Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

Ətraflı

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

Ətraflı

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

Ətraflı

“Qazmalarda gizlənirdik”

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu.

O soyqırımı ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün insanları olaraq, 1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq!

Xocalı 1992-ci il fevralın 23-də…

Xocalı sakini Gözəl Hüseynova 25 il bundan əvvəlin 23 fevralını belə xatırlayır:

“Yeraltı qazmalar düzəltmişdik”

“Fevral ayının 23-nə qədər nə zülmlərlə gəlib çıxdığımızı bir Allah bilir. Fevral ayı girəndən Xocalı sakinləri arasında erməni gülləsinə tuş gələnlərin olmasına baxmayaraq, ayın 23-də dəhşətli faciə olacağını təxmin etmirdik. O baxımdan da sakinlərin çoxu fevralın 25-ə qədər Xocalını tərk etmədi. Hər günümüzü atəş səsləri ilə açırdıq. Hərə bir tərəfdə yeraltı qazmalar düzəltmişdi.

Günümüzün çoxunu həmin yeraltı qazmalarda, evlərin zirzəmilərində keçirirdik. Gecə yarısı hardasa saat 3-4 arası Xocalı raket atəşinə tutulurdu. Qorxumuzdan paltarlı yatırdıq. Yuxarılar Xocalıda hər şeyin yaxşı olduğunu desələr də, Xocalıda müharibə gedirdi”.

“Soyqırımına kimi o qədər faciə yaşadıq ki!”

Müsahibimiz deyir ki, vəziyyətləri hər gün daha da pisləşirdi.

“Xocalıda evdar qadın idim. Heç yerdə işləmirdim. 8 aylıq oğlum və 4 yaşlı qızım vardı. Bizim evimiz Xocalı aeroportuna yaxın yerləşirdi. Vertolyotlar gəlib-gedəndə görürdük. Ermənilər də silahı həmin yerdən atırdı. Ermənilərlə məsafəmiz çox yaxın idi. Uşaqları çətinliklə saxlayırdıq. Qidalanmağa heç nəyimiz yox idi. Qəndi, çayı ehtiyatla əhaliyə paylayırdılar. Çörək isə tükənmişdi. Mühasirədə qaldığımızdan vəziyyətimiz hər gün bir az daha pisləşirdi. Yadımdadır ki, ermənilərin atdığı raket zərbəsi nəticəsində bir oğlan parça-parça olmuşdu. Atışma başlayanda dərhal həyat yoldaşını padvala aparmaq istəyəndə raket üstünə düşmüşdü. Oğlanla bir yerdə bir neçə baş qoyun da parça-parça olmuşdu. Biz soyqırımına kimi o qədər faciələr yaşadıq ki!”.

Erməni xisləti: “Bizim qızlarımız Kürdən su içəcək”

Xocalı sakininin sözlərinə görə, hələ uşaqlıqdan ermənilərin əsl xisləti ilə tanış olub.

“1988-ci ildə ailəliklə Xocalıya gəlmişik. Keçmiş Əsgəran rayonunun Daşbulaq kəndində doğulmuşam. Ermənilərin əsl xislətini uşaqlıqdan görmüşəm. Əsgəran rayonunun Daşbulaq kəndində yaşayanda erməni qonşularımız çox idi. Orta məktəbdə oxuyanda məktəb direktorumuz erməni idi. Sinifdə oxuyan erməni uşaqlarını azərbaycanlılara qarşı yetişdirirdi. “Türklər ermənilərin kürəyinə samovar bağlayıb yandırıb. Türklər bizə dost olmayıb. Azərbaycanlılar türklərdən qalanlardır”.

Direktorun o sözləri hələ də qulaqlarımda cingildəyir. Məni həmişə ayırırdı. Bir azərbaycanlı müəllimimiz vardı. Tez-tez erməni direktorla dalaşırdı ki, niyə millətlər arasında ayrı-seçkilik salırsan. Niyə azərbaycanlılara qarşı nifrət oyadırsan?!”

Qaynatam danışırdı ki, bir dəfə bir erməni ev satırdı. Həmin evi almaq istəyib. Pulu da vardı. Amma digər bir erməni ona deyib ki, “ağlın olsa burdan ev almazsan. Get Ağdamdan aşağı tərəflərdə ev al. Onsuz da, buralar bizimdir”. Hətta, ermənilər zarafatla tez-tez belə ifadə işlədirmişlər: “Vaxt olacaq, bizim qızlarımız Kürdən su içəcək”.

Beləcə, 1992-ci ilin fevralında ermənilər xalqımızın başına əsrin ən dəhşətli faciəsini gətirdi. Uşaqlıqdan ermənilərin murdar əməllərinə şahidlik edə-edə sonda faciənin qurbanlarına çevrildik. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə, başımıza müsibətlər gəldi. Həmin dəhşətli gecədə 3 bacım, qardaşım, analığım və atam Xocalı faciəsi zamanı girov düşdülər. Şelli kəndindən tutmuş Meşələrə qədər axtarış apardıq. Amma heç birini tapa bilmədik. Onları “gördüm” deyən də olmadı. 1992-ci ilin 25 fevralından ta bu günə kimi 6 nəfər olan doğmalarımın nə ölüsündən xəbər var, nə də dirisindən. 25 ildir ki, gözlərim yoldadır”.

Namidə BİNGÖL

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 26.07.2021, 14:45

2021-ci ilin yanvar-iyun aylarında Şuşa rayonunda Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 26.07.2021, 12:18

AKP ilə YAP arasında mükəmməl münasibət var – Numan Kurtulmuş

• 23.07.2021, 14:21

Azərbaycanda ermənicə hərbi sayt fəaliyyətə başladı

• 23.07.2021, 13:50

Xocavəndin ucqar dağ kəndlərinə hərəkət edən Azərbaycan yük maşınları

• 23.07.2021, 13:19

Şuşaya dəmir yolu xətti çəkiləcək

• 23.07.2021, 11:18

Prezidentin siyasətində uzaqgörənlik və məqsədyönlülük hər zaman ön plandadır

• 22.07.2021, 11:40

Azərbaycan KİV-nin müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığı bütün dünya mediasına nümunə oldu – Səttar Möhbalıyev

• 22.07.2021, 11:01

Şuşa-Xankəndi yolundan XƏBƏR VAR

• 20.07.2021, 15:29

Əliyev-Putin görüşünün gündəmi: Moskva masasında nələr var?

• 20.07.2021, 15:24

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

• 20.07.2021, 14:57

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

• 20.07.2021, 14:54

Ərdoğan: “Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm” – VİDEO

• 17.07.2021, 12:01

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

• 17.07.2021, 11:55

ABŞ Şuşa döyüşləri ilə bağlı BÜTÜN DETALLARI AÇDI: Yüzlərlə Azərbaycan hərbçisi… – VİDEO

• 17.07.2021, 11:29

Fuad Muradov German Zaxaryayevə medal verdi

• 17.07.2021, 11:26

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

• 17.07.2021, 11:24

Ombudsman Azərbaycan əsgərlərinə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb

• 17.07.2021, 11:23

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

• 17.07.2021, 11:19

Kəlbəcər, Tovuz və Naxçıvan istiqamətində atışmalar

• 16.07.2021, 12:02

Rəsmi Yerevanın Şuşa səfəri ilə bağlı bəyanatı klassik erməni həyasızlığının nümunəsidir – Ekspert

• 16.07.2021, 8:56

“Araik Rusiyanın məşhur kurort şəhəri – Jeleznovodskda otel aldı…”-FOTO

• 15.07.2021, 15:48

Paşinyan: Bakı bizi yenə blokadada saxlamaq istəyir

• 15.07.2021, 15:16

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ZƏNG ETDİ

• 15.07.2021, 14:58

Paşinyanın ABŞ dövlət katibinin adından uydurma yaydığı üzə çıxdı

• 15.07.2021, 14:56

İranın yeni Prezidenti Qarabağın azad olunmasına görə İlham Əliyevi təbrik edib

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2017
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
 12345
6789101112
13141516171819
20212223242526
2728