Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Bu gecə Azərbaycanda ilin ən uzun gecəsi – Çillə gecəsidir

Bu gecə Azərbaycanda ilin ən uzun gecəsi – Çillə gecəsidir.
AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli “Report”a bildirib ki, “yelda” sözü fars dilindədir: “Şəbi yelda” sözü “qara gün, uzun gün” mənasında işlədilir. “Şəbi yelda” deyəndə İrandakı soydaşlarımız etiraz edirlər ki, Güney Azərbaycanda bu bayramın adı “Çillə gecəsidir”, bu əski qədim türk mədəniyyətindən gələn bir mərasimdir. Amma İran UNESCO səviyyəsində “Şəbi Yelda” bayramını özlərinin milli mərasimi kimi qəbul etdirib”.
Mütəxəssisin sözlərinə görə, Çillə gecəsinin ritualı hazırda Azərbaycanın bir çox bölgələrində unudulsa da, Naxçıvan ərazisində qalıb: “Bu gecə Naxçıvan camaatı Çillə gecəsini qeyd etmək üçün bir yerə toplaşırlar. Bu mərasim üçün payızın son aylarında dərilib saxlanılan meyvələri kəsirlər. Bu mərasimin icrası camaatın seçdiyi ağsaqqala həvalə olunur. Həmin ağsaqqal, el bilicisi xüsusən qarpız kəsiləndə onun içində olan zoğlara, əlamətlərə əsasən qışın necə keçəcəyi müəyyənləşdirir”.
A.Əhmədli Çillə gecəsində əsasən xəmir xörəklərinin bişirilməsinə üstünlük verildiyini bildirib. O deyib ki, həmin gün xüsusi olaraq xəşil bişirərlər: “Çillə bayramında Bakı ərazisində düşbərə, qutab, gürzə bişirirlər. Naxçıvanda həmin gün şirniyyat kimi 7 ləzin deyilən meyvə qurularından istifadə olunur. Adətən Novruz bayramında 7 növ dənli bitkilərdən istifadə olunur, buğdanın yetişməsinə üç ay qaldığı üçün Çillə mərasimində meyvə qurusundan istifadə olunur. Amma yenə də dominant rolda qarpız olur”.
Çillə sözünün mahiyyətinə gəlincə, alim qeyd edib ki, hazırda bəzi tədqiqatçılar arasında bu sözün nədən yaranması məsələsi müzakirə mövzusudur: “Bəzi mənbələr “Çil” sözünü “çehl” sözü ilə, 40 rəqəmi ilə, bəzi mənbələrdə isə türk sözü olan “çil” sözü ilə əlaqələndirirlər. Mən ikinci izahı qəbul edirəm. Bu söz neqativ əlaməti ifadə edir, yəni təbiətə çil düşür, təbiət ağır, çətin dövrünü keçirməyə başlayır. Bu sözün necə yaranmasını öyrənmək üçün sistemli araşdırmalar aparmaq lazımdır, necə gəldi münasibət bildirmək olmaz. Xalq bu bayramı minilliklərlə yaşadaraq bizə ötürüb. Biz xalqımızın dəyərlərinə sahib çıxmalıyıq”.
Mütəxəssis həmçinin qeyd edib ki, bu bayram türk mənşəyi, mifologiyası, dünyagörüşü ilə daha çox bağlıdır: “Təəssüf ki, sonralar ayrı-ayrı psixologiyanın xalqlara təsiri bu kimi ənənələri unutdurub. Bu bayram farsların və kürdlərin bayramı kimi düşüncələrə həkk olunub. Amma bu bayram qədim türk düşüncəsinin, mifologiyasının məhsuludur”.
A.Əhmədli qeyd edib ki, dekabrın 21-dən 22-nə keçən gecə Yer kürəsinin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsidir: “Bu gün 14 saat 51 dəqiqə gecə, 9 saat 9 dəqiqə gündüz olur. Dekabrın 21-dən etibarən günəş Azərbaycana 26.5 dərəcə bucaq altında düşür”.
O xatırladıb ki, qədim türklər qış fəslini 3 yerə bölürdülər: “Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir. Dekabr ayının 21-dən 22-nə keçən gecə müxtəlif bölgələrdə “Böyük çillə” mərasimi keçirilir. Bununla da Novruz mərasimləri başlayır. Böyük çillə təxminən fevral ayının 1-2-si bitir”.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031