Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistan şərtini açıqladı: 7 rayonun əvəzinə…

Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasının müzakirə mövzusu olmadığını bildirib.

O, “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bir şərtlərinin olduğunu deyib.

“Hansısa ərazinin qaytarılması məsələsi Qarabağın statusunun müəyyənləşdirilməsi halında müzakirə oluna bilər”, – o qeyd edib.

Publika.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyan “Rusiya bu gün” agentliyinə müsahibəsində qeyd etmişdi ki, Qarabağın statusunun müəyyən edilməsi şərti ilə yeddi rayonun qaytarılmasını nəzərdə tutan sənəd mövcud olub, lakin Bakı bununla razılaşmayıb.

Ermənistan rəhbərliyinin yenidən əvvəlki mövqelərinə qayıdaraq, sülh danışıqlarını dalana salmaq cəhdləri müşahidə olunur. Halbuki, aprel müharibəsindən sonra ərazilərin qaytarılması və münaqişənin həll olunması istiqamətində ciddi irəliləyişin olduğu deyilirdi.

Ermənistanın “lragir” saytı da V.Akopyanın bu açıqlamasının şübhəli olduğunu yazıb:

“Əslində hakimiyyətin ərazilərin qaytarılmasını müzakirə etməyə razı olduğu məsələsi yeni deyil. Serj Sərkisyanın özü də təsdiq edib ki, 2011-ci ildə Kazanda razılaşmanı imzalayırdı, lakin sonda Bakı razılaşmadı. Aprel müharibəsindən sonra isə vəziyyət dəyişdi. Əgər aprelə qədər qaytarılacaq rayonların sayı 5, yaxud 3 idisə, apreldən sonra erməni tərəfi 7 rayon haqqında danışır. Akopyanın sözlərindən belə anlaşılır ki, aprel müharibəsindən sonra “Qarabağda əhalinin təhlükəsizliyini nəzərə alaraq, ətrafdakı ərazilərin qaytarılması” nəzərdə tutulur. Hətta o, Qarabağın statusunun müəyyən edilməsi məsələsini əsas tutsa da, görünən odur ki, Ermənistan rəhbərliyi ərazilərin qaytarılmasına razıdır”.

Erməni politoloq Riçard Kirakosyan isə qeyd edib ki, Rusiya Azərbaycanla münasibətlərini yaxşılaşdırmaqda davam edir:

“Bu, Qarabağ üçün təhlükəlidir. Xüsusilə ABŞ-la münasibətlərin yoluna qoyulması Rusiyanın əl-qolunu açacaq. Amerika və Rusiya qarşılıqlı güzəştə gedə və müəyyən ərazilərdə bir-birinin hakimliyini tanıya bilərlər. Əgər belə olarsa, Rusiyanın Cənubi Qafqazda təkbaşına hərəkət etməsinə Amerika razı olacaq. Bu isə Moskvanın Qarabağ məsələsində birtərəfli təşəbbüslərlə çıxış etməsinə imkan yaradacaq. Xüsusilə münaqişə zonasına öz sülhməramlılarını yerləşdirmək istəyəcək. Son nəticə Azərbaycanın xeyrinə olacaq”.

R.Kirakosyan hesab edir ki, regionda yeni eskalasiya da baş verə bilər.

“Baş verənlər Ermənistanın regionda təklənməsinə səbəb ola bilər. Bu isə ərazilərin qaytarılmayacağı halda, müharibənin tezliklə başlanması deməkdir. Biz Qarabağda yeni müharibəni gözləməli və hazırlaşmalıyıq”, – o bildirib.

ABŞ-ın xarici siyasət üzrə Məsləhət Şurasının əməkdaşı, məşhur ekspert Stiven Blankın “cacianalyst” saytında dərc olunan məqaləsində irəli sürdüyü fikirlər də diqqət çəkir.

Amerikalı ekspert hesab edir ki, Rusiya Qarabağ münaqişənin həllinə start verəcək: “Sadəcə olaraq, müəyyən istəkləri var. Misal üçün, Azərbaycandan Avrasiya İqtisadi İttifaqına üzv olmasını istəyə bilər, yaxud başqa bir şey. Lakin görünən odur ki, münaqişənin həlli qaçılmazdır və ruslar bunu edəcəklər”.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031