Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

Ətraflı

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

Ətraflı

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

Ətraflı

“Elə bil Allah-təalanın da bizə qəzəbi tutmuşdu” – Xocalı 1992-ci ilin 14 fevralında…

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü tamam olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya çapında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün insanları olaraq, 1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq!

1992-ci il fevralın 14-u…

25 il bundan qabaq Xocalıda baş həkim vəzifəsində çalışmış Məmməd Nağıyev 25 il bundan əvvəlin bu gününü belə xatırlayır:

“Xocalı tez-tez mərmi və güllə yağışına tutulurdu”

Məmməd Nağıyev deyir ki, 1991-ci ilin sonlarından vəziyyət çətinləşməyə başlamışdı.

“Əslən Xocalıdanam. 1979-cu ildə Xankəndində həkimlik fəaliyyətimə başlamışam. 1992-ci ilin fevralında baş verənləri unutmaq qeyri-mümkündür. Biz xocalılılar nə hadisələrə şahidlik etmədik ki! Çox çətin günlər yaşamışıq. Hələ 1991-ci ilin 15 dekabrında ermənilər Cəmilli kəndi üzərinə hücum edib kəndi alanda mən 2-3 gün olardı ki, Xocalıya gəlmişdim. Səhər tezdən Cəmillidən çıxan tüstüləri görəndə vəziyyətin nə yerdə olduğunu başa düşdüm. O zaman Xocalı Rayon İcra hakimiyyətinin başçısı Elman müəllim idi. (deputat Elman Məmmədv-red). Onun yanına gedib vertolyot çağırtdırmasını xahiş etdim. Dərhal sanitar çantasını da götürüb vertolyotla Kosalar kəndinə uçdum. Orada Cəmillidən çıxarılan onlarla yaralıya tibbi xidmət göstərib, Şuşa xəstəxanasına göndərdik.

1991-ci ilin 15 noyabrında Xocalı yerli özünümüdafiə batalyonu təşkil olunub. Mən də o gündən könüllü olaraq batalyonun tibbi xidməti rəisi kimi fəaliyyətə başlamışam. Həmin ərəfələrdə vəziyyət günü- gündən pisləşir, ermənilər getdikcə azğınlaşırdı. Onlar daha tez-tez Xocalını mərmi və güllə yağışına tuturdular, küçələrdə hərəkət etmək çox qorxulu idi. Ancaq bütün bunlara baxmayaraq, həkim kimi xəstələri naümüd qoymamağa çalışırdım”.

“Səsimizə səs verən yox idi”

Həkimin sözlərinə görə, o günlərdə insanlar sabahlarının açılmasını ümidlə gözləsələr də, nəticədə heç nə olmurdu.

“1992- ci ilin yanvar ayından isə həkim kimi işim daha da çətinləşmişdi. Yaralıların sayı çoxalırdı. Dava- dərman, sarğı materialları çatışmırdı. Dəfələrlə ağır yaralıları Xocalıdan çıxarmaq üçün vertolyot çağırmağımıza baxmayaraq, yalançı vədlərdən başqa ortada bir şey yox idi. Xocalı sakinlərinin vəziyyəti çox ağır idi. İnsanlar ümidlə sabahın açılmasını gözləyirdilər. Amma yeni heç nə yox idi. Bir həkim kimi üzərimdə çox böyük məsuliyyət vardı. Yaralı insanlara kömək etmək lazım idi. Hər bir Xocalı sakini imdad diləyirdi. Yeməyə heç nə tapılmırdı. Uşaqların gözünə baxmaq olmurdu. Yaşlılar çıxış yolu axtarırdı. Qadınlar çarəsiz idi. Xocalı hər yerdən mühasirəyə alınmışdı. Səsimizə səs verən də yox idi. Hər çağırışımıza yalan vədlər verirdilər”.

Əsir düşən həkimin başına nələr gətirilib?

Həkim deyir ki, bu gün belə, o günləri yada salmaq çox çətindir.

“Ən dəhşətlisi odur ki, Xocalı faciəsində əsir düşdüm. Əsir düşdüyüm gecəyə qədər artıq şəhid olanların və yaralananların sayı- hesabı yox idi. O, dəhşətli faciənin bütün əzab- əziyyətləri məndən də yan keçməyib. O dəhşətli günlərdə – fevralın 25-dən 26-na keçən gecə təxminən 4 radələrində mən də Qar-qar çayını keçib meşələrə üz tutdum. Biz 150 nəfər olardıq. Çox dəhşətli günlər idi, elə bil Allah-təalanın da bizə qəzəbi tutmuşdu. Soyuq bıçaq kimi kəsir, əli- ayağı yalın adamların çoxunun əl-ayağı donmuş, taqətdən düşmüşdü. Erməni cəlladları isə meşədə bütün yolları kəsmiş, camaata qarşı hər cür vəhşiliklər edir, alçaqcasına heç kimə -qocaya, cavana, qadına, uşağa, hamilə qadınlara belə fərq qoymadan – hamıya atəş açırdılar. Xocalıları son nəfərinə qədər öldürüb qurtarmaq istəyirdilər.

Çox əzab – əziyyətlərdən sonra fevral ayının 27-də Dəhraz kəndi yaxınlığında ermənilərlə qarşılaşdıq, atışma başladı. Yaxındakı dərəyə doluşduq, buradan əks tərəfdəki meşəyə keçməyə başladıq. Bu zaman məndən qabaq anası ilə gedən 10 yaşlı uşağı vurub yaraladılar. Mən uşağın yarasını sarımaq üçün ona tərəf süründükdə ermənilərin atdığı güllə başımdakı dimdikli papağın dimdiyini deşib keçdi, buna baxmayaraq bir az gözləyib yenidən uşağa doğru sürünüb onun yarasını sarıdım. Atəş artıq kəsilmişdi. Belə ki, bizim dəstədəkilər atışmanın mənasız olduğunu görüb təslim olduqlarını bildirmişdilər. Həmin vaxt mən onlardan aralandığımdan – bu vaxt 2 nəfər avtomatlı da məni gözləyirdi və deyirdilər ki, həkim gəl gedək. İstəsəm çıxıb gedə bilərdim, lakin bir tərəfdən yaralı uşaq, digər tərəfdən bir o qədər qadının, uşağın, qocanın əsir düşməsini və onların içərisində neçə-neçə yaralının, əl- ayağı donmuşların olduğunu nəzərə alıb, mənə elə gəldi ki, onları bu vəziyyətdə qoyub getməyə mənim mənəvi haqqım yoxdur. Ona görə də yaralı uşağı götürüb camaatın yanına qayıtdım.
Girov götürülən zaman nələrə şahidlik etmədik ki! Biz girov götürüldükdən sonra ermənilər bizi böyük bir otağa (xeyir- şər məclisləri üçün nəzərdə tutulmuş) yığıb, üstümüzdə olan bütün qiymətli şeyləri (pul, qızıl və s.) müsadirə etdilər. Hətta ağızlarda qızıl dişləri olanların dişlərini kəlbətinlə çıxarıb, olmazın əzab- əziyyətlər verirdilər. Girov götürüləndən təxminən 1 saat sonra 5-6 erməni dığası dəli kimi içəri daxil olub, onlardan bir nəfərin bizimkilər tərəfindən öldürüldüyünü bildirdilər və onun əvəzində içimizdən 13 nəfər seçib çıxardılar və onları güllələdilər. Bizim dəstədə türk oğlan vardı. Adı Əhməd idi. Başını kəsib, futbol topu kimi oynatmağa başladılar. Biz çox ağır günlər yaşadıq. 1992- ci ilin may ayından Xocalı taborunun yenidən bərpa olunmasında iştirak edərək, 1995- ci ilin 25 dekabrına qədər Azərbaycan Milli ordusunun sıralarında ön cəbhədə – hərbi həkim kimi xidməti borcumu davam etdirmişəm”.

Namidə BİNGÖL

Aida İSAQ

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 26.07.2021, 14:45

2021-ci ilin yanvar-iyun aylarında Şuşa rayonunda Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 26.07.2021, 12:18

AKP ilə YAP arasında mükəmməl münasibət var – Numan Kurtulmuş

• 23.07.2021, 14:21

Azərbaycanda ermənicə hərbi sayt fəaliyyətə başladı

• 23.07.2021, 13:50

Xocavəndin ucqar dağ kəndlərinə hərəkət edən Azərbaycan yük maşınları

• 23.07.2021, 13:19

Şuşaya dəmir yolu xətti çəkiləcək

• 23.07.2021, 11:18

Prezidentin siyasətində uzaqgörənlik və məqsədyönlülük hər zaman ön plandadır

• 22.07.2021, 11:40

Azərbaycan KİV-nin müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığı bütün dünya mediasına nümunə oldu – Səttar Möhbalıyev

• 22.07.2021, 11:01

Şuşa-Xankəndi yolundan XƏBƏR VAR

• 20.07.2021, 15:29

Əliyev-Putin görüşünün gündəmi: Moskva masasında nələr var?

• 20.07.2021, 15:24

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

• 20.07.2021, 14:57

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

• 20.07.2021, 14:54

Ərdoğan: “Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm” – VİDEO

• 17.07.2021, 12:01

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

• 17.07.2021, 11:55

ABŞ Şuşa döyüşləri ilə bağlı BÜTÜN DETALLARI AÇDI: Yüzlərlə Azərbaycan hərbçisi… – VİDEO

• 17.07.2021, 11:29

Fuad Muradov German Zaxaryayevə medal verdi

• 17.07.2021, 11:26

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

• 17.07.2021, 11:24

Ombudsman Azərbaycan əsgərlərinə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb

• 17.07.2021, 11:23

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

• 17.07.2021, 11:19

Kəlbəcər, Tovuz və Naxçıvan istiqamətində atışmalar

• 16.07.2021, 12:02

Rəsmi Yerevanın Şuşa səfəri ilə bağlı bəyanatı klassik erməni həyasızlığının nümunəsidir – Ekspert

• 16.07.2021, 8:56

“Araik Rusiyanın məşhur kurort şəhəri – Jeleznovodskda otel aldı…”-FOTO

• 15.07.2021, 15:48

Paşinyan: Bakı bizi yenə blokadada saxlamaq istəyir

• 15.07.2021, 15:16

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ZƏNG ETDİ

• 15.07.2021, 14:58

Paşinyanın ABŞ dövlət katibinin adından uydurma yaydığı üzə çıxdı

• 15.07.2021, 14:56

İranın yeni Prezidenti Qarabağın azad olunmasına görə İlham Əliyevi təbrik edib

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Fevral 2017
BE ÇA Ç CA C Ş B
« Yan   Mar »
 12345
6789101112
13141516171819
20212223242526
2728