Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Xalq diplomatiyası ABŞ-ın gündəmində – Qarabağa dair maraqlı gəlişmə

Rusiya ilə Amerika arasında regional rəqabət hər iki dövləti Qarabağ strategiyasına düzəliş etmək zorunda qoyur; ekspert: “Günün birində Moskvanın mövqeyi dəyişə və Ermənistana təzyiqlər başlaya bilər…”

 
İki gün öncə Ermənistanın və Azərbaycanın bir qrup ictimai xadimi və hüquq müdafiəçiləri Sülh Naminə Platforma imzalayaraq yaydılar. Azərbaycan və Ermənistan hüquq müdafiəçiləri və ictimai fəalları üçün açıq saxlanılan sənəd kifayət qədər maraqla qarşılanıb.
Ən əsası, orada hər iki tərəfdən on milərlə canlı itkiyə səbəb olan üzücü münaqişənin ədalətli həll formulu göstərilib. Eyni zamanda münaqişəni müstəsna olaraq, Azərbaycan və erməni xalqlarının özlərinin öz arasında həll etmək gücündə olduğu xüsusi vurğulanır – yəni heç bir üçüncü tərəfin, demək, həm də Rusiyanın müdaxiləsi olmadan. Bundan ötrü xalq diplomatiyasının gücündən istifadə eləmək də təşviq olunur.
Artıq Azərbaycan XİN-i, yerli siyasi analitiklər faktı müsbət dəyərləndirib, Azərbaycanın konfliktin həlli üçün belə bir dialoqun da təşkilinə hazır olduğunu qeyd ediblər. Ancaq ictimai dialoqun baş tutması üçün ikinci tərəfin də iradəsi lazımdır. Əfsus ki, Serj Sərkisyanın faşist rejiminin basqısı altında olan erməni toplumu hələ ki buna hazır görünmür – baxmayaraq ki, yeganə çıxış yolunun məhz elə bu format olduğunu anlayır, konfliktin həllinin uzanmasının ən böyük zərbəsinin məhz onun özünə dəydiyini dərk eləsə də.
***
Bu arada bəlli olub ki, ABŞ Dövlət Departamenti 2017-ci il büdcəsində Azərbaycana yardımların artırılmasını təklif edib. Departamentdən Konqresə göndərilən yardım sorğusuna dair izahedici sənədə əsasən ABŞ Azərbaycana dəstək proqramında Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasında irəliləyiş əldə edilməsinə dair fəaliyyətin maliyyələşdirilməsini də nəzərdə tutur.
Image result for BŞ Dövlət Departamenti
“Bu, əsasən tolerantlığa və gənclər auditoriyaları arasında dialoqun yaradılmasına, ictimai rəy liderlərinin (ictimai xadimlərin – red.), tarixçilərin və jurnalistlərin müəyyən edilərək onların mübadilə proqramlarına daxil edilməsinə yönələn fəaliyyətlər olacaq” – sənəddə bildirilir. Yəni faktiki surətdə söhbət gələn il xalq diplomatiyasının ABŞ tərəfindən ciddi təşviq ediləcəyindən gedir.
Dövlət Departamentinin sənədində diqqətçəkici həm də belə bir məqamın orada yer almasıdır: deyilir ki, Birləşmiş Ştatların Ermənistana dair siyasətinin prioritetlərini bu ölkənin Türkiyə ilə münasibətlərinin normallaşması, Azərbaycanla möhkəm sülhün əldə olunması təşkil edəcək. “Belə ki, sərhədlərin bağlı olması əvvəlki kimi Ermənistanın regional təhdid altında yaşamasına və iqtisadi potensialının məhdudlaşmasına səbəb olur. Ona görə də ABŞ Ermənistan vətəndaş cəmiyyətinin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına yönəlmiş səylərinə dəstək verir” – sənəddə qeyd edilir.
Müəlliflər daha sonra haqlı olaraq vurğulayır ki, Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması Ermənistanın inkişafını tormozlayır: “Ölkənin Avrasiya İqtisadi Birliyinə üzvlüyü də ola bilsin ki, buna əlavə neqativ təsir göstərir”. Dövlət Departamenti hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin yekun nizamlanması, Türkiyə ilə normallaşma Qafqazın bütün üç ölkəsi, eləcə də Türkiyə üçün iqtisadi mənfəəti təmin edəcək, habelə Ermənistanın Rusiya hərbi qüvvələrindən asılılığını azaldacaq.
***
ABŞ Dövlət Departamentinin sənədindən göründüyü kimi, ABŞ-ın yeni administrasiyası Dağlıq Qarabağ probleminin həllinə, Azərbaycanın, Ermənistanın və bütövlükdə bölgənin Rusiyanın təsir dairəsindən uzaqlaşmasına daha çox diqqət ayırmaq niyyətindədir. Bu yöndə xalq diplomatiyasına, tərəflər arasında ictimai dialoqa, Türkiyə-Ermənistan sərhədinin açılmasına xüsusi önəm veriləcək – təbii ki, Konqres Departamentin tövsiyələrini qəbul edərsə.
Image result for Ağ ev
Belə bir ehtimal isə az deyil. Çünki Ağ Ev kimi ABŞ parlamenti də əsasən respublikaçıların nəzarətindədir. Respublikaçılar isə Rusiyaya qarşı sərt siyasət tərəfdarı kimi tanınırlar. Proqnozlara görə, yeni prezident Donald Trampın komandasında da həlledici postları məhz respublikaçılar tutacaq. Başqa sözlə, ABŞ-Rusiya rəqabətinin xarakteri növbəti ildə Dağlıq Qarabağ ixtilafının həll perspektivinə də öz “möhürü”nü basacaq.
***
Bəzi təhlilçilər isə Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi fonunda Qarabağla bağlı da ehtiyatlı nikbinlik nümayiş etdirirlər. Məsələn, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun son Bakı səfərini şərh edən politoloq Elxan Şahinoğluya görə, bu səfər Ankaranın Qarabağ münaqişəsinin həlli ilə bağlı Moskva ilə apardığı dialoqla birbaşa əlaqəlidir.
“Böyük ehtimalla, o, Lavrovla Qarabağ problemi ətrafında apardığı danışıqların detallarını rəsmi Bakıya çatdırıb. Ankara Rusiya ilə danışıqları intensivləşdirib və məqsədi Moskvanın münaqişənin həlli ilə bağlı Ermənistan hakimiyyətinə təsir etməsidir.
İlk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır ki, sülh prosesinə start verilsin. Lavrovun Çavuşoğlunun təkliflərinə cavabı hələlik bəlli deyil. Ancaq o da məlumdur ki, Ankara ilə münasibətlərini normallaşdıran Moskva Türkiyənin bu fəallığına və Moskva Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına etiraz etmir”, – deyə ekspert qeyd edib.
 
Politoloq hesab edir ki, hadisələrin bu istiqamətdə inkişafı Ermənistan hakimiyyətini narahat edir: “Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətə düşüb, ordusu və iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Rusiya, hələ ki Ermənistan hakimiyyətini müdafiə edir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maraq göstərmir. Ancaq bir gün Moskvanın mövqeyi dəyişərsə və Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edərsə, bu halda Sərkisyan nə edəcək? Rəsmi İrəvan Moskvaya etiraz edəcəkmi?”
Analitik hesab edir ki, bu suallar Ermənistanın siyasi dairələrində ciddi müzakirə olunur. “Qərbdəki erməni lobbisi də Sərkisyanın xarici siyasətindən narazıdır. Erməni lobbisinin qənaətinə görə, Ermənistan hakimiyyətinin Rusiyadan artan asılılığı Ermənistanı fəlakətə aparır. Erməni diasporu düşünür ki, yaxın zamanda Moskva Ankara ilə razılaşaraq Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək. Ermənistanın getdikcə kasıblaşması və əhalinin azalması faktoru bu ölkənin əhəmiyyətini azaldır. Erməni lobbisi keçmiş illərdə olduğu kimi Ermənistana pul göndərmir. Bunun qarşılığında iqtisadi çətinliklərə rəğmən, Azərbaycanın hərbi potensialı artır, əhalinin sayı isə sürətlə 10 milyon nəfərə yaxınlaşır. Yəni məntiqlə böyük dövlətlərə Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq daha məqbuldur” – Şahinoğlu vurğulayıb.
Image result for Kreml
Politoloq onu da bildirib ki, rəsmi Bakı Moskvanın Ermənistan hakimiyyətinə təsir edərək Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyinə çox ümidlidir: “Hələ ki bu, baş vermir. İnanırıq ki, Ankara da Moskvanı bu məsələyə inandırmağa nail olacaq. Həm Bakı, həm də Ankara Rusiyaya təklif ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli halında bölgədə regional əməkdaşlığı genişləndirmək mümkün olacaq. Bu regional əməkdaşlıq isə Rusiyanın maraqlarına cavab verəcək şəkildə inkişaf edəcək. Ancaq hələ ki nə Bakı, nə də Ankara Moskvadan tutarlı cavab ala bilməyib. Ermənistanı daha çox silahlandırmasına baxmayaraq, Rusiyanın Cənubi Qafqaz siyasətini korrektə edəcəyi istisna deyil”.
Onun sözlərinə görə, prezident İlham Əliyev Rusiyanın siyasətinin dəyişəcəyini gözləmədən Qarabağ strategiyasını davam etdirir: “Bu strategiya Azərbaycan ordusunu gücləndirmək, yeni modern silahlar almaq və bununla Ermənistanı zəiflətməkdən ibarətdir. Rəsmi Bakı Ermənistanı orduya və silah alınmasına daha çox pul xərcləməyə məcbur edir. Başqa sözlə, İlham Əliyevin Qarabağla bağlı hazırkı strategiyası Ermənistanı yormaqdan, indiki şərtlədə işğalçının insanı və maliyyə itkilərinin artmasını sürətləndirməkdən ibarətdir”.(musavat.com)
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031