Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“İran məscidləri donuzxanaya çevirən Sərkisiyana…”

İran rəsmilərinin Azərbaycan dövlətinin daxili işinə qarışması və bununla bağlı bəyanatlar verməsi təəssüf ki, ilk hadisə deyil.

Bu sözləri açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinə İran rəsmilərinin qeyri-adekvat reaksiyasını şərh edən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı bildirib ki, islam həmrəyliyini əsas gətirməklə bu etirazını əsaslandıran İran rəsmiləri əvvəlcə illərdir tutduqları mövqeyə diqqət etməlidirlər:

“Fələstin dövlətinin maraqlarını və orada əzilən müsəlmanların hüquqlarını qoruduğunu deyən İran İslam Respublikası 30 ilə yaxındır ərazisi işğal altında olan qonşu Azərbaycana münasibətdə niyə bu həmrəyliyi göstərmir? Yəməndə şiə husilərin təzyiqə uğramasına qarşı çıxdığını bildirən və onlara açıq siyasi-hərbi dəstək verən İran düz sərhədində 1 milyon şiə-müsəlman qardaşının zorla yurd-yuvasından çıxarılıb, məcburi köçkünə çevrilməsinə hansı reaksiyanı verir? Bu təcavüzü həyata keçirən xristian Ermənistana iqtisadi-siyasi güzəştlər etmək, Xocalı faciəsi kimi dəhşətli soyqırım törədən, müsəlman-şiə çocuqlarını qətlə yetirən terrorçu dövlətə bütün vasitələrlə yardımçı olmaq hansı müsəlman təəssübkeşliyinə, insanlığa və bəşəri dəyərlərə sığır?”

N.Orduxanlı Azərbaycanın uzaq İsraildənsə, yaxın qonşu, dinbir, məzhəbbir, böyük ortaq mədəniyyətə malik İranla yüksək siyasi-hərbi əlaqələr qurmasında maraqlı olduğunu da xatırladıb:

“Azərbaycan ona görə sərhədlərindən xeyli kənarda yerləşən İsraillə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırır ki, qonşusu, dini bir, mədəniyyəti bir, əhalisinin yarısı qan qardaşımız olan İran haqsızın, ədalətsizliyin, terrorun, işğalçının yanındadır və şiə azərbaycanlılarının qətliamını görməzdən gəlir. İran Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Ermənistana işğal etdiyi ərazilərdən çıxması üçün heç bir təzyiq göstərmir, əksinə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsi üçün bu terrorçu ölkəyə hər bir yardımı edir. Azərbaycan Ermənistanı sülhə məcbur etmək siyasəti yürüdür, onu bütün regional layihələrdən məhrum edib, bu ölkədə vəziyyət gündən-günə pisləşir, ancaq İran Ermənistanın iqtisadi çöküşünün qarşısını almaq yolunda əlindən gələn bütün dəstəyi göstərir. Müraciət etməyimizə baxmayaraq, İran şiə-müsəlman qardaşı Azərbaycana ballistik raketlərin satılmasından imtina edir, əvəzində isə Ermənistana hərbi dəstək göstərir. İsrail isə əksinə, həm dünyada diaspor təşkilatlarımıza yardım edir, həmçinin Azərbaycanın ən müasir silahlarla təmin edilməsində aktiv rol oynayır, Azərbaycanın haqq səsinin dünyada tanıdılmasına yardımçı olur”.

N.Orduxanlı İranın işğal edilmiş ərazilərdə ermənilərin müxtəlif layihələrində iştirakını, həmçinin Ermənistanla viza rejimini ləğv edərək, ticari münasibətləri ən yüksək səviyyəyə çatdırmasını da tənqid edib:

“Müsəlman-şiə təəssübkeşi olan İran işğal altındakı yüzlərlə məscidi donuzxanaya çevirən Ermənistanla necə əməkdaşlıq etdiyini, müsəlmanlara qarşı soyqırım törədən, əli kiçik yaşlı müsəlmanların qanına batan Sərkisyanla qucaqlaşmasının hesabını bütün islam dünyasına verməlidir. Necə olur ki, Fələstində bir uşaq ölümünə, Şərqi Qüdsdə qanunsuz məskunlaşmalara ən kəskin reaksiyalar göstərən İran Xocalı qətliamına susur, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında məskunlaşmalarına yardım edir, onlar üçün ev tikir?”

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031