Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Bakı və Paris arasında siyasi qalmaqal – etiraz notası olacaqmı?

Fransadan anti-Azərbaycan gedişi – həmsədrliyə həqarət; Separatçıların dostu Fransada yüksək dövlət postuna gətirildi; Azərbaycandan reaksiya gecikmədi; Qarabağ məsələsində neytral vasitəçiliyə iddia edən Fransanın daxili işlər naziri ölkəmizə buraxılmayacaq…

 
Dağlıq Qarabağ məsələsində Azərbaycanın vasitəçilər sarıdan bəxti doğrudan da gətirməyib. Çünki ATƏT-in Minsk Qrupunun hər üç həmsədri – Rusiya, ABŞ və Fransa bu məsələdə ölkəmizə qarşı, yumsaq desək, ədalətli və qərəzsiz deyil. Azərbaycan prezidenti İlham Əliyevin də açıq söylədiyi kimi, onlardan biri işğalçıya maliyyə, siyasi köməklik göstərir, o biri hərbi dəstək verir, digəri də təbliğatını aparır. 
Söz yox ki, illər öncə qardaş Türkiyə “vasitəçi üçlük”dən uzaqlaşdırılıb yerinə Fransa gətiriləndə sülh prosesinin hara aparıldığı gərək yaxşıca hesablanaydı. Rəsmi Bakı o zaman təkid edə və şərt irəli sürə bilərdi ki, Fransa da vasitəçi olacaqsa, o halda balans xətrinə Türkiyə mütləq həmsədrlikdə olmalıdır. Hər necə olmasa, məsələ konsensus tələb edirdi və Azərbaycan razılıq verməsəydi, “Ermənistanı kiçik bacı” adlandıran Fransa həmsədrliyə gələ bilməzdi. 
***
Image result for Qarabağ
Nə isə, olan oldu. Ötən müddətdə Fransa dövləti ermənilərə münasibətdə Rusiya və ABŞ-dan da artıq sədaqət nümunəsi göstərdi, hətta ermənilərdən çox ermənilik elədi. Rusiya və Amerika kimi, bu dövlətin yetkililərinin dilindən də “işğalçı Ermənistan” kəlməsini eşitmədik.
Tam əksinə, guya vasitəçi ola-ola rəsmi Paris təcavüzkar ölkəyə ciddi siyasi reveranslar elədi: Fransada separatçı rejimin nümayəndəliyinin daha da əl-qol açıb Azərbaycan əleyhinə iyrənc təbliğat aparmasına şərait yaratdı, prezident Fransua Olland saxta “erməni genosidi”nin 100-cü ildönümü ilə bağlı İrəvana səfər edən üç xarici ölkə prezidentindin biri oldu, hazırda isə uydurma soyqırım iddiasının inkarına görə cəza nəzərdə tutan qanun məhz Ollandın təkrar şəxsi təşəbbüsü əsasında parlamentdə təsdiqlənəndən sonra Konstitusiya Məhkəməsində öz təsdiqini gözləyir.
Image result for Fransua Olland
İşğalçı ermənilərə qarşı rəsmi Parisin bu qəbildən reveransları indi də davam edir. Elə srağagün prezident F.Olland qatı ermənipərəst, Qarabağ separatçılarının ən yaxın dostlarından olan və ötən il icazəsiz şəkildə Dağlıq Qarabağda olmuş, bu üzdən də dərhal Azərbaycan XİN-in “qara siyahısı”na düşən Bruno Le Runu daxili işlər naziri təyin edib.
Əlbəttə, təqdiredicidir ki, olaya rəsmi Bakının reaksiyası gecikməyib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı deyib. Sitat: “Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır. Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq ”arzuolunmaz şəxslər” siyahısına daxil edilir. Qanun qanundur və hamıya da eyni cür şamil olunur”.
Image result for Bruno Le Ru
Yəni cənab Bruno Le Ru Azərbaycan dövləti və xalqından üzrxahlıq etməyincə, əməlinə görə peşmançılıq hissi keçirməyincə, ölkəmizə buraxılmayacaq. Əslində isə Azərbaycan Fransa tərəfinə etiraz notası da təqdim edə bilərdi. Həm də o səbəbə ki, məsələn, Azərbaycan prezidenti Fransa səfəri zamanı həmin şəxslə – daxili işlər naziri ilə də üz-üzə gəlib onun əlini sıxmaq zorunda qala bilər.
 
***
Bu arada digər həmsədr dövlət – ABŞ-dan da nə yazıq ki, separatçılara isti qucaq açılması ilə bağlı qanqaraldıcı xəbərlər gəlməkdədir. Xəbərlərə görə, dünən Amerika Konqresinin binasında saxta “DQR-in müstəqilliyinin” 25 illiyə ilə bağlı tədbir keçirilib. Yayılan şəkillərdən göründüyü kimi, separatçı rejimin “bayraq” adlandırılan əskisi də Konqres binasında qoyulub – yəni amerikalılar üçün kifayət qədər müqəddəs yer beləcə, murdarlanıb.
Image result for Amerika Konqres
Hələ harasıdır, onlarla amerikalı konqresmenin qatıldığı tədbirdə separatçı rejimin qondarma “baş naziri” Araik Arutunyan çıxış edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əleyhinə ağzına gələni danışıb. Halbuki Krımın işğalına görə Rusiyaya və Krım separatçılarına 3 ildir sərt sanksiyalar tətbiq edən ABŞ dövləti məntiqlə bu erməni separatçı gədəsini, türmənin darıxdığı cinayətkarı ya öz ərazisinə buraxmamalı idi, ya da tutub Bakıya təhvil verməli idi…
 
Son baş verənlər Dağlıq Qarabağ məsələsində bir daha Azərbaycanın həm diplomatik səyləri və erməni təbliğatı əleyhinə ifşaedici fəaliyyətini gücləndirməsinin vacibliyini ortaya qoyur, həm də qardaş Türkiyə, Pakistan və İsraillə hərbi-siyasi əlaqələri durmadan dərinləşdirmək hesabına işğalçı Ermənistan üzərində əzici hərbi üstünlüyünü saxlamaq zərurətini diktə edir. Qərəzli vasitəçilərin təcavüzkara və separatçı rejimə qucaq açmasına qarşı ayrı effektli “peyvənd” təəssüf ki, hələlik yoxdur.          
 
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031