Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycan düşməni sarsıdacaq qırıcılar alır – İRƏVANA ZƏRBƏ

Rusiya baş nazirinin müavini, hərbi müdafiə sənayesinin kuratoru Dmitri Roqozin dünən Bakıya səfərə gəlib. Onun səfəri öncəsi Rusiya KİV-i Bakıda Prezident İlham Əliyevlə Ermənistana verilən “İsgəndər” raket komplekslərinin müzakirə olunacağı haqqında məlumat yaydı.

“Bakı raket komplekslərinin Ermənistana verilməsini neqativ qarşılayıb”, – deyə Rusiya hərbi mənbələri bildiriblər.

Roqozinin səfərinin İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərindən dərhal sonraya düşməsi baxımından da diqqət çəkdi. Xüsusilə Azərbaycanın Rusiya ilə yanaşı, İsraildən də silah alması fonunda bu təsadüf maraqlıdır.

Bundan başqa, Rusiya ilə Ermənistanın vahid hərbi qoşun yaratması qərarından sonra Roqozin Bakıya gələn ilk rus rəsmisidir. Görünür, Bakı suallarına cavab verilməsini istəyir.

Publika.az xəbər verir ki, rusiyalı ekspertlər Dmitri Roqozinin Bakı səfərini şərh edib.

Strategiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makienkonun fikrincə, Ermənistana “İsgəndər”lərin verilməsi və Azərbaycanın İsraillə hərbi-texniki əməkdaşlığı gücləndirməsi fonunda Moskva Bakıya “hər şey qaydasındadır” demək istəyir.

Ekspert qeyd edir ki, Rusiya Azərbaycana hərbi əməkdaşlıqda yeni təkliflər də vermək niyyətindədir.

“Azərbaycan Hindistan, Əlcəzair, Çin, Vyetnam kimi nəhənglərin fonunda Rusiya üçün hərbi-texniki əməkdaşlıq üzrə kifayət qədər əhəmiyyətli tərəfdaşdır. Bununla yanaşı, Bakı siyasi münasibətlərdə də tez-tez Rusiyaya kömək edir. Bu baxımdan, Rusiyaya həm ticarət, həm də siyasi münasibətlərə görə Azərbaycanla münasibətləri saxlamaq vacibdir”.

Lakin ekspert hesab etmir ki, Roqozinin Bakıya gəlişi Netanyahunun səfərinə cavabdır.

“Düşünürəm ki, Roqozinin səfəri çoxdan planlaşdırılmışdı. Əgər Azərbaycan və İsrailin hərbi-texniki əməkdaşlığından danışsaq, bunu tamamilə təbii adlandıra bilərik. Azərbaycan suveren ölkədir və milli maraqlarına uyğun olaraq istədiyi ölkə ilə əməkdaşlıq etmək hüququna malikdir”, – deyə o bildirib.

Ekspert istisna etmir ki, “İsgəndər”lərin Ermənistana verilməsi məsələsi Bakıda müzakirə olunub: “Rusiya bunu “kompensasiya” etmək üçün Bakıya yeni təkliflər verə bilər. Eyni zamanda, Ermənistana “İsgəndər”lərin verilməsi simvolik xarakter daşıyırdı. Məqsəd Ermənistanı sakitləşdirmək idi. Hesab edirəm ki, Rusiya Azərbaycanın istəklərini nəzərə alaraq, silahlanma üzrə beynəlxalq qanunvericiliyin icazə verdiyi istənilən silah növünü ona çatdırmağa hazırdır. Bura Su-30SM qırıcı-bombardmançıları və vertolyotlar, tank əleyhinə sistemlər və Hava Hücumundan Müdafiə sistemləri, həmçinin, raket-artilleriya sistemləri daxil ola bilər”.

Hərbi ekspert Aleksey Leonkov da təsdiq edir ki, Bakıda Ermənistana verilən “İsgəndər”lərin müzakirəsi aparılıb: “Bu ehtimal güclüdür. Lakin bu raket komplekslərinin Ermənistana verilməsi ilə bağlı heç bir müqavilə yoxdur. Bu raketlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistana daxil olub və Gümrüdəki Rusiya hərbi bazasında saxlanılır. Həmçinin, “İsgəndər”lər Dağlıq Qarabağ münaqişəsi zonasında istifadə edilə bilməz. Rusiyanın özü bunda maraqlı deyil”.

Ekspert Rusiyanın Qarabağda müharibənin qarşısını almaq üçün istənilən variantdan istifadə etdiyini qeyd edib.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031