Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycan yenidən diqqətdə və… hədəfdə – kritik həftə

İsrail baş nazirinin Bakı səfərinə sayılı günlər qaldı; amerikalı siyasi analitik bölgədəki durumu şərh edir; “İran böyük ölçüdə Ermənistanın tərəfini tutacaq…”

 
Azərbaycanın yerləşdiyi regionda və ona yaxın bölgədə maraqlı proseslər cərəyan etməkdədir. Bu proseslərin lokomotivi qismində indi xeyli dərəcədə məhz Türkiyə çıxış etməkdədir. Daha doğrusu, həyati əhəmiyyətli gəlişmələrin episentrində Türkiyə, onun Rusiya, İran və bölgənin digər dövlətləri ilə hazırkı münasibətləri dayanır yazsaq, daha dəqiq olar.
 
 
Məlumdur ki, Ankara İsraillə pozulmuş siyasi-diplomatik əlaqələrini artıq qaydaya salıb. Tezliklə səfirliklər tam həcmdə fəaliyyətə başlayacaq. Qardaş ölkənin həmçinin Rusiya ilə münasibətləri böyük ölçüdə normal məcraya qayıdıb və daha da inkişaf etməkdə, dərinləşməkdədir. 
Xüsusən də Suriya, Hələb məsələsində iki dövlət arasında prinsipial anlaşmanın əldə olması haqda xəbərlər gəlməkdədir. Alanyada Türkiyə və Rusiya xarici işlər nazirləri arasında görüş və görüş fonunda Türkiyə parlamentinin “Türk axını” haqda sənədi təsdiqləməsi, dərhal sonra onu prezident R.T. Ərdoğanın imzalaması, ardınca XİN başçısı Mövlud Çavuşoğlunun Bakıya, baş nazir Binəli Yıldırımın Moskva səfərləri və orada Putinlə görüşməsi özlüyündə çox mətləblərdən xəbər verir.
Image result for Erdoğan Türk akını
Sözsüz ki, bu kimi olay və gəlişmələrin ölkəmizin milli maraqlarına da bilavasitə dəxli və təsiri var. Nə yaxşı ki, əsas təbii müttəfiqimiz olan Türkiyə eyni zamanda öz qardaşını – Azərbaycanı da unutmur. İmkan düşdükcə bizim köklü problemlərimizin, xüsusən də Dağlıq Qarabağ ixtilafının həllini də irəli aparmağa səy edir. Hətta deyilənlərə görə, Suriya böhranı ilə bağlı Ankara-Moskva strateji işbirliyi özündə Qarabağ nizamlamasını Azərbaycanın xeyrinə sürətləndirməyi də ehtiva edir. Bəzi rusiyalı analitiklərə görə isə Rusiya üçün mühüm önəm daşıyan Hələb Qarabağa dəyişdirilə də bilər, çünki Moskva və Ankara heç vaxt olmadığı qədər bölgədə bir-birinə ehtiyac duyur.
*****
Bir sözlə, Türkiyə ilə birgə Azərbaycan da faktiki surətdə proseslərin içində, episentrindədir. Deməli, həm də dost-düşmənlərin diqqətində və hədəfindəyik. Qarşıdakı həftə isə ölkəmiz üçün daha taleyüklü ola bilər. Çünki yayılan və hələ ki təkzib olunmayan informasiyalara inansaq, Azərbaycanın strateji tərəfdaşlarından olan İsrailin baş naziri Benyamin Netanyahu bir neçə gündən sonra – dekabrın 13-də Bakıya səfərə gələcək. Buradan isə Qazaxıstana yollanacaq.
Image result for Netanyahu
İsrailin IzRus portalının yazdığına görə, ölkənin Xarici İşlər Nazirliyinin əməkdaşlarına aydın olmayan səbəblərdən həqiqi mənada bu tarixi səfərin detallarını şərh eləmək yasaqlanıb. “İlk dəfə olaraq İsrail baş naziri postsovet məkanındakı iki müsəlman ölkəsinə səfər edəcək. Ona görə də bütün səhih məlumatları Bakı və Astanadan almaq lazım gəlir”, – deyə portal qeyd edib. O da bildirilir ki, B. Netanyahu Bakıya səhər gələcək və burada bir neçə saat olacaq, eyni gün axşam isə Qazaxıstana uçacaq. Onun Bakıda prezident İlham Əliyevlə görüşü nəzərdə tutulur.
Təbii ki, bu səfər ən çox cənub qonşumuz İranı ciddi şəkildə narahat edir. Bu narahatlığın daha bir göstəricisi kimi, ötən həftə Keniyada iranlıların tutulmasını yada salmaq olar. Rəsmi məlumatlara görə, İranın diplomatik xidmət maşınında saxlanan həmin şəxslər Azərbaycan, Hindistan və Tailandda İsrail obyektlərinə qarşı terror hazırlayırmışlar.
*****
Əlbəttə ki, Azərbaycan tərəfi də bu kimi xəbərlərdən dolayı özünün zəruri və ön hazırlıqlarını həyata keçirir. Hər necə olmasa, Azərbaycan müstəqil dövlətdir və o üzdən öz dost-müttəfiqlərini seçməkdə də müstəqildir.
Image result for Ruhani İlham
Əlbəttə ki, biz böyük qonşumuz olan İranla da qarşılıqlı maraqlara söykənən dost münasibətlərdə maraqlıyıq və nə yaxşı ki, bu əlaqələr son illər daha da genişlənib – ələlxüsus da iqtisadi-ticari sefarada. Ancaq müsəlman İranın işğalçı Ermənistanla isti əlaqələri, təcavüzkar üçün “nəfəslik” rolu oynaması, onu ayaqda saxlaması da  Azərbaycanı, yumşaq desək, qayğılandırır.
Yeri gəlmişkən, bu ilin sonunadək İran prezidenti Həsən Ruhaninin İrəvana səfəri planlaşdırılır. Bəzi iddialara əsasən, Ermənistanda səbirsizliklə gözlənən bu ziyarətlə bağlı Tehran Azərbaycana görə, onu qıcıqlandırmamaq naminə bir qədər gözləmə mövqeyi seçib. Lakin Netanyahunun Bakı səfərindən dərhal  sonra reallaşa bilər…
*****
Bu arada ABŞ-dakı Yaxın Şərq Siyasəti İnstitutunun ekspert Devid Polik həm bu xüsusda, həm də bütövlükdə bölgədə və onun ətrafında cərəyan edən proseslərlə bağlı maraqlı şərh verib. Konkret olaraq ABŞ-ın İranla münasibətlərində xeyli irəliləyiş əldə olunduğunu və vəziyyətin daha sabit xarakter aldığını deyən analitik yaxın perspektiv üçün əsas problemlər qismində, regional problemləri, o cümlədən İranın İsrailə qarşı münasibətini göstərib.
Onun sözlərinə görə, Yaxın Şərqdə yeni konfliktlərin ola biləcəyi Birləşmiş Ştatları ciddi narahat edir. “Və bu məsələdə ABŞ İranın mövqeyi ilə razılaşmağa hazırdır. Ancaq Tehran yalnız onu bəyan edir ki, bu dövlətlərin ərazi bütövlüyünün tərəfdarıdır. Bu isə dinc-yanaşı mövcudluq üçün çox azdır. Habelə kürdlərin Türkiyəyə müqavimət göstərməsi nəticəsində Yaxın Şərqdə yeni böyük konflikt baş verə bilər və məlum deyil ki, İran belə vəziyyətdə necə hərəkət edəcək”, – deyə amerikalı təhlilçi rəsmi Tehranın qeyri-müəyyən davranışlarına işarə vuraraq qeyd edib.
Bununla belə ekspert İranın Cənubi Qafqaza yönəlik siyasətinin daha aydın olduğunu düşünür. “Söhbət ilk növbədə Qarabağa görə Azərbaycanla Ermənistan arasında yaşanan münaqişədən gedir. Tehran həm Azərbaycan, həm də Ermənistanla münasibətləri saxlamaqla ikitərəfli mövqe sərgiləyir. Ancaq böyük ölçüdə o, daha çox Ermənistanın tərəfini tutacaq” – siyasi analitik əlavə edib.
*****
Amerikalı ekspertin son fikirlərinə, heç şübhəsiz, Həsən Ruhaninin gözlənilən İrəvan səfəri zamanı daha dolğun aydınlıq gələcək. Bəzi “i”lərin üzərinə çoxdan gözlənilən nöqtələr də yəqin ki, onda qoyulacaq…     (musavat.com)
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031