Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

1918-1919-cu illərdə Lənkəran qəzasında erməni millətçilərinin törətdikləri soyqırım

XX əsrin əvvəllərində başlayaraq ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər Azərbaycan tarixində ən qanlı hadisələrdən biri kimi yaddaşımızda silinməz izlər buraxmışdır. Bu dövrdə baş vermiş hadisələr nəticəsində on minlərlə dinc soydaşımız bolşeviklərin havadarlığı ilə erməni daşnak quldur dəstələri tərəfindən soyqırıma məruz qalmışdı. 1918-ci ilin martın sonu, aprelin əvvəlində Bakıda ermənipərəst bolşevik rəhbərliyinin fəal iştirakı ilə törədilmiş dəhşətli qırğın nəticəsində dilindən, dinindən, cinsində, mənşəyindən asılı oplmayaraq minlərlə dinc əhali öldürülmüş, təhqir və işgəncələrə məruz qalmışdı. Bu qanlı hadisə tezliklə Bakı hüdudlarından kənara çıxmış, bolşevik- daşnak quldur dəstələri  bi sıra  Azərbaycan qəzalarında olduğu kimi, Lənkəran qəzasını da talan etmiş, dinc əhali amansızcasına öldürülmüşdü.

Bu dövrdə C ənubi Qafqazda hakimiyyəti ələ almağa çalışan  Şaumyan və onun quldur dəstəsi Lənkəranın mühüm strateji və ərzaq rayonu olmasını nəzərə alaraq,

Bu bölgəni ələ keçirməyi qarşıya məqsəd qoymuşdu. Lənkəran qəzasını ələ keçirməyə çalışan Şaumyanın əsas məqsədlərindən biri, milli qüvvələrin – Sultan bəy Qulubəyov, Aslan Talışinski və baron Osten-Sakerin 1917-ci ildə təşkil etdiyi milli alayı və Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etməklə, bölgəni tam şəkildə ələ keçirmək idi.  Lənkəranda olan “Dikaya diviziya”nı tərk-silah etmək üçün, Şaumyanın sərəncamı və Erməni Milli Şurasının göstərişi  ilə tərkibində erməni fəhlələrindən təşkil olunmuş 280 nəfərlik Bakıdakı bolşevik-erməni daşnak qüvvələri  Lənkərana göndərilmişdi. 1918-ci ilin aprelindən başlayaraq Lənkəran qəzasına basqın edən bu quldur dəstə yolboyu azğınlıq etməklə müsəlman kəndlərini dağıdaraq yandırmış və Lənkəran əhalisinə divan tutmuşdu.  Bu hadisələrin şahidləri olan yerli sakinlər qeyd edirlər ki, 1917-ci ilin oktyabrından 1918-ci ilin may ayına qədərki bir müddət ərzində denikinçi komandan Şevkunovun quldur dəstəsinə rəhbərlik edən daşnak Akopyan və ermənipərəst eser Sinayev Lənkəranda Talış xanının evini özlərinə qərargah etmiş və törətdikləri vəhşiliklərə belə haqq qazandırırdılar ki, guya Lənkəran qəzasını qaçaq-quldurlardan qoruyurlar. Bu məqsədlə onlar dəfələrlə şəhər və kəndləri dənizdən top atəşinə tutmuş,  sakinlər əliyalın olduğundan, atışma başlayan kimi meşələrə üz tutmuşdular. Bu qırğnların qarşısını almaq üçün danışığa gedən Sütəmurdov kəndinin 13 ağsaqqalı  yaraqlı dəstənin başçıları ilə belə bir şərt kəsirlər ki, dinc əhaliyə toxunmayacaqları tədqirdə, əvəzində onlara lazım olan ərzağı verəcəklər. Lakin bu təklifə baxmayaraq quldur dəstəsi, onları öldürərək, qılıncla tikə-tikə doğrayıb və bir yeşikdə torpağa basdırırlar. Sütəmurdov kənd ağsaqqalı Nəcəf Nəcəfovun babası da bu erməni vəhşiliklərinin qurbanı olur. Lənkəran qırğınları  zamanı hərbçilər arasında olan erməni millətçiləri yerli müsəlman əhaliyə olmazın zülmlər verərək, qız-gəlinlərə qarşı nalayiq hərəkətlər etmiş, onlara müqavimət göstərən müsəlmanları öldürmüş, meyidlərini yandırmışlar. Hətta bir cavanın kürəyinə qaynar qazan bağlayaraq yeriməyə məcbur edibl,  sonra isə güllələmişlər. Daşnaklar Lənkəran qəzasının 40 kəndində eyni vəhşilikləri törətmiş,  şəhərin mərkəzində qala meydanında yerli sakinlər kütləvi şəkildə qətlə yetirmişdilər.

1918-ci ilin avqustun əvvəllərindən ingilis hərbiçilərinin hərtərəfli köməyi ilə “beşlər diktaturası”nın ağ ordusu Lənkəran qəzasını ələ keçirməklə bölgəyə sahib olmuş və bu ərazini  nəzarətdə saxlamaq üçün İlyaşeviçin 10 min, polkovnik erməni Makarovun 3 min, polkovnik Avetisovun (gənctürklər ordusunun Bakıya  hücumu qarşısında duruş gətirə bilməyərək ordunu başsız qoyub qaçan, türklərin qatı düşməni, Bakı cəbhəsinin keçmiş komandanı Avetisov sonralar Prişibdə öldürülmüşdü – red.)  2 min nəfərlik ordusuna havadarlıq etmiş, bu qüvvələrin qəzada vəhşiliyi, zülm, özbaşnalığı, qətil və qarəti görünməmiş şəkildə artmış, 1919-cu ilin avqustunda “Molokan qiyamı” yatırılana qədər Lənkəran qəzasında erməni-bolşevik yaraqlı birləşmələri tərəfindən 2 min insan qətlə yetirilmişdi.

Bu məlumatlar 1918-ci il mart soyqırımı ilə bağlı yaradılmış Fövqəladə Təhqiqat Komissiyanın  hesabatlarında öz əksini tapmışdı. Komissiyanın sədri Ə.Xasməmmədov xarici işlər nazirinə yazırdı ki, Lənkəran qəzasında polkovnik Avetisovun silahlı quldur dəstələri Cavad qəzasının bir hissəsində isə polkovnik İllarinoviç başda olmaqla başqa bir dəstə böyük dağıntı törədərək müsəlman əhalini ucdantutma məhv etmişdir. Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edilmiş, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur olmuşdular. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri “Aleksandr Yander” gəmisi tərəfindən top atəşinə tutulmuşdur. Ümumilikdə, erməni millətçiləri  1918-ci ilin mart ayına qədər Lənkəranın 40 kəndində dinc sakinləri vəhşiliklə qətlə yetirmişlər. Sovet tarixşünaslığı  tarixi həqiqətləri gizlətməyə çalışaraq, bu qanlı  hadisələrə belə bir izahat verirdi ki, güya “millətçilər zəhmətkeşlərin diqqətini sinifi mübarizədən yayındırmaq məqsədi ilə Zaqafqaziyanın çox yerində milli ədavət törətdikləri kimi Lənkəran qəzasında da belə ədavət törətmişdilər. Müsavatçılar, eserlər və qeyriləri bu ədavətin əsas təşkilatçıları olmuşlar. Milli ədavətin nətiçəsində qəzada 40-a yaxın kənd yandırılmış, yüzlərlə günahsız adam, habelə qadınlar və uşaqlar məhv edilmişdi”. Göründüyü kimi sovet tarixşünaslığı  milli qüvvələri bu qırğınların səbəbkarı kimi göstərməklə, bölgədə bolşeviklərin havadarlığı ilə ermənilərin törətdikləri soyqırımı gizlətmiş və təhrif etmişdilər.

B.B.KƏRİMOV,

tarix üzrə fəlsəfə doktoru

АМЕА, Milli Azərbaycan Tarixi Muzeyində,

 “Xarici əlaqələr və elmi kütləvi iş”şöbəsinin aparıcı elmi işçisi  

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031