Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni ekspertləri: Qaz kəmərinin 25%-nin satılması Azərbaycana regionda inhisar yaratmağa açar verəcək

Bu ilin noyabr ayının sonunda Gürcüstan baş naziri Georgi Kvirikaşvili “Şimal-Cənub” (Mozdok-Tiflis) magistral qaz kəmərinin satışa çıxarıla biləcəyini dilə gətirib.
Qeyd edək ki, Rusiyanın Gürcüstan vasitəsilə Ermənistana verdiyi qaz məhz bu kəmər vasitəsilə həyata keçirilir.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, dövlətin bu məsələyə rəsmi reaksiyası hələ ki sakit tondadır.
Hələ keçən həftə baş nazir Karen Karapetyan parlament üzvlərinin Azərbaycanın bununla Ermənistanı enerji blokadasına almaq perspektivi ilə bağlı suallarına cavab verməli olub.
Karapetyan bu sazişin baş tutma ehtimalının az olduğunu söyləyib. “Sözü gedən səhm paketi Azərbaycan tərəfindən alınsa belə bu bizim üçün çətin ki, problem yaratsın. Bundan başqa, bizim də Gürcüstana qarşı arumentlərimiz olacaq”, – baş nazir bəyan edib.
Ermənistan mətbuatı isə bu “arqument”lərin nədən ibarət olduğuna dair təxminlər irəli sürür.
Bunlarına içərisində Ermənistanın Gürcüstana qarşı “əbədi” və “dəyişməz” şantajı Cavaxetiya məsələsindən tutmuş, Abxaziya və Cənubi Osetiyanın rəsmi İrəvan tərəfindən tanınmasına qədər hər ehtimal var.
Ermənistanın hakim Respublika partiyasının sədrinin beynəlxalq məsələlər üzrə müavini Armen Aşotyan Gürcüstan və Ermənistanın öz münasibətlərini 3-cü ölkənin müdaxilə olmadan həyata keçirməli olduğunu söyləyib.
Картинки по запросу армен ашотян
Aşotyan bu məsələdə Gürcüstanın olduqca çevik siyasət həyata keçirdiyini vurğulayıb.
Armen Aşotyan Ermənistanın Gürcüstana qarşı hansı əks-arqumentlərdən istifadə edə biləcəyi məsələsinə aydınlıq gətirməyib.
“Erməistanın xarici siyasətinin effektivliyi onun görünməzliyi, gizliliyi və proseslərin siyasi kuluarlar içərisində qoruyub saxlaması ilə bağlıdır. Ona görə danışıqlar masasında nələrin müzakirə edildiyi barədə fal açmağa ehtiyac yoxdur. Lakin Ermənistanın kifayət qədər arqumenti vardır” – Aşotyan əminliyini ifadə edib.
Hakim partiya funksionerinin fikrincə, səhm paketinin alınmasında ən çox “Qazprom”, yəni Rusiya maraqlı olmalıdır. “Bundan başqa, cəmi iki il sonra Azərbaycanın “Şahdəniz-2” yatağından Bakı-Tiflis-Ərzurum boru kəməri ilə qazın verilməsinə başlanacaq. Bu isə  Tiflisin Azərbaycandan daha çox təsiri altına düşməsinə səbəb olacaq. Rusiya isə Qafqaz ərazisində enerji layihələrinin həyata  keçirilməsi üçün öz mövqeyi ilə bağlı bütün imkanlardan istifadə etməlidir”, – Aşotyan bu məsələdə də Moskvadan mədət umduqlarını gizlətməyib.
Lakin hakim rəsmi dairələrdən fərqli olaraq siyasi-ictimai rəydə sakitlik hökm sürmür. Hətta iqtidarda olan Respublika partiyasında belə məsələyə etiraz edənlər tapılıb.
“Emərnistan səhmlərin SOCAR-ın əlinə keçməməsi üçün əlindən gələni etməlidir. Belə bir rəy yaradılır ki ki, 25%-lik səhmlər özü ilə heç bir risk daşımır və bunların  sahibi qəbul edilən qərarlara təsir göstərə bilmir.
Lakin rəqəm nə olursa-olsun, burada bir psixoloji problemi unutmaq lazım deyil: Ermənistan qaz tranzitinə görə Azərbaycan şirkətinə pul ödəyəcək. SOCAR isə Azərbaycanın silah almasını təmin edən əsas şirkətdir. Yəni bizim verdiyimiz pullarla Azərbaycan silahları əsgərlərimizə atəş açacaq”.
Bu sözlər Ermənistanın hakim Respublika partiyasından olan deputat Şirak Torosyana məxsusdur.
Картинки по запросу ширак торосян
Deputatın sözlərinə görə, Gürcüstanın energetik kommunikasiyaları sahəsində ən iri oyunçuya çevrilən Azərbaycan bu səhm paketini əldə etməklə öz təsirini Gürcüstan hüdudlarından kənara daşıyacaq və arıtq yalnız Gürcüstana deyil, həmçinin İrəvana və hətta Tehrana da öz qaydalarını diktə edəcək.
Bundan başqa, deputat Azərbaycanın gələcəkdə səhm paketinin hamısını almasından ehtiyatlandığını dilə gətirib. “Bu əsl faciə olar. Buna görə də İrəvan bu sazşişin baş tutmaması üçün əlindən gələni etməlidir”, -Torosyan qeyd edib.
Ermənistan baş nazirinin söylədiyi “arqumentlər” məsələsinə gəlincə isə Torosyan bu barədə bir şey bildirməyə çəkinib. O, Ermənistanın bu məsələdə  Cavaxetiya problemindən alət kimi istifadə etməsi faktını şərh edib: “Düşünürəm ki, Gürcüstan və Ermənistan bir-biri ilə arqument və ultimatum dilində danışmamalıdır. Lakin Gürcüstan da səhmlərin sırf biznes məqsədi ilə satılmasının və siyasi məna almamasının qayğısına qalmalıdır”, – Torosyan örtülü təhdidini təkrarlayıb.
Gürcüstan-Ermənistan münasibətləri üzrə ekspert Alik Yeroyantsın fikrincə isə Azərbaycan tərəfindən 25%-lik səhmlərin alınması Ermənistan üçün təhdid törədə bilməz. “Belə bir təhdid Azərbaycanın nəzarət paketi əldə etməsindən sonra yarana bilər. Hadisənin bu cür gedişatı isə Emrənistan üçün bir çox riskləri gətirəcək. Çünki Azərbaycan  Ermənistanın qaz nəqliyyat sisteminə təsir göstərməklə bağlı güclü rıçaqlara malik olacaq”, – ekspert qeyd edib.
Картинки по запросу alik eroyants
“Lakin bu təhdidləri sovuşdurmaq üçün Ermənistanın əlində bir sıra faktorlar mövcuddur. İlk növbədə bu, Gürcüstan və Ermənistan arasında yüksək münasibətlərə aiddir. Bundan başqa, Ermənistanın qazın tədarük edilməsi üçün alternativ marşrutu, İran-Ermənistan yolu var. Əgər Azərbaycan Gürcüstanın bütün qaz-nəqliyyat sistemini ələ keçirsə, bu yol yaranan riskləri xeyli azlada bilər”, – politoloq bildirib.
Politoloq Sergey Şakaryantsın mövzu ilə bağlı mövqeyi daha sərt olub.
Bununla bağlı qələmə aldığı məqalədə hökuməti ləng davranmaqda ittiham edən Şakaryants Azərbaycanın Gürcüstandan Ermənistana gedən qaz-boru kəmərinin bir hissəsini almasını sonuncu üçün böyük təhdid hesab edib.
Картинки по запросу сергей шакарянц
“Hətta səhm paketinin 25%-lik olması halında belə Azərbaycan Gürcüstan ərazisində boru kəmərlərinə nəzarəti əldə etmiş olacaq. Bakıya həmin qaz kəmərini partlatmaq da lazım gəlməyəcək. Bundan sonra Azərbaycanı hər hansı proqramlaşdırılımş zərər vurmada və ya diversiyada ittiham etmək mümkün olmayacaq. Sadəcə dəfələrlə qazın tranzitini “profilaktik məsqədlə” dayandırılmasını tələb etmək kifayətdir ki, Ermənistan hər dəfə “əsəbi” vəziyyətə salınsın”, politoloqun yazısında qeyd edilir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031