Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Qaçqınkom”un saxlanmasına ayrılan pullar qaçqınlara verilsə… – bu komitə ləğv olunmalıdır

Ermənistanın işğalçı siyasəti, 20 faiz torpaqlarımızı 25 ilə yaxındır işğalda saxlaması 1 milyondan çox vətəndaşımızın həyatını bu illər ərzində zəhərə döndərib. Doğmalarını itirən, yurd həsrəti ilə yaşayan, evsiz-eşiksiz, işsiz qalan insanlarımız qaçqınlığın xüsusi ilə ilk illərində dəhşətli sosial-iqtisadi çətinliklər çəkdilər. Uzun illər çadırlarda qaldılar, bir çox ailələrin çörək suya-ehtiyacı olduğu zamanları hamımız ürək ağrısı müşahidə etmişdik və eyni acılarla xatırlayırıq. 
Həmin illərdə təbii ki, məcburi köçkünlərin problemlərinin koordinasiyalı, sistemli şəkildə həll edilməsi üçün bir quruma ehtiyac vardı. Bu məqsədlə yaradılan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ötən illər ərzində bəlli funksiyaları yerinə yetirib. Son 10 ildə isə dövlət məcburi köçkünləri çadır şəhərciklərindən tamamilə çıxarıb, onların yerləşdirilməsi üçün yeni binalar tikib. Artıq məcburi köçkünlər digər bütün vətəndaşlar kimi öz mənzillərində yaşayırlar. Təbii ki, onların problemləri bitməyib. Bu səbəbdən əlbəttə, dövlətimiz torpaqlarımızı işğaldan azad edənə qədər doğma yurdlarından didərgin salınmış vətəndaşlarımızın sosial-iqtisadi problemlərinə diqqətlə yanaşmalı və müəyyən güzəştlərin edilməsi ilə onlara dəstək olmalıdır.
Bununla belə, artıq müasir dövrümüzün şərtləri, həmçinin məcburi köçkünlərin mütləq əksəriyyətinin yerbəyer edilməsi, onların bəlli ünvanlarının olması səbəbindən Azərbaycanda qaçqın və məcburi köçkünlərin statusuna yenidən baxılması məsələsi, ən əsası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ləğvi zərurətə çevrilib.
Bununla bağlı deputatlar – Çingiz Qənizadə və Hikmət Babaoğlu parlamentdə təkliflər səsləndiriblər, həmçinin “Qaçqınkom”un ləğvini şərtləndirən səbəbləri açıqlayıblar. 
 
Картинки по запросу çingiz qənizadə
Bəli, bu deputatların dediklərində həqiqət payı böyükdür; qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsait ünvanlı şəkildə onların özlərinə ayrılmalı, onlar da bu vəsaiti xidmət təşkilatlarına ödəməlidirlər. Hansı ki, bu gün həmin işləri ümumi qaydada “Qaçqınkom” həyata keçirir. Nəticədə isə bu qurum korrupsiya yuvasına çevrilib.
Bəllidir ki, məcburi köçkünlərin istifadə etdiyi işıq, qaz, suya görə müəyyən biri limiti var və bunu ümumi balans kimi “Qaçqınkom” dövlət büdcəsindən ayrılan pullar hesabına ödəyir. Məsələ isə ondadır ki, Hesablama Palatası qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən kommunal xərcləri ilə bağlı məsələləri təftiş edərkən böyük çatışmazlıqlar və mənimsəmə faktları aşkarlayıb, limitdən artıq xərclər üzə çıxıb; yoxlamalar zamanı 283,2 min manat büdcə yeyintisi, 267 min manat isə vergidən yayınma halı aşkarlanıb.
Hesablama Palatası 2014-2015-ci illərdə və 2016-c ilin birinci rübündə də “Qaçqınkom”da aparılan yoxlamalar zamanı təxminən bu qədər yeyinti aşkarlayıb. 
Deputat daha bir fırıldaqdan danışıb; qaçqınların və məcburi köçkünlərin istifadə etdiyi kommunal, nəqliyyat və digər xidmətlərin, elektrik enerjisinin dəyəri mərkəzləşdirilmiş qaydada “Qaçqınkom” vasitəsi ilə xidmət təşkilatlarına ödənilir. Lakin Hesablama Palatasının apardığı auditlərin nəticələri göstərir ki, elektrik enerjisi ilə təmin olunmuş məcburi köçkünlərin sayı ilə su, qaz, kanalizasiya və məişət tullantılarının daşınması xidmətləri üzrə ödənişi aparılmış say arasında böyük fərq var. Deməli, “Qaçqınkom” işıqpulunu mərkəzləşdirilmiş qaydada mənimsəyir…
Картинки по запросу hikmət babaoğlu
Millət vəkili Hikmət Babaoğlu isə qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdiyi kommunal xərclərə görə vəsaitin ünvanlı şəkildə onların özlərinə ayrılmasının və onların xidmət təşkilatlarına birbaşa ödənməsinın məqsədəuyğunluğunu qeyd etməklə yanaşı, təklif edir ki, ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin statusu məsələsinə də yenidən baxılmalsın: “Bu insanlar 25 ildir “qaçqın” statusu ilə yaşayırlar, daha neçə il yaşamalıdırlar?.. 25 il müddətdə həmin insanların övladları dünyaya gəlib, təhsil alıblar, ayrı-ayrı dövlət orqanlarında çalışırlar. Bütün bunları nəzərə alaraq qaçqın və məcburi köçkünlərin əvvəlki statusunun saxlanılması nə dərəcədə məqsədəuyğundur? Bu status onların tamhüquqlu vətəndaş kimi həyat və fəaliyyətini məhdudlaşdırır, özlərini cəmiyyətin sosial hüquqi sistemindən bir növ kənarda qalmış  kimi hiss etmələrinə şərait yaradır. Qaçqın və məcburi köçkünlük statusu, faktiki olaraq, həmin insanların tam şəkildə cəmiyyətə inteqrasiya olunması, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakını əngəlləyən faktora çevrilib”.
İlk baxışda, bir az necə deyərlər, deputatın açıqlaması çöçün gələ bilər. Ancaq dərindən düşünək; bir insana nə qədər “qaçqın” demək, heysiyyatı ilə oynamaq olar? Bu insanların böyük əksəriyyəti çoxdan bəlli şərtləri qəbul edərək özünə gün ağlamağa, ev-eşik düzəltməyə qərar verib və bacarıb, normal yaşayışını təmin edib…
Bunlar heç də təkcə mənəvi məsələ kimi  də qəbul olunmamalıdır. Burada söhbət qaçqınların adı ilə bir məmurun milyonlarla manat vəsaiti mənimsəməsindən gedir. Məcburi köçkünlər özü də “Qaçqınkom”un mənasız fəaliyyətindən zinhara gəliblər. Ən azı redaksiyamıza bu qurumdan edilən şikayətlərin sayı-hesabı olmaması bunun təsdiqidir.
Sadə bir təklif isə ondan ibarətdir ki, qaçqın və məcburi köçkünlərin adından pul mənimsəyən “Qaçqınkom”a bu gün artıq ehtiyac olmadığı üçün o ləğv edilsin. Hər bir qaçqın ailəsinə gərəkən yardımlar birbaşa onların özlərinə edilsin. Bu lazım olan xərcləri isə təkcə “Qaçqınkom”un saxlanmasına ayrılan dövlət vəsaitləri ilə həyata keçirmək tamamilə mümkündür. Beləliklə, hökumət ildə azı bir neçə milyona qənaət etmiş olar.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031