Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənilər Rusiyanın onlarla ikili oyun oynadığını düşünürlər

Erməni analitik İqor Muradyan Rusiyadan Azərbaycana silah satışı mövzusu ilə bağlı yazı dərc edib. 
Muradyanın sözlərinə görə, Rusiya bu satış nəticəsində bir oxla bir neçə hədəfi vurmaq istəyib.
Məqalədə yazılır:
“Bir neçə il bundan öncəyədək Ermənistan ekspertlərinin Azərbaycana müasir silahlarının verilməsi ilə bağlı fikirləri ikiyə haçalanmışdı. Bir tərəf bu silahların Azərbaycana verilməsinin Ermənistana heç bir zərər gətirməyəcəyini, digər tərəf isə heç bir əsas olmadan Rusiyanın Azərbaycan qarşısında belə bir öhdəliyinin olmadığını iddia edirdi”.
Əslində nə baş verdi. İlk öncə ondan başlayaq ki, hələ 2001-2002-ci illərdən etibarən Rusiya və Azərbaycan arasında silah tədarükü ilə bağlı müqavilə öhdəlikləri artıq yaranmışdı və Rusiya Azərbaycana silah  satışı həmin dövrdən artıq həyata keçirirdi.
Rusiya baş nazirinin həmin vaxt Bakıda səfərdə olan keçmiş müavini Sergey İvanov Azərbaycana güzəştli qiymətlərlə silah satışını nəzərdə tutan geniş proqram təklif etdi. Danışıqlarda S-300 raketlərinin də satışı ətrafında müzakirə gedib.
2008-ci ilin noyabrında Azərbaycan və Ermənistan prezidentlərinin Mayendorf görüşü zamanı isə Rusiya prezidenti Dmitri Medvedevlə İlham Əliyev arasında görüş keçirildi. Həmin görüşdə Dmitri Medvedev Azərbaycana S-300- lərlə bərabər, digər müasir silahların satılması məsələsinin də tamamilə mümkün hesab etdiyini bildirdi.
Картинки по запросу İlham Əliyev Dmitri Medvedev
Rusiya əvvəlcə İranla olduğu kimi, Azərbaycanı müzakirələr zamanı danışıqlar labirintindən keçirməyə cəhd göstərdi. Tərəflərin Peterburq görüşü  zamanı İlham Əliyevə Rusiya prezidenti tərəfindən S-300 raketlərinin satışı ilə bağlı hər hansı konkret təklif edilmədi ki, bu da Azərbaycan prezidentinin hiddətinə səbəb oldu.
Azərbaycan bundan sonra bu müqavilənin baş tutması ilə bağlı lobbiçilik fəaliyyəti ilə bağlı iri miqyaslı təşəbbüsləri həyata keçirməyə başladı. Bu məqsədlə yalnız maliyyə vəsaitləri deyil, həmçinin azərbaycanlıların satın aldığı Rusiya Elmlər Akademiyasının Avropa İnstitutu, Moskva Dövlət Universiteti, Moskva Beynəlxalq Münasibətlər İnsitutu (MQİMO) kimi qurumlar, habelə “Kommersant” və “Qazeta.ru” kimi saytların köməyindən istifadə edildi”.
Müəllifin fikrincə, Rusiyanın isə bu silah satışını həyata keçirməsi onun Qafqazdakı strategiyasını açıq şəkildə nümayiş etdirdi: 
“Rusiya ilk növbədə regionun təhlükəsizliyi və Azərbaycan-Ermənistan münaqişəsinin nəticəsi ilə bağlı məsuliyyəti guya üzərindən atdığını göstərmək istədi. Bundan sonra aran Qarabağı Azərbaycana təslim edərək uzunmüddətli münaqişə situasiyanı qorumaq, sülhməramlı adı altında regiona öz qüvvələrini yerləşdirmək, daha sonra isə həm Azərbaycan, həm də Ermənistanın silahlı qüvvələrini hərbi-texniki sistemə inteqrasiyasınaı təmin edərək hər iki dövlət üzərində strateji nəzarəti ələ keçirmək; ən nəhayətində Gürcüstana nəzarəti ələ almaq.
S-300 raketlərinin satışı Rusiya tərəfindən edilən uğurlu həmlə sayılmalı idi. Rusiya bu sazişlə Azərbaycanın siyasi və iqtisadi təhlükəsizliyinin təminatçısına çevrilə bilərdi ki bu da həm İran, həm Gürcüstan üçün ciddi siqnal sayılırdı. Ermənistan isə bu məsələdə siyasi qurbana çevrilirdi”.
Картинки по запросу s-300
Muradyanın fikrincə, S-300 raketlərinin İrana qarşı istifadə edilməsi fikri absurd göründüyü üçün əsas məqsəd burada Azərbaycanın Ermənistan üzərində üstünlüyünü təmin etməkdir.
Müəllif Ermənistanın bu sazişin qarşısını almaq imkanı olduğunu, lakin bunun üçün heç bir qarşı həmləni həyata keçirmədiyini qeyd edib.
Картинки по запросу igor muradyan
“Onun yerinə isə Ermənistan öz siyasi kimliyindən daha bir neçə parça qoparacaq şübhəli siyasi alverlərlərə üstünlük verib”, – Muradyan qeyd edib.
Erməniləri narahat edən daha bir gəlişmə Rusiyada gələn yeni açıqlamalar olub.
Erməni mətbuatının yazdığına görə, Rusiya Federasiyası Şurasının informasiya siyasəti üzrə komissiyasını sədri Aleksey Puşkov Rusiya və Ermənistan arasında birləşmiş ordu qrupunun yaradılması haqqında sazşin Azərbaycana qarşı yönəlmədiyini bildirib.
Картинки по запросу алексей пушков
O, Ermənistanın NATO üzvü bir ölkə ilə qonşu olduğunu, ona görə də bu cür müttəfiq münasibətlərində bənzər qrupların yaradılmasının ağlabatan göründüyünü söyləyib.
Lakin Ermənistanın özündə Puşkovun bu açıqlamaları ciddi tənqidlərə məruz qoyulub.
Analitik Aram Amatuninin fikrincə,bu saziş yalnız Rusiya üçün “ağlabatan “sayıla bilər. Çünki sazişlə Ermənistan əlində NATO ilə üz-üzə qoyulur. Bundan başqa, yeni yaradılan hərbi birləşmə əslində NATO-nun özü üçün təhdidə çevrilir:
“Belə çıxır ki, Ermənistan Rusiyanın əlində NATO-ya qarşı bir kartdır. Bu kart isə təkcə Türkiyəyə qarşı deyil, Gürcüstan istiqamətində istifadə edilə bilər.”
Müəllifin fikrincə, Azərbaycan bu sazişə ancaq sevinə bilər.
“Çünki Bakı üçün Ermənistanın Rusiyanın NATO-ya qarşı alətə çevrilməsindən gözəl heç nə ola bilməz. Azərbaycan buna görə Rusiya prezidentinə hətta minnətdar olmalıdır”, – məqalədə qeyd olunub.
Musavat.com
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031