Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Azərbaycanın tarixi silahları”nın təqdimat mərasimi keçirildi

M.F. Axundzadə adına Milli Kitabxanada “Историческое оружие Азербайджана” (“Azərbaycanın tarixi silahları”) kitab-albomunun təqdimatı keçirilib.
Tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, gərgin əməyin bəhrəsi olan nəşr bütövlükdə Azərbaycanın silah tarixini özündə əks etdirir. Kitabda qədim tarixə malik silah növlərinin milli-mənəvi dəyərlər fonunda əks olunması, ornamentlərinin təhlil edilməsi nəşrin dəyərini artırır.
 
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək “Azərbaycanın tarixi silahları” kitab-albomunun ərsəyə gəlməsini və təqdimatının keçirilməsini Azərbaycanın silahlı qüvvələrinə, Ali Baş Komandanımızın rəhbərliyi altında göstərilən dövlət qayğısından irəli gələn hadisə kimi qiymətləndirib.
 
Bildirib ki, kitabda son 500 il ərzində Azərbaycan ərazisində istifadə olunan silahlar tədqiq edilib, silahların fotosu, istifadə qaydaları haqqında məlumat yer alıb: “Azərbaycan xalqının mübarizliyi, onun tarixi dəyərlərə verdiyi qiymət və şanlı tarixə malik olması kitabda faktlarla sübuta yetirilib. Böyük tarixi şəxsiyyətlərdən miras qalmış silahlar, o cümlədən keçmiş əsrlərdə döyüşlərdə istifadə edilən çoxsaylı silah növləri, onların Azərbaycanda hazırlanması sübut edir ki, uzun əsrlərdən bəri ölkəmizdə müxtəlif silahlar kütləvi şəkildə istehsal olunmuş, xalqımız öz ərazilərini qorumaq üçün hər zaman mübarizlik göstərmişdir”.
 
Ədalət Vəliyev qeyd edib ki, müəlliflər – general-polkovnik Nəcməddin Sadıkov, Azad Məmmədov, Fuad Cavadov, Adil Minbaşı kitabın ərsəyə gəlməsində böyük xidmət göstəriblər: “İnanıram ki, kitab yaxın vaxtlarda Azərbaycan dilinə də tərcümə olunacaq və xalqımızın tarixi səhifəsində öz layiqli yerini tutacaq”.
 
Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycan bu gün özünün ən parlaq inkişaf dövrünü yaşayır. Dövlətimiz hər zaman dünya dövlətləri sırasında öz mədəniyyəti, maddi-mədəni dəyərləri ilə tanınıb. Qobustan qayaları, Azıx mağarası, Qız qalası, bütün bunlarla yanaşı, Azərbaycanın Dədə Qorqud və Nizami Gəncəvi kimi simvolları var. Böyük şəxsiyyətlər yetirən torpağımızın şanlı səhifələrinin yazılmasında görkəmli şəxsiyyətlərin böyük xidmətləri olub.
 
Qeyd olunub ki, son illər Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə böyük əhəmiyyət kəsb edən kitabların təqdimatını həyata keçirib. Bütün bu layihələr milli dəyərlərimizin tanıdılmasına xidmət edir.
 
Ədalət Vəliyev kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və nəşrin müxtəlif xarici dillərə tərcümə edilməsinin vacibliyini vurğulayıb.
 
Təqdimatda çıxış edən polkovnik Mehman Süleymanov, Milli Məclisin üzvü, yazıçı-publisist Aqil Abbas, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Xaləddin Xəlili və başqaları kitabın əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Azərbaycan əsrlər boyu silah mərkəzlərindən biri olub. Xalqımızın döyüşkən, mərd və şərəfli tarixi bu kitabla bir daha təsdiq edilir. Layihə həm də bir vətənpərvərlik nümunəsidir.
 
Sonda nəşrin müəlliflərindən Adil Minbaşı kitabın rus dilində işıq üzü görməsini silahlarımızın daha geniş miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, kitabın ərsəyə gəlməsində köməyi keçən hər kəsə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, kitabın rəyçiləri, Milli Məclisin deputatları, akademik Rafael Hüseynov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, tarix üzrə fəlsəfə doktorları Cabir Əhməd, Tufan Axundov və Xaləddin Xəlilidir.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031