Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Gənclər Kuboku” başlayır: Ali məktəblər bir-birinə qarşı

“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən“Gənclər Kuboku”  layihəsinin açılış mərasimi olub.  “Gənclər Kuboku”  layihəsi 2017-ci il İslam Həmrəyliyi ili çərçivəsində keçiriləcək olan İslam Həmrəylik Oyunlarına dəstək istiqamətində həyata keçirilir.

 
yknews.az-ın məlumatına görə, açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycanda keçirilən yarışların ən yüksək səviyyədə keçirildiyini vurğulayıb. “Ölkə prezidenti Cənab İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə, dövlətə  bilavasitə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu inkişaf var. Bu gün və sabahın gənci tariximizə, mədəniyyətimizə sahib çıxan fiziki sağlam gənclik olmalıdır” -deyə nitqində bildirib.
 
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu kimi layihələr ictimai dəstək olaraq digər QHT, Gənclər təşkilatları üçün bir növ nümunə olacaq ki, onlar da İslam Həmrəylik Oyunlarına dəstək olsunlar.
 
 
“İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidov Azərbaycan bayrağının beynəlxalq arenada qürurla dalğalanmasında idman sahəsinin xüsusi önəmi olduğunu qeyd edib. Gələcəkdə “Gənclər Kuboku” layihəsinin davamlı olaraq həftəsonu tədbirlər planına daxil olacağını bildirib.
 
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda keçirilən bu kimi yarışların Azərbaycan gəncliyi, bu günü və gələcəyi üçün əhəmiyyətini vurğulayıb. Belarusiyada olan görüşdən və Azərbaycanda baş tutan böyük layihələr haqqında fikirləri bölüşdüyünü bildirib. 
Baku 2017 əməliyyat komitəsinin sədri Elçin Səfərov İslam oyunları ilə bağlı, idmanla bağlı keçirilən layihələrdə gənclərə hər zaman dəstək olacaqlarını vurğulayıb. İnkişaf etməkdə olan bir dövlət olaraq əldə edilən uğurlar, böyük yarışlara ev sahibliyi etməmizin böyük uğur olduğu qeyd edilib.  
 
Sonda Elçin Səfərov, İntiqam Babayev, Vüsal Quliyev, Coşqun Rəhimov, Fərhad Hacıyev, Nurəddin Mehdiyev, Ayaz Bayramov, Fərhad Əliyevin iştirakı ilə püşkatma mərasimi keçirilib və təsadüfi püşkatma nəticəsində seçilən komandalar 15 aprel tarixindən etibarən hər həftəsonu layihəni əhatə edəcək Futbol, Basketbol, Voleybol, Şahmat, Səmti müəyyənetmə, Yüngül atletika, Stolüstü tennis, Üzgüçülük, Atıcılıq, Velosiped idman növləri üzrə yarışacaqlar.
 
 
“Gənclər Kuboku” layihəsində təmsil olunan ali təhsil müəssisələri və komandalar bunlardır: AU-Armada, BANM-Nightmare, AzTU-Texno, ADPU-Paradox, ADİU-İqtisadçı, AzMİU-Black knights, ADNSU-Boomerang, DİA-İcomparable, ADU-Rixos, Xəzər-Challengers, BDU-Dangerous, ADA-İsland, ATMU-Universal, BSU-Slavic jaguars.
 
“Gənclər Kuboku” Bakı 2017 İslam Həmrəylik Oyunlarında oynanılacaq 10 idman növünü əhatə edən və müxtəlif gənclər qrupu arasında keçiriləcək idman çempionatıdır. Layihənin ümumilikdə məqsədi müxtəlif idman oyunları üzrə gənclər arasında idman turniri keçirərək sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarını səmərəli təşkil edilməsinə şərait yaratmaqdır. Əsas məqsəd isə keçiriləcək İslam Həmrəylik Oyunlarına, yarışlara dəstəyi nümayiş etdirməkdir. 
SAY, Gənc Əkinçi, Azərbaycanın İntellektual BİRincisi brendlərindən sonra Yeni ildə yeni BRAND formalaşdırırıq , "YOUTH CUP"! “İRƏLİ” İctimai Birliyinin silsilə layihələrindən olacaq “Gənclər Kuboku” layihəsi bir yenilik olacaq. 
 
Qeyd edilib ki, bir sıra yarışlar online olaraq “İRƏLİ” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Gənclərin Radiosu İRƏLİ Radiodan (İradio.az)  canlı olaraq şərh olunacaq. Yarışların nəticələri və gedişatın izlənilməsi, komanda haqqında məlumatların əlavə olunması üçün birlik tərəfindən www.youthcup.az yeni veb site hazırlanır ki, bu yaxınlarda gənclərin istifadəsinə veriləcək.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2017
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930