Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir”

Azərbaycan Türk aydını Faiq Ələkbərli Qazaxıstanda dini ayrı seçkilikdən uzaq Türkçülük məfkurəsinin yeni prinsiplərini açıqlayıb.

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 26-28 aprel 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin düzənlədiyi Uluslararası Sosial Elmlər Konqresi: Türküstan Forumu III – "Küreselleşme Sürecinde Türk Dünyasının Geleceği, Fırsatlar ve Tehditler" adlı elmi konfransda iştirak etmişdir. Beynəlxalq konfransda Türksoylu ölkələrin (Şimali Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan və b.) alimləri ilə yanaşı, digər dövlətlərin nümayəndələri də qatılıblar.

Azərbaycan Türk aydını Faiq Ələkbərli məruzəsində bildirdi ki, artıq türkçülük ya da Türk birliyi məfkurəsini yenidən gözdən keçirməyin zamanıdır. Onun sözlərinə görə, bunun üçün ilk növbədə, Türk tarixi yenidən dəyərləndirilməli, Türk-Turan irqinin ortaq tarixi yazılmalı, zorunlu olaraq orta və ali təhsildə yer almalıdır. Ortaq Türk tarixi qələmə alınarkən də Avropa, ABŞ, Rusiya və digər xalqlara aid araşdırmaçıların əsərlərinin təsirindən uzaq durulması bir şərt olmalı, əsasən Türk-Turan qaynaqlarına istinad edilməlidir. Özəlliklə, son iki yüz ildə Türk tarixinin yadelli araşdırmaçılar tərəfindən saxtalaşdırıl¬ması nəzərə alınmalıdır. Bu anlamda Türklərin Anadoluya, Suriyaya, İraqa, Azərbaycana gəlmə olması məsələsi Türk tarix kitablarından qaldırılmalıdır. Çünki türklər bu torpaqların yerli xalqıdır.

Azərbaycan alimi onu da bildirdi ki, tarixdə Hind, Yunan, Roma, Çin, Alman, İngilis, Fransız, Ərəb və bşaqa xalqların fəlsəfələri ilə yanaşı, onlardan heç də az dəyərə malik olmayan Türk fəlsəfəsi də olmuşdur: “Çox yazıqlar olsun ki, Türk kültürü və Türk sivilizasiyası kimi Türk fəlsəfəsini bu günədək sistemli hala gətirməyi bacara bilməmişik. Əslində bir ulusun tarixi, kültürü, fəlsəfəsi bir bütündür, biri o birini tamamlar. Necə ki, yunanlar, çinlililər, hindlilər, fransızlar, almanlar və başqaları belə etmişlər. Hesab edirik ki, Türk fəlsəfəsinin ana xəttini Türklük, Tanrıçılıq və İnsanlıq dəyərlərinin vəhdəti, bütünlüyü təşkil edir. Yəni Türkün fəlsəfəsi Tanrıçılıq və İnsanlıq fəlsəfəsinin vəhdətidir”.

Faiq Ələkbərliyə görə, Türk-Turan sivilizasiyası açısından Türk düşüncəsi olan Tanrıçılıqla İslamlığın oxşar və fərqli cəhətlərinin dəyərləndirlməsinə də ciddi ehtiyac vardır: “Çünki bu gün də Türklük və İslamlığın biri-birinə zidd olması, İslam dininin Türklüyün inkişafında əngəl olması kimi fikirlər mövcuddur. Bir məqama diqqət yetirək ki, doğrudan da son əsrlərdə Türk mədəniyyəti daha çox İslam mədəniyyətinin tərkib hissəsi kimi verilmişdir. Biz, bunu heç də çox doğru görmürük. Hesab edirik ki, Türk mədəniyyətini Buddizm, İudaizm, Xristianlıq, İslam mədəniyyətləri kölgəsində vermək yanlışdır. Bizim məqsədimiz Türk fəlsəfəsinin, Türk mədəniyyətinin özünəməxsusluğunu ortaya qoymaq olmalıdır”.

Azərbaycan türk aydını çıxışında onu da vurğuladı ki, Türk-İslam birliyi adı altında müsəlman olmayan digər türklərin, yəni xristian türklərin, buddist türklərin, şamanist türklərin Türk Birliyindən kənarda tutulması da qətiyyən doğru deyildir. Onun sözlərinə görə, bu anlamda Türk Birliyini yalnız bu və ya digər formada Avropa, Rusiya, Çin, Ərəb və digər birliklərin yanında görmək çıxış yolu ola bilməz. Türk birliyi heç bir dini ayrı-seçklik qoyulmadan yalnız Türk xalqları, Türk dövlətləri arasında gerçəkləşməlidir. F.Ələkbərli dedi ki, 20-ci əsrin sonlarında yeni müstəqil Türk dövlətləri ortaya çıxdıqdan sonra Türk birliyi ideyasının başında gələn Türkiyə bununn gerçəkləşməsi yolunda ümidləri doğrultmadı. Buna səbəb də bir tərəfdən Türkiyənin ümmətçilik duyğularından qopa bilməməsi, digər tərəfdən Qərb mədəniyyətini düzgün dəyərləndirə bilməməsidir. Azərbaycan aliminə görə, bu anlamda Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir: “Bu yolda isə Əhmət Yəsəvinin dediyi kimi, Türkçülük qədərimiz, din seçimimiz, insanlıq isə vəzifəmizdir. Mən zərrə qədər şübhə etmirəm ki, yaxın zamanlarda Türk milləti yenindən dünyada ədalətin, əxlaqın, xoşgörünün bir sözlə insanlığın carçısı olacaqdır!”.

“Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir”
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2017
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930