Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Anait Sinanyan: “Qarabağa görə biz Ermənistanı itirə bilərik”

Xəbər verdiyimiz kimi, dünən ictimai fəal, ABŞ-dakı erməni diasporunun üzvü Anait Sinanyan erməni və azərbaycanlı fəalların 2016-cı ilin noyabrında Bakıda hazırlayıb imzaladıqları “Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma”nı dəstəkləyib və imzalayıb.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, A.Sinanyan Nyu-Yorkda yaşayır, hüquq üzrə mütəxəssisdir, 2016-cı ilin yayında ABŞ-dakı Ermənistan səfirliyinin qarşısında siyasi məhbusların hüquqlarının müdafiəsi üçün təşçil olunmuş aksiyalarda fəal iştirak edib.

A.Sinanyan virtualaz.org-un xüsusi müxbirinin suallarını cavablandırıb:

– Necə oldu ki, Bakı platformasına qoşuldunuz və onun haqqında nə bilirsiniz?

– Baxmayaraq ki, artıq yeddi ildən artıq müddətdə Ermənistanda yaşamıram, vətənimdə baş verənləri hər zaman diqqətlə izləyirəm, ölkəmin taleyinə aid olan ictimai aksiyalarda iştirak edirəm. Yayda dostlarımla burada, Amerika Birləşmiş Ştatlarında “Sasna Tsrer”dən olan siyasi məhbusların dəstəklənməsi və Serj Sarkisyanın istefası tələbi ilə bir neçə piket təşkil etmişdik.

Bakı platforması barədə Yerevandakı dostlarımdan eşitdim. KİV-dən istifadə etməklə deklarasiyanı sözbəsöz öyrəndim və anladım ki, o, problemin tezliklə həllinə yönəlib. Bu problem az qala 30 ildir ki, ölkəmi uçuruma aparır. Mənim burada həm erməni, həm də azərbaycanlı dostlarım var.

Əmim qızının həyat yoldaşı azərbaycanlıdır, yaxın rəfiqəm – azərbaycanlıdır, buna görə də, öz misalımda deyə bilərəm ki, Ermənistanda haqqında çox danışılan düşmənçilik süni olaraq yaradılıb və əsrlər boyunca Qafqazda sülhün bərqərar olmasını istəməyənlər tərəfindən dəstəklənir.

– ABŞ-dakı ermənilərdən çoxu sizin fikirlərinizi bölüşür?

– Əlbəttə. Başa düşürsünüzmü, buradan, uzaqdan biz hər şeyi Ermənistanda olduğundan daha yaxşı görə bilirik. Yoxsulluq, kriminal, teleekranlardan və qəzetlərdən yağan yalan öz ölkəsində yaşayan ermənilərə rasional və ayıq başla düşünməyə imkan vermir. Onları sanki zombiləşdiriblər və hərbi yoldan başqa Qarabağ münaqişəsinin həllinin olmadığına inanmağa məcbur ediblər.

Lakin aprel müharibəsi göstərdi ki, hərbi hərəkətlər hara qədər aparıb çıxara bilər: Qarabağa görə biz Ermənistanı itirə bilərik. Bu qədər gənclər həlak oldular, onların hamısı Sarkisyanın vicdanındadır. Mən Gümridən (Leninakandan) qadın tanıyıram, onun oğlu apreldə həlak olub, həmin qadın açıq şəkildə bildirir ki, oğlunu Azərbaycan yox, Serj Sarkisyan öldürüb, çünki ölümə göndərib.

– Necə düşünürsünüz, nəyə görə Sarkisyan münaqişənin sülh yolu ilə həllinə qarşı çıxır?

– Birincisi, bununla o, ciblərini doldurur, ikincisi isə, sahibləri icazə vermir.

– “Sahibləri” deyərkən kimi nəzərdə tutursunuz?

– Əlbəttə ki, Rusiyanı. Sarkisyan Rusiyan rəhbərliyinin əlində oyuncaqdır. Özü də bunu gizlətmir.

– Anait, Bakı platformasına qoşulanları sonradan təqib edirlər, hədələyirlər. Onlara qoşulmaq sizi qorxutmur ki?

– Mən bu təşəbbüsə ona görə qoşulmuşam ki, bunu mənə düşüncəm və ürəyim diktə edir. İstəyirəm ki, uşaqlarım ölkəmi inkişaf etmiş, güclü görsünlər. Buna qarşı çıxanlar isə cinayətkarlardır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031