Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İşğalçı ölkə başçısını Talışa gətirən səbəblər

Vasitəçilər Serj Sərkisyanın bu həyasızlığına da kor oldular; ordumuzun düşmən ölkənin rəhbərini vurmağa tam haqqı var idi

 
Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə dekabrın 8-dən başlanan qanunsuz səfərini başa vuraraq İrəvana dönüb. Erməni prezident bu hərəkəti ilə növbəti dəfə heç bir beynəlxalq qanunlara məhəl qoymadığını, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən tutmuş Avropanın çeşidli qurumlarının çağırış və tələblərinə qədər bütün təşəbbüslərə tüpürdüyünü nümayiş etdirdi.
Özü də bu səfər məqsədli şəkildə məhz Almaniyanın Hamburq şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir araya gətirilməsi, danışıqların 3+2 formatda keçirilməsi ilə bağlı həmsədrlərin cəhdlər göstərdiyi günlərə salındı. Ancaq ABŞ, Rusiya və Fransa XİN başçılarının Hamburq bəyanatında danışıqları davam etdirmək çağırışı edilərkən həm Azərbaycan prezidenti, həm də XİN başçısının danışıqlara sadiq olduqları barədə mövqelərinə rəğmən, Ermənistan rəhbərliyinin pozucu, təxribatçı davranışlarına toxunulmadı. Həmsədrlərin özlərini karlığa, korluğa və lallığa vurması isə işğalçı ölkənin rəhbərliyini daha da azğın davranış sərgiləməyə həvəsləndirir.
Təsəvvür edin, həmsədrlər tərəfləri hərbi toqquşmalardan qaçmağa çağırır, amma Sərkisyan Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyan, Ermənistanın müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, separatçı ordunun komandanlarının müşayiəti ilə işğal altındakı Ağdərənin Madagiz və Talış kəndləri yaxınlığındakı ön xəttə qədər gəlməyə cəsarət edir. Hansı ki, Talış kəndi tamamilə Azərbaycan ordusunun nəzarəti altındadır və hər an böyük savaş ola bilərdi. Üstəlik, Sərkisyan Xankəndinin baş meydanında keçirilən tədbirdə hərbi qulluqçulara müxtəlif mükafatlar, o cümlədən avtomobillər təqdim edib.
Image result for Sarkisyan Talış
Bəzi müşahidəçilər hesab edir ki, Sərkisyanın olduğu mövqe hədəfə alınsa, ən azı o istiqamətə zərbələr endirilsə, hər hansı bir qüvvə Azərbaycanın bu addımına etiraz edə bilməzdi. Rəsmi Bakı onun tanınmış sərhədlərini qanunsuz pozan cinayətkar prezidentin hədəfə alındığını dünya birliyinə bəyan edə, bununla da Ermənistanı növbəti həyasızlıqlardan çəkindirməklə bərabər, BMT qətnamələrinin yerinə yetirilməsi istiqamətində cəhdlərin göstərilməsinə təkan verə bilərdi.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da bildirdi ki, Ermənistanın yeni müdafiə naziri Vigen Sarkisyan və cinayətkar prezidenti ATƏT-in Minsk Qrupunu düşdükləri acınacaqlı durumdan xilas etmək üçün vəziyyəti maksimum gərginləşdirməklə bağlı öz havadarlarından göstəriş alıblar: “Yəni, əgər ilin sonuna kimi həmsədrlər iki prezidenti bir araya gətirə bilməsələr, faktiki olaraq özlərinin gücsüzlüyünü təsdiq etmiş olacaqlar. Ona görə də ermənilər bir vəfa borcu olaraq həmsədrlərin xahişinin reallaşması üçün ciddi hərəkətə keçiblər. Hələ ola bilsin ki, yaxın günlərdə apreldə itirilmiş istiqamətlərdə biz bəzi lokal toqquşmaların şahidi olaq. Həm də Ermənistanın məhz Qarabağ ərazisində fitnəkarlığının sayı daha da artacaq. Onlara da bu imkanı birgə Rusiya-Ermənistan hərbi birləşməsinin yaradılması və fəaliyyətə başlaması haqqında sənədin həm rəsmi Moskva, həm də İrəvan tərəfindən təsdiqlənməsi faktı yaradır. Ona görə də biz qarşıda istənilən ağır və bəlkə də bizə maddi və mənəvi itkilər hesabına başa gələ biləcək təxribatlara və yaramazlıqlara qarşı hazır olmalıyıq”.
Image result for Üzeyir Cəfərov
Hərbi ekspert deyir ki, bizimkilər elə Sərkisyan Qarabağda olduğu vaxt məsələni birdəfəlik həll edə bilərdilər: “Amma nədənsə ermənilərin arxayınçılığı məndə şübhə yaradır. Şəxsən mən ümumi vəziyyətdən çox narahatam və narahatlığım da elə-belə adi məlumatlara deyil, cəbhə xəttində son vaxtlar baş verən ciddi hadisələrə görədir. Həqiqətən də cəbhədə zahirən nisbi sakitlik ab-havası hökm sürsə də, əslində çox ciddi gərginlik və qarşıdurma mövcuddur. Yəqin ola bilsin bizim bilmədiyimiz bəzi ciddi məsələ var”.
Ü.Cəfərov hesab edir ki, bizim ordumuz Sərkisyanın olduğu mövqeləri hədəfə almalıydı: “Gərək vuraydilar. Ondan sonra nə qədər istəyirlər çığırardılar. Adama sual verərlər ki, sənin başqasının beynəlxalq müstəvidə tanınan ərazilərində nə işin var? Ona görə də biz gərək belə şeyləri onlara eşitdirək ki, vəziyyəti başa düşsünlər və özlərini yığışdırsınlar. Necə ki, Xocalı aeroportu ilə bağlı Sərkisyan lotuluq edirdi, oraya usan birinci sərnişin olacağını deyirdi. Amma Azərbaycanın xəbərdarlığından sonra qorxusundan bildi ki, onu vurub salacaqlar, daha sonra məsələyə nöqtə qoydu”.
Yeri gəlmişkən, Modern.az yazıb ki, 2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan 24-cü dəfədir Dağlıq Qarabağa qanunsuz səfər edir. Əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri bu 24 səfərin birinə də etiraz etməyiblərsə, o halda onların vasitəçiliyinə olan ümidləri birdəfəlik dəfn etmək daha doğru olardı.
Image result for Politoloq Arzu Nağıyev
 
Politoloq Arzu Nağıyev isə bildirdi ki, Ermənistan hər necə olur-olsun Qarabağ münaqişəsinin həllində maraqlı deyil: “Daha doğrusu, işğalçı ölkə hazırki status-kvonu saxlamağa çalışır. Bunun əsas səbəblərindən biri separatçı rejimə Sərkisyan tərəfindən müstəqillik söz verilməsidir. Əks təqdirdə Sərkisyan hətta fiziki məhvindən də qorxur. Yəni Dağlıq Qarabağda səhra komandiri olan bir cinayətkar kimi sabah öz əməlləri qarşısında cavab verə bilər, ancaq nə qədər ki, prezident kürsüsündədidir, bu, mümkün deyil”.
Ekspert hesab edir ki, Hamburq görüşünün baş tutmamasının əsas səbəblərindən biri Ermənistanın bu görüşə hazır olmamasıdır: “Çünki Azərbaycan tərəfi Madrid prinsiplərində, Kazan protokollarında, Sankt-Peterburq və Vyana görüşlərində razılaşdırılan bütün maddələrə cavab verib və əks tərəfin konkret cavabını gözləyir. Məhz bu cavab olmayanda isə görüş naminə görüşün keçirilməsi bizim tərəfi də qane etmir. Bundan başqa Ermənistan elə düşünür ki, Trampın komandası tərəfindən qlobal xarici siyasətdə guya müəyyən korrektələr edilə bilər və bu, Qarabağ münaqişəsinə də təsir edə bilər. Məhz buna görə də Ermənistan gözləmə  mövqeyindədir”.
A.Nağıyev burada Rusiya təsirinin olduğunu da istisna etmir: “Xalq diplomatiyası ideyası da təbii ki, Rusiyaya məxsusdur, yəni Qərbin tələbi ilə SSRİ-nin varisi kimi Rusiya o vaxt əmələ gələn münaqişə ocaqlarını, həmçinin Dağlıq Qarabağ münaqişəsini də həll etməlidir. Türkiyə-Rusiya yaxınlaşması da Ermənistanı qıcıqlandırır. Təbii ki, Moskva Qarabağ məsələsini həll etməsə, bu, böyük problemlərlə nəticələnə bilər. Bundan başqa, Rusiya bütün böyük layihələrdən təcrid oluna bilər. Məhz bunu başa düşən Putin indi bu istiqamətdə müvafiq addımlar atır və münaqişənin həllini xarici siyasətdə prioritet kimi qəbul edir. Ancaq unutmaq lazım deyil ki, Rusiya və Ermənistan KTMT-də bir cəbhədədir. Bir sözlə, Moskva hazırda iki istiqamətli siyasət yürüdür. Lakin bütün bunlar Azərbaycan olaraq bizim xeyrimizə deyil, çünki vaxt dayanmır, münaqişənin uzanması isə təhlükəsizliyə təhdid kimi bizə bir çox layihələrin həyata keçirilməsinə ciddi mane törədir. Danışıqlara tam xitam vermək də düzgün addım olmazdı, ən azından bunu dünya ictimaiyyəti başqa cür yozar. Düşünürəm ki, artıq ən optimal variant aprel hadisələrində olduğu kimi, ərazilərimizdə antiterror əməliyyatlarını mütəmadi olaraq təkrarlamaqdır”.
İş o yerə gəlib çatıb ki, tanınmış alman eksperti, Xarici Siyasət üzrə Alman Cəmiyyətində (DGAP – Almaniya XİN-i dəstəkləyən “beyin mərkəzi” sayılır) Rusiya və Şərqi Avropa istiqamətini kurasiya edən Ştefan Mayster də həmsədrlərin fəaliyyətinin fiaskoya uğradığını söyləyib.  Onun sözlərinə görə, ATƏT daha onun üzərinə qoyulan vəzifələrə uyğun gəlmir və təşkilatda təcili islahatlar aparılmalıdır. “ATƏT-in Minsk Qrupunun himayəsi altında artıq 20 ildən çoxdur ki, sülh danışıqları aparılır. Ancaq hələ də nəticə yoxdur. Bu, ATƏT-ə inamı sarsıdır. Dialoq özünühədəf ola bilməz” – analitik əlavə edib.
Əslində həmsədrlər özləri də bilirlər ki, onların fəaliyyəti münaqişəsinin həllinə yox, maksimum uzadılmasına yönəlib. Bu arada ATƏT-in Minsk Qrupundakı yeni fransalı həmsədr Stefan Viskonti Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olub. Bir müddət sonra amerikalı həmsədri də yenisi əvəzləyəcək, ancaq bu əvəzləmələr heç nəyi dəyişməyəcək. Çünki diplomatların təmsil olunduğu ölkələr Qarabağ məsələsinin ədalətli həllində maraqlı deyillər.
 
Elşad PAŞASOY
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031