Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Levon Ter-Petrosyan: “Ordu-xalq” ideologiyası təhlükəlidir, iflasa məhkumdur

Bu gün Ermənistanda irəli sürülən “ordu-xalq” ideologiyası təhlükəlidir və iflasa məhkumdur.

Virtualaz.org xəbər verir ki, Ermənistan Milli Konqresinin lideri, eks-prezident Levon Ter-Petrosyan partiyasının qurultayındakı çıxışında belə deyib.

“Xalq-ordu” (İsraildə olduğu kimi bütün xalqın ideoloji baxımdan döyüşkən ordu şəklində təşkil olunmasından söhbət gedir.-red) modelinin erməni variantının arxitektorlarına buradan üç sual verirəm: bu proqram nədən irəli gəlir, həll edəcəyi vəzifə nədir, onun həyata keçirilməsi üçün hansı resurslar tələb olunur?”-Ter-Petrosyan bildirib.

Eks-prezidentin sözlərinə görə, Ermənistanın əhalisi 1988-ci il zəlzələsindən və sovet ittifaqının dağılmasından sonra daim azalıb, bu proses indi də dayanmayıb. “İnsan resursları baxımından Ermənistan hakimiyyəti Diaspora böyük ümid bəsləyir. Mən özüm diaspordan olan biri kimi bütün məsuliyyətimlə deməliyəm ki, bu gözləntilər tamamilə sayıqlama və özünüaldatmadır. Yada salmaq kifayətdir ki, 1990-cı illərdəki müharibədə diaspordan cəmi 12 erməni iştirak etmidi. Onların siyahısını bir ayrısı yox, müharibənin bütün detallarını bilən Vazgen Sərkisyan açıqlamışdı”-eks-prezident bildirib.

Ter-Petrosyan qeyd edib ki, əgər Ermənistanın indiki iqtisadi vəziyyəti acınacaqlı olmasaydı hakimiyyət heç bir halda Qarabağda ölən və yaralanan əsgərlər üçün fond yaratmağa ayda hər işləyən vətəndaşdan 1000 dram (2 dollara yaxın) pul yığmağı nəzərdə tutan dilənçiliyə getməzdi. “Bu, “xalq-ordu” ideologiyasının nüfuzdan düşdüyünü göstərən ilk addımdır, eyni zamanda dövlətin ləyaqətinə də zərbə vurub, bizi bütün dünyanın qarşısında gülünc duruma salıb”-Ter-Petrosyan deyib.

Onun fikrincə, “ordu-xalq” proqramı iflasa məhkumdur, təhlükəlidir və yeganə nəticəsi ancaq Ermənistandan miqrasiyanın artmasına stimul vermək, ermənilərin kökünün Qarabağdan və Ermənistandan kəsilməsinə aparıb çıxarmaq olacaq. “Belə təəsürat yaranır ki, rejim sanki xalqın məhvi hesabına bu proqramın yalnız bir elementini həyata keçirmək istəyir. Yəni ola bilsin nə vaxtsa bizim güclü ordumuz olacaq, ancaq o vaxta kimi xalq qalacaq ya yox, bu sual altındadır”-Konres lideri bildirib.

Ter-Petrosyan çıxışında onu da deyib ki, Qarabağ münaqişəsi həll olunmadan Ermənistan və Qarabağ erməniləri üçün heç bir inkişaf perspektivi ola bilməz.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031