Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Naşa versiya”: Dronun çağırışına 30 minə yaxın erməni səs verdi və nasistlərə qoşuldu

Rusiyanın jurnalist araşdırmaları sahəsində aparıcı həftəlik nəşrlərinin birində – “Naşa versiya” (əvvəllər “Soverşenno sekretno”) qəzetində “Svastikalı bütlər. Rusiyada nasist cinayətkarlar qəhrəmanlar kimi qələmə verilirmi?” sərlövhəli məqalə dərc olunub.

Məqalədə deyilir: “Rusiya hitlerçilərə və onların əlaltılarına bəraət verilməsi cəhdlərinə qarşı həmişə sərt çıxışlar edib. Lakin belə bir fakt böyük narahatlıq doğurur: bu gün Rusiya KİV-ləri və ölkənin mədəni məkanı cinayətkarları qəhrəmanlar kimi təqdim edən kanala çevrilə bilər. Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayanın “Literaturnaya qazeta”nın 2014-cü il 17 dekabr tarixli nömrəsində dərc olunmuş müsahibəsini yada salmaq kifayətdir. O, müsahibəsində deyib: “Xalqımızın böyük oğlu Qaregin Njde hesab edirdi ki, “həyatın başlıca qanunu şəxsiyyətin, cəmiyyətin və dövlətin təkmilləşdirilməsi vasitəsi olan mübarizədir. Bu mübarizə durmadan ölkənin və xalqın tərəqqisinə can atmaqda ifadə olunur”. Daha əvvəl – 2013-cü ildə Moskvada təntənəli şəkildə həmin bu Qaregin Njde haqqında filmin təqdimatı olub.

Qanlı tarixin başlanğıcı

Ermənistan səfirinin xatırlatdığı Qaregin Njdenin adı, yəqin ki, oxucuların çoxuna tanış deyil.

Qaregin Njde kimi məşhur olan Qaregin Ter-Arutyunyan 1886-cı ildə Naxçıvanda anadan olub. “İnqilabçı”, bir çoxlarının fikrincə isə terrorçu erməni qruplaşmalarının fəaliyyətində iştirak edib. 1917-ci il inqilabından sonra HJde “erməni milli ordusu”nun təşkili ilə məşğul olub, elə burada azərbaycanlılar ilə müharibə törədib. Njdenin və onun tərəfdarlarının Vedibasarda, Şərqi Anadoluda və Naxçıvanda azərbaycanlıların başına gətirdiklərini tam şəkildə qanlı etnik təmizləmə adlandırmaq olar. 1921-ci ildə Ermənistan ”sovetləşdirildikdən” sonra NJde Avropaya gedir. 1933-cü ildə Vaşinqtonda Türkiyə səfirini öldürməyə cəhd göstərir. Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlişindən sonra Njde erməni diasporunda hitlerpərəst “Tseqakron” təşkilatını – çox güman, siyasi partiya, terror təşkilatı və dini sektaya bənzər bir təşkilat yaradıb. Fürerə ehtiramını şəxsən nümayiş etdirmək üçün 1942-ci ildə Berlinə gəlir, sonra vermaxtın nəzdində erməni legionu yaratmağa başlayır. Bu işdə ona general Dro kimi məşhur olan Drastamat Kanayan kömək edir. Avstriyalı tarixçi Erik Fayql öz əsərlərində göstərir ki, Dro 1942-ci ildə Himmler ilə görüşüb. E.Fayql yazır: “Dronun heç bir vicdan əzabı çəkmədən öldürmək təcrübəsi var idi. İnsanları ölümə göndərmək nə Dronu, nə də Himmleri narahat edirdi. Dronun çağırışına 30 minə qədər erməni səs verdi və nasistlərə qoşuldu”.

“Erməni legionu”nun qanlı tarixi indi yaxşı məlumdur. Onun əsgərləri hitlerçilər tərəfindən işğal edilmiş ərazilərdə yəhudilərin və qaraçıların məhv edilməsi üzrə cəza aksiyalarında iştirak ediblər. Məsələn, 809-cu erməni piyada batalyonu Ukraynaya və Polşaya göndərilib, partizanlar əleyhinə əməliyyatlarda iştirak edib. Batalyonun şəxsi heyəti vermaxtın Ukraynadakı komandanı Hittsinger və Şərq cəbhəsindəki hissələrinin komandanı, general-mayor İlgen tərəfindən təriflənib. General Dronun şərəfinə “Dromedar” adlandırılmış zonderkomandanın fəaliyyəti xüsusi diqqət tələb edir. Zonderkomanda 1942-cü ilin aprelində Şimali Qafqaz cəbhəsi qoşunlarının arxasında kəşfiyyat-diversiya tədbirlərinin təşkili ilə məşğul olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində “Xalq Daxili İşlər Komissarlığının Rostov vilayəti üzrə İdarəsinin 7/17 nömrəli xidməti məruzəsindən SSRİ XDİK-in 4-cü idarəsinə” adlı sənəd saxlanılır. Sənəddə deyilir: “1942-ci ilin avqustunda Rostov Don şəhərinin işğalı dövründə şəhərə general Dronun başçılıq etdiyi bir qrup erməni millətçisi gəlib. Qrupa Hitler tərəfindən Sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün Qafqaz millətlərindən könüllülər legionu təşkil etmək səlahiyyəti verilib. Alman qoşunlarının Cənubi Qafqaza müdaxiləsi zamanı bu legion Ermənistanı bolşeviklərdən azad etməli idi. Dronun qrupunun Rostov Donda olduğu müddətdə təqribən 100 min nəfərlik legion yaradılıb”. Mərhum Azərbaycan politoloqu Rövşən Mustafayevin “Ölüm tanqosu” kitabında erməni birləşmələrinin yəhudilərin soyqırımında iştirak etməsi barədə çoxsaylı faktlar, məsələn, elə həmin “Dromedar” zonderkomandasının Qərbi Krımdakı əməliyyatı haqqında hesabat gətirilir. R.Mustafayev yazır: “1941-ci il noyabrın 16-dan dekabrın 15-i də daxil olmaqla, 17.645 yəhudi, 2504 qəraim, 824 qaraçı və 212 partizan güllələnib. Simferopol, Yevpatoriya, Aluşta, Qarasubazar, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən təmizlənib”.

Nasizm baş qaldırır

Drastamat Kanayan törətdiyi cinayətlərə görə məsuliyyətdən yaxa qurtara bilib: Almaniya təslim olandan sonra o, ABŞ-a köçüb və ömrünü Bostonda başa vurub. Qaregin Njdeni isə başqa tale gözləyib. Keçmiş xidmətlərinə görə onu “gizlədəcəkləri” ümidi ilə o, 1944-cü ildə yenidən Bolqarıstana gedir. Lakin Hitler əlaltısı burada həbs edilir və sovet komandanlığına verilir. Njde 1920 və 1921-ci illərdə apardığı təmizləmə əməliyyatlarına görə 25 il müddətinə azadlıqdan məhrum edilib və 1955-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb. Buna baxmayaraq, bu gün Rusiyanın yaxın müttəfiqi sayılan Ermənistanda irimiqyaslı Dro və Njde kultu yaradılıb. Onların şərəfinə xatirə sikkələri zərb edilir. Bədii və sənədli filmlər çəkilir. Yerevan meydanlardan birinə Qaregin Hjdenin adı verilib. Vurğulayaq ki, bu kult hansısa marginal siyasi qruplaşmaların gücü ilə yaradılmayıb – bu hərəkətlərin arxasında dövlət dayanır. İş o yerə gəlib çatıb ki, Ermənistanda Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının Akademiyası yaradılandan sonra Ermənistan Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji Araşdırmalar İnstitutu yeni strukturla əməkdaşlıq etmək arzusunu bildirib. Nasistlərlə əməkdaşlıq edən cinayətkarlara açıq-aşkar bəraət qazandırılmasına indiyə qədər heç bir reaksiya yoxdur. Üstəlik, bu gün bunu Rusiya ərazisində yaymağa çalışırlar. Məsələn, erməni diasporunun fəalları Vladimir mərkəzi həbsxanasında Njdenin dəfn olunduğu məzarlığa müntəzəm baş çəkirlər. Hətta Njdenin abidəsinin ucaldılması haqqında məsələ qaldırılıb. Bundan əlavə, bu gün Ermənistan və Rusiya KİV-lərində erməni rejissoru Qraç Keşişyanın Rusiyanın tanınmış kinoaktyorları Çulpan Xamatovanın və Mixail Yefremovun iştirakı ilə çəkilmiş “Qaregin Njde” filminin reklam kampaniyası aparılır. Bu filmdə hərbi cinayətkardan az qala parlaq milli büt obrazı yaradılır. Qaregin Njdenin yüksəklərə qaldırılması kampaniyası fonunda Rusiyanın yaradıcı ziyalılarının sovet məhkəməsinin mühakimə etdiyi bu hərbi cinayətkarın populyarlaşdırılmasına cəlb edilməsi cəhdləri ilk baxışda göründüyündən daha təhlükəli amildir. Çünki bundan belə bir sual doğur: Rusiya nasizmə bəraət qazandırılması cəhdlərini həqiqətənmi əsla qəbul etmir? Əgər elədirsə, onda nə üçün Ermənistanda, indi isə artıq Rusiyada Drastamat Kanayan və Qaregin Njde kultuna heç bir reaksiya yoxdur.

Veteranlar faşizm əleyhinə

Belə çıxır, Moskvanın nöqteyi-nəzərindən Ukraynada və Baltik ölkələrində Hitlerin əlaltılarını parlaq qəhrəmanlara çevirmək olmaz, Rusiyanın yaxın müttəfiqi olan Ermənistana isə artıq olar? Bu, “ikili standartlar”, yoxsa sadəcə “diqqətsizlikdir” ? Ermənistanın Drodan və Njdedən milli qəhrəman yaratmaq cəhdləri artıq Böyük Vətən müharibəsi veteranlarının diqqətini cəlb edib. Onlar bu barədə Vladimir Putinə məktubla müraciət ediblər. Veteranlar Rusiya Prezidentinə yazıblar: “Tarixi həqiqətin Ermənistan Respublikasında təhriflərə məruz qaldığını və kollaborasionistlərin durmadan yüksəklərə qaldırıldığını ürək ağrısı ilə müşahidə edirik. Rusiyanın paytaxtında “Qaregin Njde ilə söhbətlər, yaxud NJdenin 125 illiyinə abidə” kitabının təqdimatı keçirilir. Paradoks bundadır ki, tədbirin təşkilatçıları hesab edirlər ki, “Njdenin ideyaları bu gün həmişəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ olunmalıdır“. Moskvada rusiyalı kino ulduzlarının iştirakı ilə NJdeni qəhrəman kimi qələmə verən film nümayiş etdirilir. Yeri gəlmişkən, Rusiyanın teatr və kino xadimləri buna bənzər xoşagəlməz vəziyyətlərə düşməmək üçün bu və ya digər rol seçimində ayıq-sayıq olmalıdırlar. Sovet İttifaqının hüquqi varisi olan bir ölkədə faşist satqınların mədh olunması bizi kədərləndirir. Hərçənd məhz Rusiya həmişə tarixin yenidən yazılmasına, İkinci dünya müharibəsi reallıqlarının təhrif olunmasına qarşı çıxış edir. Bu gün Vətən xainlərini “vətənpərvərlər”, kommunizmə və “Stalin rejiminə” qarşı “ideya mübarizləri” kimi təqdim etməyə çalışırlar. Lakin azğınlıq edən, dinc əhalini qətlə yetirən faşist nökərlərinə bəraət yoxdur. Şübhəsiz ki, Rusiya və Ermənistan arasında müəyyən mənada xüsusi münasibətlər var. İki ölkəni sıx siyasi, iqtisadi, mədəni və tarixi əlaqələri bağlayır. Məhz iki xalqın nümayəndələrinin faşizmə qarşı savaşda çiyin-çiyinə mübarizənin ümumi tarixində hərbi canilərin mədh olunması bu müharibədə həlak olanların xatirəsinə təhqirdir. Bütün bunların Böyük Qələbənin 70 illik yubileyinin qeyd olunduğu bir vaxtda baş verməsi xüsusilə hiddət doğurur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

http://azertag.az/xeber/842428

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031