Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İrəvanda panika: Azərbaycan Ermənistana gedən qaz kəmərini ala bilər

Erməni nəşrləri əhaliyə satılan təbii qazın yenidən bahalaşacağı barədə də xəbərdarlıq edir

 
“Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ötən şənbə bəyan edib ki, ölkənin neft-qaz korporasiyasının səhmlərinin 25%-i fond birjasında satışa çıxarıla bilər”. Musavat.com-un məlumatına görə, bu barədə İrəvanda nəşr olunan “Joxovurd” qəzeti yazıb və diqqəti hadisələrin erməni tərəfi üçün olduqca xoşagəlməz inkişafının mümkünlüyünə çəkib. 
“Təhlükə ondadır ki, artıq Azərbaycanın Dövlət Neft Şirkəti – SOCAR qaz kəmərinin hamısını almaq niyyətində olduğunu bəyan edib. Yəni bizim üçün strateji, həyati əhəmiyyət kəsb edən qaz kəməri beləcə, tezliklə azərbaycanlıların mülkiyyətinə keçə bilər. Onlar da öz ovqatlarından asılı olaraq, Ermənistana qaz verilişini vaxtaşırı dayandıracaqlar”, – deyə qəzet narahatlıqla qeyd edib.
Nəşr daha sonra yazır ki, onun əməkdaşına bu mövzuda Gürcüstan parlamentinin deputatı David Çiçinadze ilə söhbət eləmək müyəssər olub: “Deputat bildirib ki, hələlik bilavasitə satış prosesi başlamayıb. Hələ ki potensial alıcılardan sifarişlər də daxil olmayıb. Azərbaycan şirkəti ilə bizim hansısa qaz, nəqliyyat dəhlizimiz yoxdur. Bu səbəbdən, fikrimcə, hadisələrin bu cür inkişaf ehtimalı güclü deyil” – gürcü deputat erməniləri sakitləşdirməyə çalışıb.
Qəzet bunun ardınca Gürcüstandakı Ermənistan səfirliyini fəaliyyətsizlikdə ittiham edib: “Bəs Ermənistanın Gürcüstandakı səfirliyi nə ilə məşğuldur? Orada tam laqeydlik hökm sürür. Əldə elədiyimiz məlumata görə, səfir Yuri Vardanyan son vaxtlar öz şəxsi məsələləri, səhhətindəki problemlərlə bağlı tez-tez xarici ölkələrdə olur. Biz həmçinin məsələ ilə bağlı Ermənistan və Gürcüstan baş nazirlərindən şərh almağa çalışdıq. Ancaq günün sonuna kimi buna nail olmadıq və sorğularımız cavabsız qaldı”.
***
Bu arada başqa bir tanınmış erməni nəşri – “Aykakan Jamanak”əhaliyə satılan təbii qazın  qiymətinin yenidən qaldırılacağı barədə bəd xəbər verib.
Qəzet yazıb: “Ermənistanda ictimai xidmətlərin nizamlanması üzrə komissiya dünən “Qazprom Ermənistan” AC-nin yaxın üç il üçün investisiya proqramını dərc edib. Proqramdan belə aydın olur ki, növbəti ildə qazın qiyməti yenidən artacaq. Problem ondadır ki, hələ ötən il təsdiqlənmiş üç illik proqrama əsasən, 2017 il üçün “Qazprom Ermənistan” 13,6 milyard dram məbləğində sərmayə nəzərdə tutur. Bu məbləğ də tarif hesablamalarına daxil edilib. Ancaq bu şirkətin keçmiş baş direktoru Karen Karapetyan baş nazir təyin olunandan sonra qərara alındı ki, Ermənistanda qaz tariflərini aşağı salmaq lazımdır və yeni proqrama əsasən, növbəti il üçün investisiyanın həcmi 35 milyard dram təşkil etməli idi. Sərmayənin belə kəskin azalması məhz qiyməti aşağı salmaq zərurəti ilə bağlı idi. Lakin 2018-ci ildə yenidən daha böyük investisiya – 18 milyard dram yatırım nəzərdə tutulur. Bu, təzədən tarifə daxil ediləcək və qiymət artımına gətirəcək. Başqa sözlə, proqram tariflərə uyğunlaşdırılıb. Halbuki, əksi baş verməli idi. Bu da onu sübut edir ki, tarifləri aşağı salmaq siyasi qərar olub”.
Qeyd edək ki, Ermənistanın əsas qaz təchizatı Rusiyanın hesabınadır. Rusiya bu ölkədən keçib işğalçı ölkəyə daxil olan qaz kəmərinə görə Gürcüstana tranzit haqqı ödəyir. Tiflis tranzit haqqını da elə natura şəklində – yəni Rusiya qazı şəklində alır. Ermənistan İranın hesabına Rusiyadan qaz asılılığını minimuma endirməyə çalışır. Gözlənilir ki, prezident Həsən Ruhaninin qarşıdakı İrəvan səfəri zamanı bu məsələ də dıqqət mərkəzində olacaq.       (musavat.com)
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031