Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Hikmət Hacızadə: “Fransanın daxili işlər naziri kimdir ki, biz ondan çəkinək…”

 
Fransadan ATƏT-in Minsk Qrupu həmsədrliyi ilə ziddiyyət təşkil edən daha bir addım atılıb. Belə ki, bir neçə gün öncə prezident Fransua Olland qatı ermənipərəst, Qarabağ separatçılarının ən yaxın dostlarından olan və ötən il icazəsiz şəkildə Dağlıq Qarabağda olmuş, bu üzdən də dərhal Azərbaycan XİN-in “qara siyahısı”na daxil edilmiş Bruno Le Runu daxili işlər naziri təyin edib.
Rəsmi Parisin qatı ermənipərəst olan və Azərbaycan qanunlarını açıq-aşkar pozmuş bir şəxsi ölkənin mühüm postlarından birinə rəhbər təyinatı Azərbaycan-Fransa münasibətlərində problemlər meydana çıxarıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır. Azərbaycan qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq “arzuolunmaz şəxslər” siyahısına daxil edilir.
Hikmət Hacıyev deyib ki, qanun qanundur və hamıya da eyni cür şamil olunur.
Yəni cənab Bruno Le Ru Azərbaycan dövləti və xalqından üzrxahlıq etməyincə, əməlinə görə peşmançılıq hissi keçirməyincə, adı “qara siyahı”dan çıxarılmayacaq. Bu da o deməkdir ki, məsələn gələcəkdə Fransanın prezidenti nümayəndə heyəti ilə Azərbaycana səfərə gələrsə və nümayəndə heyətinin tərkibində daxili işlər naziri Bruno Le Ru olarsa, Azərbaycan hökuməti “qanun hamı üçündür” prinsipini əsas tutaraq onu ölkəmizə buraxmayacaq.
Əslində isə Azərbaycan Fransa tərəfinə etiraz notası da təqdim edə bilərdi. Həm də o səbəbə ki, məsələn, Azərbaycan prezidenti Fransa səfəri zamanı həmin şəxslə-daxili işlər naziri ilə də üz-üzə gəlib onun əlini sıxmaq zorunda qala bilər.
 
Prezident katibliyinin sabiq rəhbəri, politoloq Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında XİN-in mövqeyinin düzgün olduğunu bildirdi: “Biz əgər kiməsə vəzifəyə təyin olunduğu üçün güzəştlərə getsək onda o qara siyahının mənası da olmayacaq və zərərimizə olan presedent yaranacaq. Təcrübə göstərir ki, ”qara siyahı”ya düşən bəzi adamlar sonradan ya üzrxahlıq ediblər, ya Azərbaycanın ərazi bütövlüyün tanıdıqlarını, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan ediblər və buna görə də həmin siyahıdan çıxarılıblar. Bu mənada Minsk Qrupunun həmsədri olan Fransanın yeni daxili işlər naziri də Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə açıqlamalar versə onun da qara siyahıdan çıxarılması ehtimalı var. Fransanın bütün rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları haqqında dəfələrlə açıq fikir bildiriblər. Ona görə də bu ümumi qayda yeni daxili işlər nazirinə də şamil olunmalıdır. Yeni nazir bunu etməyəcəksə, əvvəlki mövqeyində qalacaqsa, onu nə əsasla siyahıdan çıxarmaq olar? Heç bir. Həmin şəxs Fransa-Azərbaycan münasibətlərinə xələl gəlməməsi, onun nazir olduğu dövrdə ortaya müəyyən problemlər çıxmaması üçün yol verdiyi yanlışı düzəltmək istiqamətində addım atmalıdır”.
Sabiq səfir, politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Bruno Le Runu “qara siyahı”da saxlaması düzgündür: “Mən Xarici İşlər Nazirliyinin açıqladığı mövqe ilə razıyam. Bu cür məsələlərdə prinsipial olmaq lazımdır. Fransanın daxili işlər naziri kimdir ki, biz ondan çəkinək və adını ”qara siyahı”dan çıxaraq. Narazı qalacaqlar özləri bilərlər. Azərbaycanın qanunlarını pozub, Azərbaycan da doğru edib onun adını qara siyahıya salıb”.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031