Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Hitlerin sevimli zabiti – Gədəbəyli

Bəşəriyyətə saysız-hesabsız fəlakətlər bəxş etmiş İkinci Dünya Müharibəsi hələlik Yer üzü tarixinə ən qanlı savaş kimi düşüb. Lakin bu müharibə həm də qeyri-adi sərkərdəlik qabiliyyətləri, hərbi istedadları və ya bacarıqları olan şəxsləri də üzə çıxarıb.

Publika.az belə şəxslərdən biri olmuş alman zabiti Viktor Ern barəsində bir sıra maraqlı faktları təqdim edir:

Öncə onu qeyd edək ki, Viktor Ernlə bağlı ilk maraqlı fakt onun 1907-ci ildə Azərbaycanda, Gədəbəy rayonunda doğulmasıdır. Ötən əsrlərdə Azərbaycana köçürülmüş alman ailələrindən birində doğulmuş Ernin ailəsi bir müddət ölkəmizdə yaşayıb. Lakin 1920-ci ildə Azərbaycanda sovet rejimi qurulduqdan sonra 14 yaşlı Viktor Ernin ailəsi 1921-ci ildə Almaniyaya qaçmağa məcbur olub.

Almaniyada təhsilini davam etdirən Ern 20 yaşında donanmaya daxil olur. İki illik uğurlu fəaliyyəti ilə “Keniqsberq” və “Karlsruz” gəmilərində xidmətə başlayır.

Onunla bağlı daha maraqlı fakt bundan ibarətdir ki, Viktor 1935-ci ilin iyulunda ilk dəniz zabiti kimi sualtı donanmaya köçürülür. 1936-cı ilin yanvarından 1937-ci ilə kimi U-14 sualtı qayığının komandiri olmuş Viktor 1936-cı ildə İspaniya sahillərindəki hərbi əməliyyatlarda uğurla iştirak edir.

Hərbi istedadı ona gələcək karyerasında növbəti pillələrə yüksəlməyə imkan verir. 1939-cu ildə Hərbi Dəniz Akademiyasını bitirən Viktor Ern elə həmin il Hitlerin sevimli zabitlərindən olmuş admiral Karl Dyönisin qərargahında işləməyə başlayır.

Bundan bir il sonra U-37 sualtı qayığının komandiri təyin edilmiş Viktor Ern hərbi qabiliyyətini nümayiş etdirməyə başlayır. O, elə Norveç sahillərindəki ilk əməliyyatda Almaniya ilə müharibə aparan ölkələrin, o cümlədən Britaniya da daxil olmaqla 10 gəmini batırır. Bir gəmiyə isə güclü zərər vuraraq sıradan çıxarır.

Ern ikinci əməliyyat zamanı isə daha 7 gəmini suda batıraraq ingilis və fransız donanmasına güclü zərbə endirir. Müharibə illərində müttəfiqlərin ümumilikdə 26 gəmi batıran Viktor Ern daha 24 gəmini zədələməklə sıradan çıxarıb.

Onun bu xidmətləri və hərbi uğurları Almaniya donanmasını və Hitlerin diqqətindən yayınmır. Belə ki, Viktor Ern 1940-cı ilin 21 oktyabrında “Dəmir xaç” ordeni ilə təltif edilir. Bundan 5 gün sonra yenidən 1-ci zabit kimi admiral Dyönisin qərargahına qaytarılır.

Sonrakı illərdə Aralıq dənizindəki sualtı qayıqların koordinasıyasına rəhbərliyi həyata keçirən Hitlerin sevimli donanma zabiti 1942-ci ilin iyulunda Şimali Afrikadakı ezamiyyəti zamanı ağır yaralanaraq Britaniya hərbçilərinə əsir düşür. Yaralı Viktor sağaldıqdan sonra Misirdəki hərbi düşərgəyə göndərilir. 1943-cü ildə isə hərbi əsir kimi dəyişdirilərək Almaniyaya gətirilir.

Elə həmin il admiral qərargahının 1-ci zabiti kimi xidmətini davam etdrimiş Viktor Ern 1945-ci ilin mayında yenidən Britaniya hərbçilərinə əsir düşür. Bir neçə ildən sonra əsirlikdən azad edilən Viktor Ern müharibədən sonra “Siemens” şirkətində çalışmağa başlayır. Eyni zamanda Bonnda yüksək vəzifədə işləyir.

Bir sıra faktlara əsasən, Viktor Ern bu günə kimi batırdığı gəmilərin sayına görə dünyada rekord göstərici əldə edib. Onun həyatı barəsində bir neçə bədii film və 5 sənədli film ekranlaşdırılıb. Qeyri-rəsmi məlumatlara görə, Viktor doğulduğu Gədəbəyi unutmayaraq, bir neçə dəfə rayona səfər edib.

Onun sonuncu səfəri ölümündən 2 il əvvəl baş tutub. Viktor Ern 1997-ci ildə 90 yaşında dünyasını dəyişib.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930