Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistan təmas xəttində müşahidə sistemlərini hansı oliqarxın puluyla yerləşdirib…

Ermənistan hakimiyyəti Qarabağda, təmas xəttində müşahidə aparmaq üçün güclü texniki vasitələri keçmiş maliyyə naziri, oliqarx Qaqik Xaçatryanın pulu hesabına alıb quraşdırıb.

Virtualaz.org xəbər verir ki, bu barədə “Aykakan jamanax” qəzeti yazır. Bildirlir ki, hakimiyyət Qaqik Xaçatryanı hələ 2014-cü ildə maliyyə naziri təyin olunmazdan əvvəl bu işə məcbur edib. Bir sözlə, əvvəllər Ermənistan hakimiyyətində ən “yağlı” postlardan birini-Dövlət Gəlirləri Komitəsinin və Gömrük Xidmətinin sədri vəzifələrini tutan oliqarx nazir olmaq üçün rüşvəti Serj Sərkisyana bu yolla ödəyib.

Qəzet yazır ki, Xaçatryan Qarabağda, təmas xəttində gecə-gündüz müşahidə aparmağa imkan verən texniki vasitələri quraşdırmaq üçün iri məbləğ xərcləyib. Həmin texniki vasitələri quraşdırmaq üçün Xaçatryanın “Ucom” şirkətinin mütəxəssisləri də Qarabağa göndərilib. “Ucom Armenia” Ermənistanın əsas internet provayderidir, offşor zonada qeydiyyatdan keçib.

Qəzet Qaqik Xaçatryanın Qarabağda müşahidə sistemləri alıb quraşdırması barədə müdafiə nazirinin müavini Ara Nazaryandan soruşub. Nazaryan bu fakta və oliqarxların ordunun ehtiyacları üçün ciblərindən pul xərcləməsinə dair başqa hallara münasibət bildirmək istəməyib.

Qaqik Xaçatryan bu ilin oktyabrında Ovik Abramyanın kabinetini istefaya göndərilməsi zamanı vəzifəsindən ayrılıb. O, yeni hökumətin tərkibində yer almayıb. Məlumatlara görə Xaçatryan yığdığı pulları da götürərək Ermənistanı tərk edib.

Xaçatryan maliyyə naziri olanda jurnalistlər üzə çıxarmışdılar ki, onun iki oğlu Qurgen və Artyom 2010-cu ildə ABŞ-ın Los-Anceles şəhərinin prestijli rayonunda 14.4 milyon dollara iki malikanə alıb. O vaxt nazir bildirmişdi ki, oğulları sahibkarlıq fəaliyyəti ilə məşğul olan “müstəqil şəxslərdir” və hansısa əmlak almalarında qanunsuz heç nə yoxdur. Ancaq Qaqik Xaçatryan Ermənistanın ən korrupsiyalaşmış məmur-oliqarxı kimi çoxdan ad çıxarıb. Məsələn, mətbuat yazırdı ki, onun İrəvanda iki nəhəng malikanəsi, habelə istixana kompleksləri, hektarlarla torpaq sahələri və s. var. Bundan başqa Xaçatryan nəqliyyat və taksi biznesində şirkətləri, mağazalar şəbəkəsi və digər aktivləri olduğu məlumdur.

Xatırladaq ki, ermənilərin təmas xətti boyu ABŞ şirkətinin istehsalı olan müasir videomüşahidə sistemləri quraşdırdığı haqda “The National İnterest” jurnalı yazmışdı. Bildirilirdi ki, aprel döyüşlərindən sonra ermənilər təmas xəttində C4ISR sistemi yerləşdirirlər.

İndi məlum olur ki, həmin sistemlərin pulunu hansı oliqarx verib.

C4ISR ABŞ-ın aparıcı hərbi sənaye korporasiyası Northrop Grumman tərəfindən işlənib hazırlanıb və istehsal edilir. Abbreviaturası komanda, idarəetmə, kommunikasiya, kompüterlər, kəşfiyyat, müşahidə və yenidən kəşfiyyat sözlərinin baş hərflərindən götürülüb.  (Command, Control, Communications, Computers, Intelligence, Surveillance and Reconnaissance) C4ISR gələcəyin döyüş sistemlərinə (Future Combat Systems) aiddir və müasir müharibələrdə qoşunların idarə edilməsi, videomüşahidə və kəşfiyyatın aparılması, koordinatların müəyyən edilib komanda məntəqəsinə ötürülməsi və komanda məntəqəsindən alınan əmrlərin qoşun hissələrinə ötürülməsi vəzifəsini yerinə yetirir.

Aprel döyüşlərindən əvvəl də ermənilər təmas xəttinin bəzi istiqamətlərində, o cümlədən Talış kəndi istiqamətində belə sistemlər yerləşdirmişdilər. Lakin həmin sistemlər ermənilərin müdafiə xəttinin Azərbaycan ordusu tərəfindən darmadağın olunmasına əngəl ola bilməmişdi.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031