Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Dəmirtaş 25 ildə bir dəfə Xocalı haqqında danışmayıb”

Azərbaycanın dünya şöhrətli alim qızı, hazırda Türkiyədə yaşayan professor, Giresun Universitetinin keçmiş rektoru, Türkiyədə elmi dissertasiya olaraq ” Xocalı soyqırımı” adlı mövzunun elmi rəhbəri, prezident İlham Əliyev tərəfindən “Vətənə Xidmət Ordeni” ilə təltif edilmiş Aygün Attarla söhbətimiz olduqca səmimi müstəvidə baş tutdu. Çox mədəni və mehribandır, sadə, amma millətçidir. Bəlkə bu səbəbdəndir ki, aprel ayında Giresun Universitetində keçirilmiş rektor seçimində 70 faiz səs toplamasına baxmayaraq postu ikinci yeri tutan namizədə verdilər. Amma Aygün xanım buna görə nə ruhdan düşür, nə də siyasi-ictimai fəaliyyətini məhdudlaşdırır. Doğuldğu Azərbaycan qədər yaşadığı Türkiyəni də sevir və hər çətinliklərinə sinə gərir. O, söhbətə karyerasını Türkiyədə davam etdirməsinin səbəbindən söz açmaqla başladı. Gəlin hərflərə çevrilmiş söhbətimizin birlikdə oxucusu olaq. 

– Türkiyəyə gələrkən 20 yaşlarımdaydım. Azərbaycan mühaciratının Türkiyədəki fəaliyyəti – Məmməd Əmin Rəsulzadənin rəhbəri olduğu milli mərkəz həmişə diqqətimi çəkmişdi. Elmi tədqiqatım da elə bu istiqamətdə oldu və mən Azərbaycanda ilk dəfə “Azərbaycanın siyasi mühacirəti” haqqında dissertasiya müdafiə etdim. Elmi rəhbərim rəhmətlik akademik Mahmud İsmayılov idi. Ankarada yaşayan, əslən Təbrizdən olan Sadıq bəylə ailə qurduğum üçün orada yaşamağa davam etdim. Yəni Türkiyədə, belə demək mümkündürsə, Bütöv Azərbaycanı qurduq.

– Bildiyim qədər siz hazırda dövlətə xəyanətdə günahlandırılıb həbs edilən HDP həmsədri Səlahəddin Dəmirtaşa qarşı bir vaxtlar ittiham irəli sürmüşdünüz. Hansı ki, hazırda onu məhz vaxtilə sizin irəli sürdüyünüz ittiham əsasında tutublar. Maraqlıdır, Türkiyənin bütövlüyünü və qüdrətlənməsini belə istəyən xanım alimin ittihamları da yer alırmı Dəmirtaşa qarşı başlanmış istintaq qovluğunda?

– Səlahaddin Dəmirtaş haqqında iddia qaldırmağımın səbəbi onun məsuliyyətsiz çıxışları və xəyanətkar fəaliyyətləri idi. Ankara Cümhuriyyət Prokurorluğuna ünvanladığım şikayətdə onun xalqı kin və nifrətə sürüklədiyini və vətənə xəyanət etdiyini bildirdim. İndi onun həbsinin səbəbi çağırıldığı halda ifadə verməyə getməməsidir. Doğrusu hansı ittiham əsasında həbs edildiyini bilmirəm, çünki haqqında bir çox şikayət var. Mənim səbrimi daşıran və HDP başqanı Dəmirtaşı şikayət etməyimə səbəb olan məsələ onun aprel ayında Qarabağ döyüşlərində vətənimizin qəhrəman övladlarına və dövlətimizə qara yaxçası idi. Azərbaycanı Qarabağdakı “məsum və torpaqların sahibi olan erməni xalqını öldürməkdə” ittiham etmə cəsarəti göstərən bu türk düşməni huquqçu olmasına rəğmən 25 ildə bir dəfə Xocalı haqqında danışmadığı kimi, həqiqətləri də qəsdən təhrif edir. Təbii ki, belə bir vəziyyətdə mən öz vətəndaşlıq məsuliyyətimlə hərəkət etdim, şikayətimlə ona həddini bildirdim. Vəkilim isə Türk Hüquq İnstitutunun direktoru Əli bəy idi.

– Hətta deməsəniz də bilirik ki, siz həmişə Türkiyədə Azərbaycan davasını ləyaqətlə aparan ictimai xadim olmusunuz. Qarabağ və Xocalı qətliamı ilə bağlı gördüyünüz işlər bəllidir. Son aylar ərzində məlum ötəri çətinliklə üzləşdiyiniz bir vaxtda bu yönümdə fəaliyyətiniz davam edir, yoxsa daha münasib vaxtadək ara vermisiniz?

– Ümumiyyətlə, mənim bu ölkədəki bütün elmi və ictimai fəaliyyətim Qarabağ həqiqətlərinin üzə çıxarılması, işğal altındakı torpaqlar, məcburi köçkünlərin yaşadıqları fəlakətlər, Xocalı soyqırımı və sair kimi çox əhəmiyyətli məsələlərlə bağlıdır. Yüzlərlə televiziya proqramları, çox sayda elmi konfranslar, Avropa ölkələrində bu mövzularda çıxışlar… Yeri gəlmişkən, Google və “Youtube”da bu fəaliyyətlərimlə bağlı çox sayda videolar yerləşdirilib. Heç vaxt bu məsələlərlə bağlı fəaliyyətimi dayandırmamışam.

– Məncə elə HDP həmsədrinə qarşı mövqeyinizə görə qara qüvvələr sizi hansısa formada susdurmağa çalışır. Əgər belədirsə vəkilləriniz dövlət qarşısında vəsadət qaldıra bilər…

– Dəmirtaşa qarşı ittihamım Türkiyədə bütün nüfuzlu qəzetərdə və TV xəbərlərində işıqlandırıldıqdan sonra PKK və ermənilər, eləcə də ermənipərəstlər tərəfindən hədəf seçildim. Demək olar ki, hücumlara alışmışam, ona görə də belə şeylərə əhəmiyyət vermirəm. Bizim tarix və övladlarımız qarşısında məsuliyyətimiz var. Türkiyə ilə Azərbaycan, Ulu öndərin də dediyi kimi, bir millət, iki dövlətdir. Amma hər yerdə olduğu kimi burada da bu qardaşlıqdan ciddi narahat olan xeyli qüvvə mövcuddur. Onu da nəzərinizə çatdırım ki, Türkiyədə erməni lobbisi çox güclüdür. Onlar buradakı nüfuz sahibi və cəmiyyətə təsir göstərə bilmə imkanları geniş olan azərbaycanlı ziyalıların fəaliyyətindən narahat olduqlarını gizlətmirlər. Sizin də bildiyiniz kimi, bu səbəbdən də başım tez-tez bəlaya girir. Ancaq şükür ki, bütün Türkiyə məni türk dünyasına bağlı, hayatını bu amala həsr edən, bayraq və vətən sevgisi yüksək olan Turançı ziyalı kimi tanıdığından, mənə qarşı uydurulan iftira və önümü kəsmə cəhdləri əsasən uğursuz olur.

– Bu hücumlar qarşısnda Azərbaycandan hər hansı dəstək alırsınız?

– Şükür ki, Türkiyə ilə birlikdə Azərbaycan dövlətinin və ictimaiyyətinin də dəstəyini hər zaman hiss edirəm. Məni ən çox güclü edən başlıca səbəb elə bu sevgidir. Qeyd edim ki, mən eyni zamanda Enpolitik.com adlı internet qəzetində köşə yazıram. Orada yayımlanan məqalələrimin əksəriyyəti məhz Türkiyə-Azərbaycan münasibətlərindən bəhs edir.

– Hər bir azərbaycanlının fəxr etdiyi Aygün xanım ittihamlarla üz-üzə qaldığı bir vaxtda elmi və ictimai işlərlə məşğul olmağa zaman ayıra bilirmi? Nəzərə alaq ki, ailə, övladlar var… Maraqlıdır, onlar sizə – çətinliklə üzləşən alim anaya dəstək ola bilirlərmi?

– Türkiyə vətəndaşı olmaqla qürur duyuram, eyni zamanda, azərbaycanlı olmaq şərəfi ilə də fəxr edirəm. İki ölkənin məsuliyyətini daşıyıram, ailəm, övladlarım isə buna, sadəcə, hörmət etməklə qalmır, eyni zamanda mənimlə çiyin-çiyinə çalışırlar. İctimaiyyətin gözü önündə olan və tanınan bir insanla yaşamaq ailə həyatını çətinləşdirsə də, biz qürbətdə birlikdə bunun öhdəsindən gəlirik.

– Zarafatla da desək, Quzeyli-Güneyli Azərbaycanı və Türkiyəni bir evə sığışdırmısınız…

– Doğrudan da, üç müqəddəs məkan – Təbriz, Bakı və Ankara ailəmizdə vədətə dönüb. Bu üç məkanı layiqli təmsil etmək çətin, amma şərəfli işdir. Türkiyə hazırda son dərəcə çətin dönəmdən keçir. Daxildən və xaricdən xəyanətkarların ölkəni parçalamaq cəhdləri var. Amma siyasi və iqtisadi böhran yaratmaq üçün göstərilən səylər məhz vətəndaşların ciddi müqaviməti, milli qeyrəti nəticəsində gerçəkləşə bilmədi. – Bir tərəfdən də terror…
– Bunun da öhdəsindən birlikdə gələcəyik. Azərbaycan hər zaman olduğu kimi, alçaqlıqla dövləti ələ keçirmək istəyən FETÖ-cülərin 15 iyul çevrilişə cəhd təşəbbüsü göstərdiyi vaxt da dövlət və millət olaraq Türkiyənin, onun qanuni prezidenti Ərdoğanın yanında durdu. Əlbətdə, bundan da narahat olanlar var. Xüsusilə, PKK və ermənilər hər cür təxribat xarakterli təşəbbüslərə əl atırlar ki, bu iki dövlətin arasını vursunlar, amma buna müvəeffəq olmayacaqlar.

– Xeyli zaman rəhbəri olduğunuz Giresun Universiteti, eləcə də Azərbaycan və Rusiyanın elm müəssisələri ilə əlaqələriniz varmı?

– Təbii ki, belə vəziyyətlərdə üzərimizə böyük iş düşür. Məsələn, mən Giresun Universitetinin rektoru olarkən Qara dəniz Strateji Araşdırmaları Mərkəzi qurmuşduq. Ora Rusiyadan, Qafqaz və Avropa ölkələrindən, Birləşmiş Ştatlardan mütəxəssisləri dəvət edərək regional problemləri, əməkdaşlıq məsələlərini müzakirə edirdik. Biz 6-7 beynəlxalq simpozium keçirdik və orada da xeyli dostlar qazandıq. Daha sonra bu dostlarımız öz ölkələrində erməni məsələsi, Qarabağ problemi başda olmaqla problerimizin mzakirəsində müdafiəçilərimizə çevrildilər. Yeni beynəlxalq müstəvidə həqiqətin qəbul edilməsi yolu təəssüf ki, əksər hallarda hüquq və ədalətlə deyil, şəxsi münasibətlərlə olur. Ermənilərin bu taktikasını elə onların özlərinə qarşı işlətməliyik. Mən ötən ilin sonlarında elə bu taktika ilə BMT-nin Cenevrədəki “Qlobal İttifaq və Media” adlı toplantısına dəvət edildim və orada çıxışım oldu. Yeri gəlmişkən, çıxışıma Ermənistan tərəfindən torpaqlarının 20 faizi işğal edilmiş Azərbaycanda dünyaya gəldiyimi söyləyərək başladım. BBC, CNN, Alman DW, Əl-Cəzirə, Reuters – dünyanın bütün xəbər kanallarının nümayəndələri orada idi. Çünki həmin toplantının adı “Global alliance and Media” idi. Sözüm odur ki, fürsətləri milli məsələlərimiz naminə dəyərləndirməyi bacarmalıyıq.

– Necə görürsünüz ölkələrimin yaxın gələcəyini?

– İstər Azərbaycan, istərsə də Türkiyə risqlər və təhdidlər kateqoriyasında yer alan ölkələrdir. Çünki böyük dövlətlərin diqtə etmək istədikləri deyil, milli maraqların əsas götürüldüyü siyasətə üstünlük verdikləri üçün onların işi asan deyil. Amma inanıram ki, biz şərəfli və milli mübarizəmizdə qalib gələcəyik

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031