Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

Ətraflı

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

Ətraflı

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

Ətraflı

“Çörəyi tapanda qənd, qənd tapanda çay tapmırdıq”

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadisə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün insanları olaraq, 1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq!

Xocalı 1992-ci il fevralın 21-də…

Xocalı sakini Məlahət Əliyeva 25 il bundan əvvəlin 21 fevralını belə xatırlayır:

“Uçan quşlardan xəbər gözləyirdik”

“Fevralın 21-də mühasirə şəraitində yaşayırdıq. Əgər ona yaşamaq demək olarsa….Ən həyəcanlı günlərimizi yaşayırdıq. Ümid edirdik ki, səhər yol açılar, biz də bu zülmdən canımızı qurtararıq. Bir qarın ac, bir qarın tox yaşayırdıq. Çörəyi tapanda qənd tapmırdıq, qənd tapanda çay tapmırdıq. O günlərimiz getsin gəlməsin. Yeməyi bişirirdik, amma bilmirdik ki o yeməyi yeyə biləcəyik yoxsa yox. Yeməyi qabağımıza qoyanda atışma səsləri ətrafı bürüyürdü. Yeməyi stolun üstündə qoyub padvala girirdik. Padvaldan bir gün sonra çıxıb görürdük ki, yemək nə gəzir! Həm də 1992-ci ilin fevralında hər günümüzü əzab, qorxu, təhlükə içində yaşayırdıq. O qədər çarəsiz durumda idik ki, göydə uçan quşlara belə ümidlə baxırdıq. Baxıb deyirdik ki, görəsən, bu quşlar hardan gəlir? Bunlar bizə nə xəbər gətirib?!”

“Xocalıda insanlığa yad olan şərait vardı”

Xocalı sakininin sözlərinə görə, qolunda Xocalı izi hələ də qalır.

“Özüm də fevral ayının 28-də dünyaya gəlmişəm. Bu ayda da 2 şəhid verdim. Fevralın 28-də həm qızımı, həm də yoldaşımı dəfn etdilər. Bu ay mənim üçün necə əziz ay ola bilər?! Qolumda hələ də o günlərin izi qalıb. Hər dəfə baxanda o pis və dəhşətli günlər gözümün qabağına gəlir. Hər il fevral ayı gələndə 1992-ci ilin dəhşətli fevralını yaşayırıq.

Xocalı mühasirədə olmamışdan qabaq bizə vertolyot vasitəsilə çörək gətirirdilər. O vaxtlar elə mənzərə yaranmışdı ki, baxanda ürəyimiz ağrıyırdı. Yadımda qalan birini danışım. Uşağın biri gedib çörək götürürdü. Ondan güclüsü də tez o uşağın əlindəki çörəyi alırdı. Bir dəfə oğlum gəlib dedi: “Böyük oğlan əlimdən çörəyimi aldı”. Biz Xocalıda insanlığa yad olan şəraitdə yaşadıq. Biz paltarlarımızı soyunub rahat yatmaq üzü görmədik. Uşaqlarımız bir konfetdən, almadan ötrü ağlayırdı. Kim nə tapırdısa, onu da yeyirdi. Bir tikəmizi qonşularla bölüşürdük. Bulaq çox uzaqda yerləşirdi. Su gətirməyə qonşularla birgə yığışıb gedirdik. Bulağa gedib qayıdana qədər aşağısı 50 dəfə başımıza güllə yağırdı. Evə salamat çatmağımıza görə sevinirdik. Biz çox zülmlər çəkdik. Amma zülmlərimiz yerdə qaldı”.

“Bəxtimiz heç gətirmədi”

Məlahət Əliyeva deyir ki, həyat yoldaşının sağ qalmayacağını onsuz da bilirdi.

“1988-ci ildə Xankəndidən Xocalıya gəldik. 15 il Xankəndidə yaşamağımıza baxmayaraq, Xocalıda doğulmuşam. Yoldaşım isə Şuşada doğulmuşdu. Xalam oğlu idi. Xankəndində böyük ev-eşik tikib qurmuşduq. Xocalıda gəlib məskunlaşanda da yenidən böyük ev-eşik tikdik. 6 otaqlı ev idi. Bəxtimiz heç gətirmədi. Xankəndindəki 6 otaqlı evim əşyalarla dolu ermənilərə qaldı. Xocalıda da 6 otaqlı tikdiyimiz evə tam yığışıb köçə bilmədik. Yoldaşım milli ordunun döyüşçüsü idi. Bilirdim ki, o, sağ qalmayacaq. Bəs 8 yaşlı uşağa nə deyim! Onun şəhid olacağını ağlımdan keçirmirdim”.

“Uşağı adyala büküb saxlayırdım”

Müsahibimiz deyir ki, övladını xəstəlikdən qorusa da, erməni gülləsindən qoruya bilməyib.

“1992-ci ilin fevralında Xocalıda elə şaxtalı hava hökm sürürdü ki! Əlimiz, ayağımız don bağlamışdı. Mənim də 3 övladım vardı. 2 oğlum, 1 qızım. Qızım qızılca xəstəliyinə tutulmuşdu. Onu necə sağaldacağımı bilmirdim. Yatmağa isti yerimiz yox idi. Çünki nə qaz var idi, nə də işıq. 8 yaşlı qızımı padvalda saxlayırdım ki, erməni gülləsinə tuş gəlməsin. Uşağı adyala bükülü vəziyətdə qoruyub saxlayırdım. Onu xəstəlikdən qoruya bilsəm də, erməni gülləsinə qurban getdi. Kaş ki, qızım qızılcadan öləydi! Kaş ki! O dəhşətli gecədə uşağı qucağıma alıb yerə uzandım ki, güllə mənə dəysin uşağa yox. Amma erməni gülləsi həm mənə, həm də uşağa dəydi. Övladım qarın üstündə qana boyanmışdı.

Uşağı götürə bilmədim. Mənim də qolumdan qan axırdı. Yaralı idim. Bir də baxdım ki, yıxıldı. Üstümə qışqırıb dedi ki, yaxın gəlmə. “Get o biri uşaqları tap” dedi. Ağdama tərəf qaçanda qolumu gizlətdim ki, qoy qan aparsın mən də ölüm. Bir nəfər gördü ki, qolumdan qan axır. Məni də götürüb xəstəxanaya apardılar. Uşaqlarım da baxıb ağlayırdı”.

Namidə BİNGÖL

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 26.07.2021, 14:45

2021-ci ilin yanvar-iyun aylarında Şuşa rayonunda Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 26.07.2021, 12:18

AKP ilə YAP arasında mükəmməl münasibət var – Numan Kurtulmuş

• 23.07.2021, 14:21

Azərbaycanda ermənicə hərbi sayt fəaliyyətə başladı

• 23.07.2021, 13:50

Xocavəndin ucqar dağ kəndlərinə hərəkət edən Azərbaycan yük maşınları

• 23.07.2021, 13:19

Şuşaya dəmir yolu xətti çəkiləcək

• 23.07.2021, 11:18

Prezidentin siyasətində uzaqgörənlik və məqsədyönlülük hər zaman ön plandadır

• 22.07.2021, 11:40

Azərbaycan KİV-nin müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığı bütün dünya mediasına nümunə oldu – Səttar Möhbalıyev

• 22.07.2021, 11:01

Şuşa-Xankəndi yolundan XƏBƏR VAR

• 20.07.2021, 15:29

Əliyev-Putin görüşünün gündəmi: Moskva masasında nələr var?

• 20.07.2021, 15:24

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

• 20.07.2021, 14:57

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

• 20.07.2021, 14:54

Ərdoğan: “Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm” – VİDEO

• 17.07.2021, 12:01

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

• 17.07.2021, 11:55

ABŞ Şuşa döyüşləri ilə bağlı BÜTÜN DETALLARI AÇDI: Yüzlərlə Azərbaycan hərbçisi… – VİDEO

• 17.07.2021, 11:29

Fuad Muradov German Zaxaryayevə medal verdi

• 17.07.2021, 11:26

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

• 17.07.2021, 11:24

Ombudsman Azərbaycan əsgərlərinə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb

• 17.07.2021, 11:23

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

• 17.07.2021, 11:19

Kəlbəcər, Tovuz və Naxçıvan istiqamətində atışmalar

• 16.07.2021, 12:02

Rəsmi Yerevanın Şuşa səfəri ilə bağlı bəyanatı klassik erməni həyasızlığının nümunəsidir – Ekspert

• 16.07.2021, 8:56

“Araik Rusiyanın məşhur kurort şəhəri – Jeleznovodskda otel aldı…”-FOTO

• 15.07.2021, 15:48

Paşinyan: Bakı bizi yenə blokadada saxlamaq istəyir

• 15.07.2021, 15:16

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ZƏNG ETDİ

• 15.07.2021, 14:58

Paşinyanın ABŞ dövlət katibinin adından uydurma yaydığı üzə çıxdı

• 15.07.2021, 14:56

İranın yeni Prezidenti Qarabağın azad olunmasına görə İlham Əliyevi təbrik edib

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2017
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
 12345
6789101112
13141516171819
20212223242526
2728