Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İrəvan hücuma hazırlaşır: Qarabağda genişmiqyaslı MÜHARİBƏ

“Dağlıq Qarabağda yenidən həyəcanlı proseslər baş verir. Son xəbərlər göstərir ki, atəşkəs mütəmadi olaraq pozulur, cəbhədə gərginlik davam edir”.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın tanınmış ictimai-siyasi xadimi Mixail Belyayev “Qarabağ ətrafında buludlar yenidən qatılaşır” adlı məqaləsində yazıb.

Müəllif aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumla bir neçə strateji yüksəkliyi azad etdiyinə diqqət çəkərək, qeyd edib ki, münaqişə ətrafında vəziyyət “nə müharibə, nə də sülh” mərhələsinə keçir: “Bölgədə vəziyyət daha da amansızlaşır. Aprel hadisələrindən səkkiz ay ötüb, lakin danışıqlar prosesi yenidən dalandadır. İndi də məlum deyil ki, Hamburqda ATƏT-in iştirakı ilə İlham Əliyev və Serj Sarkisyanın görüşü olacaq, ya yox. Cəbhə xəttində kəskinləşmənin danışıqların növbəti raunduna hazırlıq dövründə baş verməsi də təsadüfi deyil. Ötən illərin təcrübəsi göstərir ki, həmişə prezidentlərin görüşləri ərəfəsində Qarabağda gərginlik artır”.

Mixail Belyayev əlavə edib ki, münaqişənin həlli Rusiyanın xarici siyasət prioritetlərindən biridir: “Rusiya Federasiyasının bu günlərdə təsdiq olunmuş xarici siyasət konsepsiyasında da göstərilir ki, Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhdən uzaqdır. Görünür, İrəvan hakimiyyəti aprel məğlubiyyətindən sonra cavab zərbəsinə hazırlaşır. Yüzlərlə canlı qüvvə və texnika itirən Ermənistan müdafiə naziri Seyran Ohanyanı əvəz etdi. Həmçinin, Rusiyadan güzəştli kreditlə aldığı silahların yoxlanmasını keçirtdi. Bu, deməyə əsas verirdi ki, Ermənistan cəbhədə vəziyyəti öz xeyrinə dəyişmək üçün cəhd edəcək. Bu, hər şeydən əvvəl “Qarabağ klanı”nın hakimiyyətə gətirdiyi Serj Sarkisyanın ölkə daxilində öz mövqelərini qoruması üçün lazımdır”.

Müəllif Azərbaycanın öz ordusunu gücləndirmək istiqamətindəki addımlarına diqqət çəkir.

“Hətta neft qiymətlərinin düşməsinə baxmayaraq, hərbi büdcəyə qənaət edilmir. Hərbi sahədə Azərbaycan-Rusiya əməkdaşlığı fəal şəkildə davam edir, Bakı Pakistan, İsrail və Türkiyədən silahlar alır. Azərbaycan bununla regional balansı öz xeyrinə dəyişdirmək prinsipində dönməzdir. Hətta Ermənistanın nümayiş etdirdiyi “İsgəndər” raketləri belə Bakını eyninə deyil. Görünən odur ki, son dərəcədə təhlükəli vəziyyət formalaşır. Əgər Azərbaycan aprel uğurunu təkrarlayacaqsa, o zaman danışıqlarda polad iradəsini diktə edəcək və onun dediklərini ermənilərlə yanaşı, həmsədrlər də qəbul etmək məcburiyyətində qalacaqlar”, – deyə müəllif vurğulayıb.

M. Belyayev bildirib ki, Qarabağda tammiqyaslı müharibə versiyası da gündəmdədir: “Bu, hər şeydən öncə Rusiyanın ziyanınadır. Çünki müharibənin nəticəsinə uyğun olaraq, ya Azərbaycan, ya da Ermənistan Rusiyadan üz döndərəcək. Ona görə də təcili bölgədə gərginliyin azaldılması üçün addımlar atılmalıdır. Bu, ən azından Qarabağ ətrafında 7 rayonun qaytarılması və Azərbaycan-Ermənistan iqtisadi əlaqələrinin qurulmasıdır. Moskva və Ankaranın Suriya məsələsində maraqlarının toqquşması, iki ölkənin Qarabağda xeyirli təsir göstərəcəyinə dair ümidləri kiçildir. Cənubi Qafqaz geosiyasi ziddiyyətlərin məngənəsinə sıxılıb və region xaosun potensial mərkəzinə çevrilib. Bu, barıt çəlləyinə partlamq üçün kibrit yandıranlar həmişə tapılacaq”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031