Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistanın qorxunc röyası gerçəkləşir – “Dəmir günbəz”

Azərbaycan döyüş və müdafiə qabiliyyətini artırır; yeni növ silahların serial istehsalına hazırlaşan Bakıdan İrəvana barıt qoxulu daha bir xəbərdarlıq

 
Ötən həftə Bakıya edilən çoxsaylı və yüksək səviyyəli rəsmi səfərlər Azərbaycanın bölgədəki yerinin nə dərəcədə önəmli olduğunu növbəti dəfə göstərdi. Eyni zamanda, ölkəmizin bir çox dövlətlərdən ötrü nə qədər arzulanan olduğunu ortaya qoydu. Bu isə Azərbaycana öz köklü maraqlarını təmin etməkdə yeni və unikal fürsətlər açır. 
Söhbət, əlbəttə ki, ən əvvəl üçüncü on illikdir ədalətli həllini tapmayan Dağlıq Qarabağ problemindən gedir. Aydındır ki, bu problemin nizamlanmasında ölkəmizin hərbi qüdrətinin artırılması həlledici əhəmiyyətə malikdir və olacaq. Analitiklərə görə, İsrail baş naziri Benyamin Netanyahunun keçən həftə Bakıya reallaşan səfəri bu xüsusda çox vacibdir və öz nəticələrini tezliklə göstərə biləcək. 
***
Azərbaycanın hərbi sənaye naziri Yavər Camalovun İsrail baş nazirinin səfərindən az sonra – Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü ilə bağlı keçirilən tədbirdə verdiyi açıqlamalar bu yöndə qənaət və ümidləri gücləndirir. Həmin açıqlamalar arasında işğalçı Ermənistanın qorxulu röyası sayılan silahlarla bağlı mühüm məqamlar da var.
Məsələn, nazir bildirib ki, Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək. Onun sözlərinə görə, belə silahların istehsalı istiqamətində danışıqlar başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub: “Bu silahlar 2 km məsafədə düşmənin radio-elektron qurğularını sıradan çıxaracaq”. Yavər Camalov daha sonra deyib ki, Azərbaycanın əsas məqsədi uzaq mənzilli raketlərin istehsalıdır və bu istiqamətdə də dünyanın hərbi şirkətləri ilə danışıqlar aparılır.
Image result for Dəmir Gümbəz
 
Bu il üçün dövlət sifarişi proqramının artıqlaması ilə yerinə yetirildiyini vurğulayan nazir güc strukturlarına təhvil verilən müdafiə təyinatlı məhsulların həcminin 1,6 dəfə, çeşidinin isə 1,8 dəfə artdığını da söyləyib. Yaxın perspektivdə Azərbaycanın əsas məqsədləri sırasında uzaqmənzilli raketlərlə bərabər “Hava-Hava”, “Hava-Yer” tipli raketlərin istehsalı olduğunu bildirib: “Bununla bağlı artıq dünyanın aparıcı hərbi şirkətləri ilə ilkin razılıq da əldə olunub”.
Ən önəmlisi, Y.Camalov Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında “Dəmir günbəz” Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunduğunu deyib. O, Müdafiə Sənayesi Nazirliyinin həmin sistemin alınmasına müsbət rəy verdiyini də qeyd edib.
***
Xatırladaq ki, “Dəmir günbəz” Raket Hücumundan Müdafiə taktiki sistemi uçuş məsafəsi 4 km-dən 70 km-dək olan, idarə edilməyən taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulur. Sistem İsrailin “Rafael” şirkəti tərəfindən yaradılıb. Lakin son bilgilərə görə, “Dəmir günbəz”in daha çox uçuş məsafəsi olan raketləri zərərsizləşdirən modifikasiyası da var və əslində Azərbaycan məhz onu almaq istəyir.
Hərbi ekspertlərə görə, bu reallaşarsa, o zaman Ermənistan ona verilən “İsgəndər” komplekslərinin yaratdığı taktiki üstünlükdən məhrum olacaq. Bu da hamısı deyil. Nazirin açıqlamalarında o da bəlli olub ki, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının (PUA) sınaqları uğurla başa çatdırılıb və artıq Ali Baş Komandanın iştirakı ilə təqdimatı da keçirilib.
Image result for ”Zərbə
“Azərbaycan Silahlı Qüvvələrini yeni növ ”Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanacaq. Bununla bağlı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu da imzalanıb” – nazir əlavə edib.
Bütün bunlar, sözsüz ki, Qarabağ danışıqlarını sabotaj edən işğalçı Ermənistana aydın bir mesajdır ki, sülhdən qaçmaq ona neçəyə başa gələr və müharibədə onu nələr gözləyir. Təbii ki, heç kim müharibə, qırğın, dağıntı arzulamır. Ancaq nə edəsən ki, erməni tərəfinin israrla qaçdığı ədalətli sülhün alternativi müharibədir. Klassik formulu burda yada salsaq, Azərbaycan sülh istəyirsə, gərək müharibəyə hazır olsun.
Ancaq bu, əlbəttə ki, son variantdır. Azərbaycan rəhbərliyinin bəyan etdiyi kimi, hələ ki sülhün imkanları tükənməyib. Savaş hüququnu isə Azərbaycan xalqının əlindən heç kim almayıb və ala bilməz. Sadəcə, bu məsələdə yüz ölçüb-bir biçməli, ən uğurlu məqamı gözləməliyik. Çünki Ermənistanın arxasında hansı gücün dayandığını ciddiyə almaq zorundayıq.
***
“Rəsmi və ictimai şəxslərin, o cümlədən təşkilatların emosional müharibə çağırışı ilə məsələ həll edilmir”. Bunu əksər deputatların müharibə çağırışını şərh edərkən politoloq Tofiq Abbasov deyib (sherg.az). Onun sözlərinə görə, hazırkı şəraitdə Azərbaycanın Ermənistana müharibə elan etməsi tezdir.
“Ermənistan elə nataraz dövlətdir ki, onu hazırlıqsız vəziyyətdə yaxalamaq lazımdır. Lakin burada Azərbaycanın beynəlxalq institutların qarşısındakı öhdəliyini unutmaq olmaz. Sülh prosesində Ermənistan nə qədər danışıqlardan yayınıb, önəmli məsələləri sonrakı plana ataraq, münaqişənin həlli prosesini ləngitməyə çalışsa da, biz diplomatik səviyyədə dözümlülüyümüzü sona qədər saxlamalıyıq. Qarşıdan gələn danışıqlarda Ermənistan destruktiv mövqe nümayiş etdirərsə, o zaman, bu addımı atmaq olar”, – deyə o qeyd edib.
Politoloq bildirib ki, Azərbaycan hələ 90-cı illərin sonlarından işğalçı dövlətə sülh prosesini ləngitməmək barədə ciddi xəbərdarlıq edib. “Dünya birliyində Ermənistana havadarlıq edən qurumlar və ölkələr açıq dəstəyini göstərir və onun mövqeyini müdafiə edirlər. Hətta Minsk qrupunun həmsədri olan Ceyms Uorlik bu məsələni aydın ifadə edir. Bu səbəbdən, elə məqamda bu addımı artmaq lazımdır ki, həmin təsisatlar Azərbaycana təzyiq göstərə bilməsinlər. Təklif edirəm ki, önümüzdəki bir neçə il müharibə barədə ciddi addımlar atılmasın. Lakin yenə də Azərbaycanın bütün göstəricilərə görə Ermənistandan xeyli irəlidə olduğu bəllidir. Bu hərbi hazırlığa, ordu quruculuğuna, demoqrafik vəziyyətə, iqtisadi göstəricilərə də aiddir. Ermənistan isə aprel döyüşlərindən sonra sözün əsl mənasında təşviş içərisindədir. Bütün bunları nəzərə alaraq, istisnaları zərərsizləşdirdikdən sonra müharibə elan edə bilərik” – T.Abbasov deyib.
O əlavə edib ki, bəzi rəsmilərin bu çağırışları emosional xarakter daşıyır: “Ermənilər öz istəyi ilə işğal edilmiş torpaqlarımızdan geri çəkilməsə, zərərçəkmiş tərəf olaraq, zərbə endirməliyik”.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031