Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

Ətraflı

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

Ətraflı

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

Ətraflı

“Ermənilərin əlinə keçməmək üçün özümü qayadan atdım”

“Günümüzü kartof-soğanla yol verirdik”

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün insanları olaraq, 1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq!

Xocalı 1992-ci il fevralın 20-də…

Xocalı sakini Hüseynağa Quliyev 25 il bundan əvvəlin 20 fevralını belə xatırlayır:

“1992-ci ilin 20 fevralında Xocalıda həyat qaranlığa bürünmüşdü. 4 tərəfdən mühasirədə idik. Şuşa və Ağdamla əlaqələrimiz heç bir nəticə vermirdi. Xocalıya nə yer, nə də göy vasitəsilə daxil olmaq olurdu. Xocalıda yerli özünümüdafiə batalyonu yaradılmışdı. Tərkibinə 817 nəfər adam daxil edilmişdi. Könüllülərdən ibarət batalyon idi. Hər kəs ümidini bu batalyona bağlamışdı. O səbəbdən ki, Xocalının müdafiə edilməsində misilsiz işlər görürdü. Fevralın sonuna qədər Xocalını güclə əlimizdə saxlamışdıq. Kimin bostanında kartof, soğan vardısa, onunla gününü başa vururdu. Onsuz da, bir tikə çörəyin tapılması müşkül məsələ idi.

“Vertolyot məsələsi müşkülə çevrilmişdi”

Müsahibimiz deyir ki, əslində, Xocalı sakinləri dağlar vasitəsilə şəhərdən çıxa bilərdi.

“Amma hamı köməyin gələcəyini ümidlə gözləyirdi deyə, özbaşına çıxmaq barədə düşünmürdü. Mən Xocalıda özünümüdafiə batalyonunun üzvü idim. Hərbçi kimi çalışırdım. Postlardan birinə rəhbərlik edirdim. Dediyim kimi, Xocalıda mağaza ticarəti ilə məşğul olsam da, artıq bunun əhəmiyyəti yox idi. Hər gün mağazaya gedib gəlirdim. Çünki ermənilərin atdığı atəş nəticəsində mağazanın şüşələri tez-tez qırılırdı. Onsuz da mağazada heç nə yox idi. İş də yox idi.

Xocalıda doğulmuşam. Maliyyə təsərrüfat sahəsində çalışırdım. Ailəm də maliyyə sahəsində çalışırdı. Bir ədəd mağazam vardı. Lakin 1992-ci ilin fevralında mağazanın idarə edilməsi dayanmışdı. Çünki heç bir ərzaq məhsulu yox idi ki, satış biznesimizi həyata keçirə bilək. 1992-ci ilin fevralında insanların çox az qismi çıxarıla bilmişdi. Yanvar ayının 28-də Şuşadan Ağdama gedən vertolyot ermənilər tərəfindən vurulmuşdu. Ondan sonra da vertolyotun gəlməsi məsələsi birdəfəlik təxirə düşdü”.

“Heç vaxt Xocalını tərk etmək barədə düşünmürdü”

Hüseynağa Quliyevin sözlərinə görə, ermənilər Xocalını vaxtaşırı “Qrad” yaylım atəşinə tuturdular.

“Ermənilər Xocalıya bir neçə dəfə çox güclü “Qrad” yaylım atəşi atıblar. Bu, müxtəlif vaxtlarda müxtəlif ərazilərə düşürdü. Bu atəş nəticəsində adam var ki, evində ölmüşdü. Adam da var ki, evi posta yaxın olduğundan ölmüşdü. Bütün bunlara baxmayaraq, bizə ən böyük dayaq, icra başçısının bizimlə birgə prosesləri yaşaması idi. Elman Məmmədov hər gün postlara gəlib baş çəkirdi. Proseslərlə maraqlanırdı. Elman Məmmədov ailəsi ilə birgə Xocalıda yaşayırdı. İcra başçısı idi. Amma bir dəfə də olsun ailəsini götürüb Xocalını tərk etmək barəsində düşünməyib. Fevralın 25-dən 26-na keçən gecə baş verən dəhşətli faciədə Elman müəllimin anası şəhid oldu. Ermənilər Elman müəlimin ölüsünü də axtarıb tapmağa razı idilər. Çünki Elman müəllim çox mərd insan idi. Gecə yarısı bütün postlara bir-bir gəlib baxırdı. Halbuki, orada 100-dən çox post vardı. Özü də bütün postları piyada gəzirdi. Ermənilər Elman müəllimin necə bir insan olduğundan xəbərdar idilər. Ona görə də Elman Məmmədova “Milli Qəhrəman” adı verilməlidir”.

“Məhsəti türkləri xocalıların yanında idi”

Xocalı sakini, 1992-ci ilin fevralında Məhsəti türklərinin postlarda xidmət etməsindən də söz açıb.

“Xocalıda Məhsəti türkləri də yaşayırdı. Onlar da hər bir xocalılı kimi düşünürdü. Ermənilərə nifrət edirdilər. Bizimlə postlarda Məhsəti türkləri də vuruşurdu. Könüllülərin içində onlar da vardı. Onlar çox gözəl bilirdilər ki, ermənilər tarixən azərbaycanlılara qarşı savaş açıblar. Torpaq iddiası ilə çıxış ediblər. Xocalı sakinləri ac-susuz qaldığı kimi, onlar da ac-susuz qalmışdı. Dərdimizi öz dərdləri bilirdilər”.

“Postda xidmət edənlərin hamısı öldü”

Hüseynağa Quliyevin sözlərinə görə, ermənilər onun üzərindən tankla keçib.

“Ermənilər tankla üstümdən keçiblər. Məni postda olan hərbçilər sağaltmışdı. Üstümdən tank keçsə də qorxmamışdım. Adam var üstündən tank keçsə, geri qayıdardı. Amma mənim əzmim daha da artdı. Özümün üstümdə silahım da vardı. Xocalıda ən döyüşkən hərbçilərdən biri idim. Düzdü, şücaətimə görə hansısa titulun verilməsinin əleyhinəyəm. Buna baxmayaraq, mənə “Madar” ləqəbi verilmişdi. Təkbətək döyüşə üstünlük verirdim. Mənimlə postda xidmət edənlərin hamısı qırıldı. Bir sağ mən qaldım. Hətta, fevralın 25-dən 26-na keçən gecə ermənilərin əlinə keçməməkdən ötrü özümü qayadan atdım. Qar uçqununun altında qaldım. Amma çətinliklə də olsa yaşadım”

Namidə BİNGÖL

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 26.07.2021, 14:45

2021-ci ilin yanvar-iyun aylarında Şuşa rayonunda Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 26.07.2021, 12:18

AKP ilə YAP arasında mükəmməl münasibət var – Numan Kurtulmuş

• 23.07.2021, 14:21

Azərbaycanda ermənicə hərbi sayt fəaliyyətə başladı

• 23.07.2021, 13:50

Xocavəndin ucqar dağ kəndlərinə hərəkət edən Azərbaycan yük maşınları

• 23.07.2021, 13:19

Şuşaya dəmir yolu xətti çəkiləcək

• 23.07.2021, 11:18

Prezidentin siyasətində uzaqgörənlik və məqsədyönlülük hər zaman ön plandadır

• 22.07.2021, 11:40

Azərbaycan KİV-nin müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığı bütün dünya mediasına nümunə oldu – Səttar Möhbalıyev

• 22.07.2021, 11:01

Şuşa-Xankəndi yolundan XƏBƏR VAR

• 20.07.2021, 15:29

Əliyev-Putin görüşünün gündəmi: Moskva masasında nələr var?

• 20.07.2021, 15:24

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

• 20.07.2021, 14:57

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

• 20.07.2021, 14:54

Ərdoğan: “Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm” – VİDEO

• 17.07.2021, 12:01

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

• 17.07.2021, 11:55

ABŞ Şuşa döyüşləri ilə bağlı BÜTÜN DETALLARI AÇDI: Yüzlərlə Azərbaycan hərbçisi… – VİDEO

• 17.07.2021, 11:29

Fuad Muradov German Zaxaryayevə medal verdi

• 17.07.2021, 11:26

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

• 17.07.2021, 11:24

Ombudsman Azərbaycan əsgərlərinə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb

• 17.07.2021, 11:23

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

• 17.07.2021, 11:19

Kəlbəcər, Tovuz və Naxçıvan istiqamətində atışmalar

• 16.07.2021, 12:02

Rəsmi Yerevanın Şuşa səfəri ilə bağlı bəyanatı klassik erməni həyasızlığının nümunəsidir – Ekspert

• 16.07.2021, 8:56

“Araik Rusiyanın məşhur kurort şəhəri – Jeleznovodskda otel aldı…”-FOTO

• 15.07.2021, 15:48

Paşinyan: Bakı bizi yenə blokadada saxlamaq istəyir

• 15.07.2021, 15:16

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ZƏNG ETDİ

• 15.07.2021, 14:58

Paşinyanın ABŞ dövlət katibinin adından uydurma yaydığı üzə çıxdı

• 15.07.2021, 14:56

İranın yeni Prezidenti Qarabağın azad olunmasına görə İlham Əliyevi təbrik edib

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2017
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
 12345
6789101112
13141516171819
20212223242526
2728