Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Avropa Şurası Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməyə hazırdır

Kipr Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrliyi çərçivəsində APA-Avropa müxbiri də daxil olmaqla, Avropa Şurası yanında daimi akkreditasiya olunmuş bir qrup jurnalist bu ölkəyə səfər edib və adanın yunan tərəfində müxtəlif görüşlər keçirib.

AŞNK-nə sədrlik edən Kiprin xarici işlər naziri İoannis Kasoulides jurnalistlərlə görüşündə ölkəsinin quruma sədrlik edəcək 6 ay ərzindəki prioritetləri haqqında danışıb. Təşkilata üzv olan bir neçə ölkə arasında mövcud olan “dondurulmuş münaqişələr”ə toxunan kiprli nazir Avropa məkanında yaşayan bütün insanların AŞ-nin hüquqi mexanizmlərindən istifadə edə bilmələrinin vacibliyini qeyd edib: “Bildiyiniz kimi, münaqişələrin həll edilməsi Avropa Şurasının vəzifəsi deyil. Bu, digər beynəlxalq təşkilatların işidir. Avropa Şurasında gəldikdə, burada əsas məsələ ondan ibarətdir ki, Avropanın hər yerində vətəndaşlar təşkilatın hüquqi alətlərindən istifadə edə, xüsusən Avropa İnsan Haqları Konvensiyasının müddəalarından yararlana bilsinlər”.

APA-nın Avropa müxbirinin Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması ilə bağlı sualına cavab verən nazir Kipr Respublikasının AŞNK-dakı sədrliyinin tərəfsiz olacağını bildirib.

“Bizim sədrlik dövründəki əsas prinsipimiz tərəfsiz olmaqdı, heç kimin tərəfini tutmaq niyyətində deyilik. Bildiyim kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Əsas odur ki, bu məsələnin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan Avropa Şurası qarşısında götürdükləri öhdəliklərə sadiq qalsın. Biz Avropa Şurası olaraq, Minsk qrupu vasitəçilərinin danışıqların aparılması istiqamətindəki səylərini tamamilə dəstəkləyirik. Hesab edirəm ki, üzümüzə gələn yay aylarından əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin görüşə bilməsi münaqişənin sülh yolu ilə həlli yollarının axtarışında irəliyə doğru atılmış addım olardı. Avropa Şurası isə öz növbəsində münaqişənin tam həlli tapılana qədər tərəflər arasında qarşılıqlı etimad şəraitinin yaradılmasına yardım etməklə bu işə öz töhfəsini verə bilər. Avropa Şurası bu məsələdə hər iki ölkəyə yardım etməyə hazırdır”, – deyə o bildirib.

Sosial səhifələrdə paylaş
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031