Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ekspert: “İsrailin Azərbaycana dəstəyini Qarabağ səmasında gördük”

“İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bütün istiqamətlərdə mühüm idi. Son illər ərzində bizim ölkələrin ticarət dövriyyəsi 4 milyard 850 milyon dollar təşkil edib. Azərbaycan İsrail üçün siyasi baxımdan da çox vacibdir”.

Bunu Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (AİBA) Azərbaycan nümayəndəliyinin rəhbəri Vahid Bayramov “İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan tolerantlığın tam müşahidə olunduğu yeganə müsəlman ölkəsidir: “Bizdə yəhudilər, xristianlar və müsəlmanlar arasında heç bir problem yoxdur. İsrailin Baş naziri də dünən qeyd edib ki, Azərbaycan tolerantlıq baxımından bütün dünyaya örnək olmalıdır. Bizə tarixdən də məlumdur ki, 1856-cı ildə Rusiyadan yəhudilər qovulanda onların çoxu Azərbaycana gəldi. Dağ yəhudiləri isə burada əsrlərlə yaşayırlar. Azərbaycan əhalisinin yəhudi əhaliyə qarşı münasibəti həmişə yaxşı olub”.

“Baku Network” Ekspert Şurasının sədri Elxan Ələsgərov isə bildirib ki, B.Netanyahunun Azərbaycana səfəri gələcəyə olan başlanğıc kimi də qiymətləndirilə bilər: “Benyamin Netanyahunun Azərbaycana ilk səfəri 20 il qabaq olub. O, Prezident Heydər Əliyevlə görüşmüşdü. Bu səfər də Azərbaycan üçün çox aktual idi, çünki 20 il əvvəl Azərbaycanın vəziyyəti fərqli idi. Azərbaycan ərazilərinin hərbi işğalı təhlükəsi altında idi, erməni xüsusi xidmətlərinin həyata keçirdiyi terror hadisələrindən sonra Azərbaycan yenicə özünə gəlirdi, siyasi vəziyyət də sabit deyildi — müxtəlif qruplaşmalar aksiyalar keçirirdi. O vaxt İsrailin də vəziyyətində çətinlik vardı və iki ölkə yaxınlaşmağa başladı”.

Ekspert deyib ki, Azərbaycanla İsrailin münasibətləri siyasi, iqtisadi və hərbi sahələri əhatə edir: “İsrail Azərbaycanın atdığı addımlara dəstək verir. 2015-ci ildə İsrail Prezidenti Holokosta aid məruzəsində Xocalıya aid də bəyanat vermişdi. Bu, nadir bir dövlətdir ki, Azərbaycan xalqının həssas olduğu məsələlərə çox həssas yanaşır. İsrailin Azərbaycana hər sahədə göstərdiyi kömək aprel ayında özünü daha aydın göstərdi. Aprelin əvvəlində biz bu dəstəyi Qarabağ səmasında gördük. Bu, əslində dünyaya bir mesaj idi ki, hər iki dövlətin, xalqın münasibətləri gələcəkdə də inkişaf edəcək, iki xalqın xeyrinə olacaq.

Düşünürəm ki, bu iki ölkə əməkdaşlığa məhkumdur. Bu səfərdən sonra isə əməkdaşlıq daha yüksək səviyyədə inkişaf edəcək. Prezident İlham Əliyevin şəxsən Benyamin Netanhayuya olan münasibəti də ortadadır. Şəxsi münasibətləri çox gözəldir. Onu çox gözəl qarşıladı. Azərbaycanla İsrail arasındakı münasibətlər heç bir digər qonşu dövlətə qarşı yönəlməyib”

Tədbirdə iştirak edən politoloq Arzu Nağıyevin sözlərinə görə, İsrail Baş nazirinin Azərbaycana gəlişi müsbət hal kimi qiymətləndirilməlidir: “Son vaxtlar İsraillə Azərbaycan arasında münasibətlər müsbət məcrada inkişaf edir. Bildiyiniz kimi, əsas məqamlardan biri də hərbi məsələlərdir. İqtisadi və digər istiqamətlərdə də əməkdaşlıq davam edir. İsraillə Azərbaycan arasında silah-sursat müqaviləsi beş milyarda qədərdir. Aprel döyüşlərində də İsrail silahlarından istifadə olunub. Həm İsrail silahlarının reklamı getdi, həm də gücümüzü ermənilər gördülər.

Ölkəmizdə yəhudi icmasının təşkil etdiyi məktəbdə dünən ivrit və Azərbaycan dilində mahnıların səsləndirilməsi ölkəmizin toleratlığını və multikultural dəyərlərini bir daha dünyaya göstərdi. Bu məqamdan İsrail də məmnundur. Eyni zamanda, son vaxtlar Azərbaycanın bir sıra dövlətlər arasında baş verən konfliktlərdə barışdırıcı rol oynaması İsrail-Fələstin qarşıdurmasının aradan qaldırılmasında da mühüm rol oynaya dilər. Yəni İsrail-Azərbaycan münasibətləri çox doğru və müsbət istiqamətdə inkişaf edir. Bu münasibətlər təkcə Azərbaycana deyil, bütün regiona təsir edir”.

A.Nağıyev əlavə edib ki, bu gedişat kiməsə müsbət, kiməsə mənfi təsir edə bilər: “Misal üçün, İran fikirləşir ki, şiə yönümlü Azərbaycan niyə İsraillə bu qədər yaxınlıq edir? Ölkəmizin öz siyasəti var. Konkret siyasətimizi aparırıq. İsrail Baş nazirinin Azərbaycana səfəri erməniləri də ciddi narahat edir. Onlar öz KİV-lərinə tapşırıq veriblər ki, dünyada yaşayan yəhudilər arasında təbliğat aparsınlar, onların fikirlərini Azərbaycana qarşı yönəltsinlər. Yəni bu münasibətləri gözü götürməyən qüvvələr çoxdur”.

Rusiyalı ekspert Pavel Klaçkov isə İsrailin tək Azərbaycan üçün deyil, Rusiya üçün də yetərincə perspektivli tərəfdaş olduğunu bildirib. Onun sözlərinə görə, təkcə son ildə B.Netanyahu 4 dəfə Rusiyada səfərdə olub: “İsrail ABŞ-a çox yaxın olsa belə, o, Rusiyaya qarşı sanksiyaları dəstəkləmədi. Əlbəttə ki, bu bizim münasibətlərə müsbət təsir etdi və onların inkişafına şərait yaratdı”.

Ekspertin fikrincə, Azərbaycan beynəlxalq siyasətdə də mühüm rol oynamağa başlayıb: “Biz bunu Rusiya-Türkiyə münasibətlərinin bərpasında gördük. Bu əlaqələri düzəltmək asan iş deyildi”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031