Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Füzulidə Baramaçılığın inkişaf yolu

Baramaçılıq olduqca qədim tarixə malik gəlirli məşğulluq növlərindən biridir.Tarixi mənbələrə görə, tut ipəkqurdundan ipəyin alınması hələ eramızdan əvvəl məlum olub. Arxeoloji qazıntılar bu sənətin hətta eramızdan 5 min il əvvəl mövcud olduğunu da deməyə əsas verir. VII əsrdən ipəkçilik Azərbaycanda inkişaf etməyə başlayıb. Bunun üçün Azərbaycan ərazisinin səth quruluşu, əlverişli iqlim şəraiti, xüsusən bol günəş işığı, tarixi əmək vərdişləri, tut ağaclarının yetişdirilməsi üçün əlverişli şərait imkan verirdi. XI-XII əsrlərdə Bərdə, Şamaxı, Gəncə, Şəki, Füzuli və digər şəhərlərdə fəaliyyət göstərən ipək istehsalı müəssisələri kəmiyyət və keyfiyyətlərinə görə bütün dünyada şöhrət qazanıb. XIX əsrdə Rusiyada ipək istehsalı müəssisələri əsasən Azərbaycandan alınan barama xammalı hesabına işləyib. Sovetlər İttifaqı dövründə ölkəmizdə istehsal olunan ipək parça təkrar emal üçün SSRİ-nin 250 ipək parça kombinatlarına göndərilirdi. Azərbaycanda vaxtilə yüksək gəlir gətirən, 150 min nəfərin çalışdığı baramaçılıq sahəsi son 20-25 ildə ciddi tənəzzülə uğramışdır. Baramaçılığın inkişafına neft sektorunun yüksək inkişafı mane oldu və bunun nəticəsində 7 barama toxumu zavodu, 2 damazlıq ipəkçilik stansiyası, 30 barama qurutma məntəqəsi, 80-ə qədər barama tədarükü və ilkin emalı müəssisələri fəaliyyətini dayandırmışdır. Halbuki hələ ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ Muxtar Vilayəti və Azərbaycanın 31 inzibatı rayonunda hər il orta hesabla 4,3-5 min ton barama istehsal olunurdu. Həmin dövrdə Azərbaycan dünyada barama istehsalına görə 8-ci, SSRİ-də isə Özbəkistandan sonra 2-ci yeri tuturdu. Bütün bunlarə nəzərə alaraq ölkəmizdə  bu sahənin yenidən inkişafı istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, dünya bazarında baramanın bir tonu 9-10 min dollara, başqa sözlə, 15-16 min manata satılır. İpək parçanın qiyməti isə bundan təxminən 2 dəfə bahadır. Bir baramadan 800-1200 metr uzunluğunda sap almaq mümkündür. Bu saplardan isə sonradan ipək parça istehsal edilir.

Baramaçılığın inkişafı, ilk növbədə, möhkəm yem bazasından asılıdır. Bu məqsədlə Respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut bağlarının salınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 1,5 milyon ədəd tut tingi hava nəqliyyatı ilə respublikamıza gətirilib. Digər rayonlarda olduğu kimi, Füzulidə də tut bağlarının salınması uğurla davam etdirilir. Bu günlərdə Çindən ölkəmizə gətirilmiş tut tingləri rayonlara paylanılıb və yeni tut bağları salınır. Gətirilmiş tinglər Füzuli rayonuna da göndərilib. Ümumilikdə bu il rayonda 16 qəsəbə 18 kənd olmaqla 34 yaşayış məntəqəsində 6 ha sahədə 34120 ədəd tut tingi əkilib. Tinglər əsasən boş torpaqlara həyətyanı sahələrə və yol kənarlarına əkilmişdir.

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi Füzuli sakinləri tərəfindən müsbət qarşılanıb.
Baramaçılıq 70-80-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunurdu. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzülə uğrayan baramaçılığın uzun fasilədən sonra bu il bərpa edilməsi, hazırda bazarda 1 kq baramanın qiymətinin 8 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb.

Rayonun Böyük Bəhmənli kənd sakini Həsən Zeynalov deyir ki, yaşadığı kəndin əhalisi sovet dövründə baramaçılıqla məşğul olub: “Bu sahədə bizim zəngin təcrübəmiz var. Eşidəndə ki, rayonda baramaçılıq bərpa edilir, tərəddüd etmədən ipəkqurdu götürdük.”

2016 cı ildə Füzuli rayonunda 3200 kiloqram  barama istehsal olunmuşdur və 2017 ci ildə bu göstərici 7-8 dəfə artırılması məqsədi qarşıya qoyulmuşdur.

Misirxanlı Muxdar İlyas oğlu

Füzuli rayon statistika idarəsinin

aparıcı məsləhətçisi

yknews.az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031