Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

2016-cı ildə baş verənlər, yaxud 2017-də bizi nə gözləyir? – RƏYLƏR

2016-cı il başa çatmasına artıq sayılı günlər qalıb. Bu il beynəlxalq aləmdə baş verən siyasi proseslər istər-istəməz “dünya hara gedir?” sualını yaratdı. Xüsusilə “Brexit” və ABŞ-a Donald Trampın prezident seçilməsi Qərbin “məhv olma” dövrünə qədəm qoyduğuna dair fikirlərin yaranmasına səbəb oldu. Eyni zamanda, Azərbaycan daxilində baş verənlər, xüsusilə Dağlıq Qarabağ ətrafında yeni reallığın yaranmasına səbəb olan hadisələr yaşandı.

Aprel müharibəsi və kitablara düşəcək hadisə

Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında deyib ki, 2016-cı il Azərbaycan üçün ən mühüm hadisə aprel döyüşləri oldu: “Azərbaycan Ordusunun qələbə qazanması tarixə düşən hadisədir. Azərbaycan əyani şəkildə göstərdi ki, ərazilərini geri qaytarmaq və ərazi bütövlüyünü təmin etmək iqtidarındadır”.

Politoloqun fikrincə, dünyada ən vacib hadisə isə ABŞ-da biznesmen Donald Tranpın prezident seçilməsidir.

“Bunu tarix kitablarına düşəcək hadisə hesab etmək olar”, – deyə o bildirib.

Referendum və şəhid istəyən Vətən

Tanınmış jurnalist, “Ayna-Zerkola” qəzetinin baş redaktoru Elçin Şıxlı isə hesab edir ki, aprel döyüşləri siyasi yox, hərbi hadisədir.

Publika.az-a açıqlamasında E. Şıxlı bildirib ki, Azərbaycan daxilində baş verən siyasi hadisə kimi referendumun keçirilməsini göstərmək olar: “Siyasi olaraq hansısa başqa hadisələr yaşanmadı. Aprel döyüşünü hərbi-siyasi hadisə olaraq xarakterizə edərdim. Bu döyüşlər göstərdi ki, Azərbaycan ordusu və millətimiz döyüşməyi bacarır. Bu, mənəvi cəhətdən böyük hadisə hesab olunamalıdır. Doğrudur, şəhidlərimiz oldu. Amma görünür, Vətən bunu tələb edir”.

E. Şıxlı dünyada yadda qalan siyasi hadisələri belə sıralayıb: “Brexit”, Donald Trampın prezident seçilməsi, İraqda və Suriyada baş verənlər”.

Şıxlı onu da əlavə edib ki, əgər ABŞ-da Hillari Klinton prezident seçilsəydi, bu, yadda qalan siyasi hadisə olmayacaqdı.

Aprel və iyul ayları, yaxud Azərbaycan və dünya

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da Publika.az-a açıqlamasında aprel müharibəsini Azərbaycan üçün ilin hadisəsi adlandırıb.

“Azərbaycan aprel döyüşlərində uğurlu bir əməliyyat apardı. Bu ölkəmiz üçün mühüm hadisədir. Bununla yanaşı, referendumun keçirilməsi və konstitusiyaya dəyişikliklərin edilməsi əhəmiyyətli siyasi hadisə hesab oluna bilər”, – deyə o vurğulayıb.

Dünyaya gəlincə, A. Aşırlı ən diqqətçəkən hadisənin Türkiyədə 15 iyul çevriliş cəhdinin olduğunu bildirib.

Ümumi rəy 2016-cı ilin gərgin və kataklizimlərlə dolu olması haqdadır. Bəs 2017-ci il? Gələn il siyasi baxımdan necə gözlənilir?

Bakı əraziləri qaytarmaq üçün bir variant seçəcək

Q. Hüseynli hesab edir ki, Azərbaycan Dağlıq Qarabağın azad olunması istiqamətində addımlarını daha da intensivləşdircək.

“Münaqişə ilə bağlı vəziyyət belə qalmayacaq. Azərbaycan buna dözməyəcək. Hesab edirəm ki, Azərbaycanın siyasi rəhbərliyi ərazi bütövlüyümüzün bərpası üçün münaqişənin həlli istiqamətindəki mümkün olan variantlardan birini seçəcək”, – deyə o bildirib.

Dünyanın gələcəyi bədbindir

Q. Hüseynli dünyanın gələcəyi haqqında bədbin düşünür.

Onun sözlərinə görə, Tramp kimi siyasətdən uzaq bir şəxsin ABŞ prezidenti olması, digər tərəfdən, Rusiya prezidentinin artıq üçüncü dəfə “Forbes” jurnalı tərəfindən ilin adamı seçilməsi dünyaya baxış bucağının dəyişdiyini göstərir: “Dünyada dəyərlər sistemi ciddi sürətlə dəyişir. Bunu bir il öncə proqnozlaşdırmaq mümkün deyildi”.

“Putin seçki yolu ilə hakimiyyətdən gedərsə…”

E. Şıxlı isə hesab edir ki, dünyanın gələcəyinin necə olacağı ABŞ siyasətindən asılıdır.

“Tramp ya Obama kimi Rusiya ilə yaxınlaşmaq istəyəcək. Ya da Obamanın sonradan ağılanaraq, Rusiyaya qarşı sanksiyalar əl atması kimi kəskin siyasət yürüdəcək. Burada iki qüvvənin mübarizəsi gedir: Rusiya və kommunist ideologiyası liberal dəyərlərə qarşı. Liberal tərəfdən dünyaya öz süni həyat tərzlərini yetirmək istəyənlər var. Seçim qarşısındayıq. Əgər Putin seçki yolu ilə hakimiyyətdən gedərsə, Azərbaycan üçün müəyyən yumşalmalar olacaq. Bu, həm də təzyiqləri azalda bilər. Əgər bu baş verməyəcəksə, o zaman iki qüvvənin kəllə-kəlləyə gəlməsi prosesi davam edəcək və biz burada özümüzə yol tapmalıyıq”,- deyə o bildirib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031