin burada bu məsələni müzakirə etməyə hazırlaşmağınız çox pisdir. Onlar soruşdular ki, bəs siz nə təklif edirsiniz? Dedim ki, sabahkı görüşdə bütün təkliflərin kənara qoyulmasına, hər şeyi ağ vərəqdən başlamağa çağırmaq lazımdır. Bir halda ki, hərbi əməliyyatlar davam edir, heç bir qrafikdən söhbət gedə bilməz. Azərbaycan tərəfinin mövqeyi belə idi ki, ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Şuşa və Laçından qoşunları çıxarmalıdır, hərbi əməliyyatlar isə yalnız bundan sonra dayandırıla bilər. Bizim vəzifəmiz isə bundan ibarət idi ki, qoşunların çıxarılması qrafikindən imtina edək, bütün məsələlər bir paketdə müzakirə olunsun, o cümlədən Dağlıq Qarabağın statusu”-Aruşanyan bildirir.

Ermənistan nümayəndə heyəti cavab verir ki, belə olsa Azərbaycan həmin tələblərlə razılaşmayacaq. Aruşanyan isə bu halda Qarabağ separatçılarının danışıqlardan imtina edəcəyini deyib. Bildirib ki, görüşün əvvəlində bəyanatla çıxış edib mövqelərini çatdıracaqlar, qəbul olunsa danışıqlarda iştirak edəcəklər, əks halda geri qayıdacaqlar.

Beləliklə, Roma görüşündə Şuşa və Laçından qoşunların çıxarılmasının qrafikinin müzakirə olunması gündəmdən çıxarılır. Erməni tərəfi ona da nail olur ki, Türkiyə Minsk Qrupunun həmsədri olmasın. Habelə Dağlıq Qarabağ separatçılarının nümayəndə heyətini gələcək danışıqlarda statusu gündəmə gətirilir.

Xatırladaq ki, həmin dövrdə Azərbaycan ordusu uğurlu hücum əməliyyatları keçirərək Ağdərəni və onun kəndlərinin əksəriyyətini düşməndən azad etmişdi. Və Aruşanyanın dediyi kimi Azərbaycan ordusu Xankəndinin 15 kilometrliyinə qədər gedib çıxmışdı. Şərq istiqamətində isə Əsgəran uğrunda döyüşlər gedirdi. Lakin o zamankı Rusiya mətbuatında da açıq yazıldığı kimi Moskva bundan bərk narahat oldu və Rusiya quru qoşunlarının komandanının müavini general Kolesnikovun rəhbərliyi ilə xüsusi qrup təcili İrəvana göndərilərək erməni ordusunun əks-hücum planı hazırlandı. İran isə ciddi yanacaq və ərzaq qıtlığı çəkən ermənilərin arxa cəbhə təchizatını üzərinə götürdü…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 26.07.2021, 14:45

2021-ci ilin yanvar-iyun aylarında Şuşa rayonunda Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 26.07.2021, 12:18

AKP ilə YAP arasında mükəmməl münasibət var – Numan Kurtulmuş

• 23.07.2021, 14:21

Azərbaycanda ermənicə hərbi sayt fəaliyyətə başladı

• 23.07.2021, 13:50

Xocavəndin ucqar dağ kəndlərinə hərəkət edən Azərbaycan yük maşınları

• 23.07.2021, 13:19

Şuşaya dəmir yolu xətti çəkiləcək

• 23.07.2021, 11:18

Prezidentin siyasətində uzaqgörənlik və məqsədyönlülük hər zaman ön plandadır

• 22.07.2021, 11:40

Azərbaycan KİV-nin müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığı bütün dünya mediasına nümunə oldu – Səttar Möhbalıyev

• 22.07.2021, 11:01

Şuşa-Xankəndi yolundan XƏBƏR VAR

• 20.07.2021, 15:29

Əliyev-Putin görüşünün gündəmi: Moskva masasında nələr var?

• 20.07.2021, 15:24

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

• 20.07.2021, 14:57

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

• 20.07.2021, 14:54

Ərdoğan: “Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm” – VİDEO

• 17.07.2021, 12:01

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

• 17.07.2021, 11:55

ABŞ Şuşa döyüşləri ilə bağlı BÜTÜN DETALLARI AÇDI: Yüzlərlə Azərbaycan hərbçisi… – VİDEO

• 17.07.2021, 11:29

Fuad Muradov German Zaxaryayevə medal verdi

• 17.07.2021, 11:26

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

• 17.07.2021, 11:24

Ombudsman Azərbaycan əsgərlərinə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb

• 17.07.2021, 11:23

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

• 17.07.2021, 11:19

Kəlbəcər, Tovuz və Naxçıvan istiqamətində atışmalar

• 16.07.2021, 12:02

Rəsmi Yerevanın Şuşa səfəri ilə bağlı bəyanatı klassik erməni həyasızlığının nümunəsidir – Ekspert

• 16.07.2021, 8:56

“Araik Rusiyanın məşhur kurort şəhəri – Jeleznovodskda otel aldı…”-FOTO

• 15.07.2021, 15:48

Paşinyan: Bakı bizi yenə blokadada saxlamaq istəyir

• 15.07.2021, 15:16

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ZƏNG ETDİ

• 15.07.2021, 14:58

Paşinyanın ABŞ dövlət katibinin adından uydurma yaydığı üzə çıxdı

• 15.07.2021, 14:56

İranın yeni Prezidenti Qarabağın azad olunmasına görə İlham Əliyevi təbrik edib

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
May 2017
BE ÇA Ç CA C Ş B
« Apr   İyn »
1234567
891011121314
15161718192021
22232425262728
293031