Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İki həmsədr dəyişdi, bəs dəyişən nə olacaq?

“Qarabağ düyününü aça biləcək vasitəçilər nə vaxt gələcək” sualı növbəti ildə də öz aktuallığını saxlayacaq; amerikalı ekspert: “Ermənistan hələ anlamır ki, hansı qəliz situasiyaya düşüb”

Adətən il sonu növbəti il üçün hansısa planlar qurulur, layihələr hazırlanır, görülən işlərə yekun vurulur. Əfsus ki, Dağlıq Qarabağ ixtilafı o qəbil məsələlərdəndir ki, artıq neçənci ildir nə onun ilsonu hansısa pozitiv yekunu olur, nə də hansısa nəticələrdən danışmaq və növbəti ilə hansısa plandan danışmaq mümkün olur.
Əsas səbəb barədə dönə-dönə yazmışıq. Söhbət həm Rusiya amilinin davam edən əngəlləyici rolundan, həm də ümumən ATƏT-in Minsk Qrupunun dişsiz vasitəçiliyindən və onun həmsədrlərinin hətta işğalçı Ermənistana gizli himayəsindən gedir. Bu üzdəndir ki, Minsk Qrupunun mövcud olduğu 24 ildə ona neçə-neçə həmsədr gəlib-getsə də, nəticə olmayıb. Əlbəttə ki, sonsuzadək belə davam edə bilməz. Bəs çıxış yolu? 
Bəzi ekspertlər, məsələn, tanınmış alman politoloqu, professor Vilfrid Furman ehtimal edir ki, Dağlıq Qarabağ konflikti yəqin ki, Minsk Qrupu çərçivəsində deyil, həmin çərçivədən kənarda həllini tapacaq. Furman bununla bağlı üç mümkün ssenari təsvir edib – hansılar ki, mövcud “nə hərb, nə də sülh” vəziyyətindəki bəzi “tabu”ların sindırılması anlamına da gələ bilər. Maraqlıdır ki, bu ssenarinin hər üçündə Minsk Qrupunun iştirakı iqnor edilir, əsas yük ABŞ və Rusiyanın üzərinə qoyulur, daha doğrusu, bu iki dövlətin nizamlamaya görə qarant rolu önə çəkilir.
*****
Bu arada Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin həmsədrlikdən getməyə hazırlaşdığı məlum olub. Bu barədə diplomat özünün twitter hesabında  yazıb. O, həmsədr kimi səlahiyyətlərinin bu il dekabrın 31-də başa çatacağını bildirib. “Mənim üçün 30 il Dövlət Departamentində xidmət etmək böyük şərəfdir”, – deyə C.Urolik qeyd edib. O, həmçinin bildirib ki, Rusiyanın ən böyük və nüfuzlu hüquq firmalarından olan “Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları” şirkətinin tərəfdaşı olacaq.
Uorlik  Minsk Qrupunun amerikalı həmsədrləri arasında ən təcrübəli diplomat sayılırdı. Onun Bosniya (Balkan) böhranının yoluna qoyulmasında müstəsna rolu olub. Lakin Dağlıq Qarabağ məsələsində o da gücsüz oldu. Çünki Rusiya amili imkan vermədi. Təbii ki, balkanlardan fərqli olaraq, Güney Qafqaza Kremlin təsir imkanları hələ çox güclüdür. Üstəlik, Rusiyanın təcavüzkar Ermənistanın qismində bölgədə hərbi forpostu var.
 
Qeyd edək ki, az öncə Minsk Qrupunun Fransadan olan həmsədri rotasiya qaydasında dəyişdirilib. Yeni həmsədr də amerikalı təzə həmkarı kimi yeni ildən öz missiyasına başlayacaq. Beləliklə, Minsk Qrupu yeni ilə faktiki, yeni həmsədrlərlə gedir. Bəs bu nəyisə pozitivə doğru dəyişəcəkmi? 
Təəssüf ki, indiyədək olan təcrübə suala pozitiv cavab vermək şansı qoymur. O zaman doğrudan da belə bir sual ortaya çıxır ki, bəlkə bu formata heç ehtiyac yoxdur? Axı, bütün hallarda ortada Rusiya faktoru var. Yəni öncə bu amil ciddiyə alınmalı və neytral, konstruktiv hala gətirilməlidir.
*****
“ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya böyük bir dövlətdir”. Bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu deyib. “Əgər Rusiya kimi böyük dövlət terrorçu və işğalçı Ermənistana dəstəyini dayandırarsa və Qarabağda haqlı olan tərəfin yanında durarsa, bundan çox şey qazanar. Bu halda Rusiya 1 milyard 700 milyonluq müəslmanın ürəyini, könlünü qazanmış olar. Rusiyanın belə bir ağılda olduğuna inanıram” – Topçu qeyd edib.
Image result for Yalçın Topçu
Türkiyə rəsmisi onun da deyib ki, Rusiya prezidenti Vladimir Putin böyük dövlət adamıdır: “Bunu görürəm, bilirəm. İnşallah, qarşıdakı günlərdə Rusiya qarabağlı, şuşalı uşaqların atalarının, analarının torpaqlarına dönməsinə səbəb olan addımlar atar, Ermənistanın haqsız işğalına tezliklə son qoyular”.
Lakin hələ ki Rusiya rəhbərliyində bu iradəni təəssüflər olsun ki, görmürük. Krımın ilhaqından sonra gərginləşən ABŞ-Rusiya münasibətləri və Moskvanı son vaxtlar işğalçı ölkəni daha da silahlandırması, onunla ortaq hərbi qruplaşma yaratması fonunda isə belə istək-məram ümumiyyətlə, görünmür.
Ciddi siyasi analitiklər proseslərin bu cür gedişini işğalçı Ermənistana da yaxşı heç nə vəd etmədiyi qənaətindədir. Məsələn, ABŞ Milli Maraqlar Mərkəzinin icraçı direktoru Pol Sandersə görə, NATO və ABŞ Rusiya müqavimət göstərsə də, hər zaman Cənubi Qafqazda mövcudluğunu saxlayacaq.
Image result for Pol Sanders
“Əvvəllər bu regionda gərgin mübarizələr müşahidə edilirdi, indi isə Qərb çalışır ki, Rusiya ilə qarşıdurmaya getməsin və Şərqi Avropa ölkələrinin NATO-ya davamlı inteqrasiyasını təmin etsin. Hazırda ABŞ Şərqi Avropanın məsuliyyətini Avropa Birliyinin üzərinə atıb və kənarda qalaraq Rusiya planlarının bu regionlarda necə məhv olmasını gözləyir.
Avropa Birliyi Şərqi Avropa ölkələrinin inteqrasiyası üçün effektiv mexanizm idi, amma Ermənistandakı hadisələr nümayiş etdirdi ki, ABŞ olmasa, Rusiya bu proseslərdə istənilən avantüra, təzyiq və şantaja hazırdır. Ermənistan hələ anlamır ki, hansı çətin situasiya düşüb. İrəvanı cəzalandırmayacaqlar, sadəcə, üstünlüyü digər region ölkələrinə verməklə Ermənistana məhəl qoymayacaqlar. Qərb ictimaiyyəti Ermənistanı Qarabağ probleminə böyük diqqət ayırmayaraq, qoruyurdu. İndi isə Rusiyaya qarşı təzyiq siyasəti artacaq və Qarabağ məsələsi də ona qarşı istifadə edilən rıçaqlardan biri olacaq. Buna görə Ermənistan əziyyət çəkəcək” – analitik qeyd edib.
 *****
 
“Rusiya yenə aktiv şəkildə regionda nüfuz sahibi olmaq üçün əlindən gələni edir”. 
Bu sözləri isə axar.az-a politoloq Arzu Nağıyev deyib. Ekspert danışıqlar dayansa da, son zamanlar Dağlıq Qarabağ məsələsi ətrafında gedən bəzi siyasi proseslərə diqqət çəkib: “Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağla bağlı təkliflərindən sonra erməni tərəfi Bakının mesajına konkret bir cavab verməli idi. Məhz təlimlər keçən müddətdə Ali Baş Komandan növbəti dəfə Lələtəpədən münaqişənin həlli istiqamətində bir sıra bəyanatlarla çıxış etdi. Fikir verin, çox keçmədən Rusiyanın məxfi kanalı Sərkisyandan müsahibə götürdü. Bu müsahibə əslində bir sıra mətləblərdən xəbər verir. Yəni artıq Rusiya bu istiqamətdə müvafiq addımlar atmağa başlayır.
Image result for Arzu Nağıyev
Paralel olaraq, ermənilərin Azərbaycana səfəri də Ermənistana mühüm bir mesajdır ki, Qarabağ məsələsini nəyin bahasına olursa-olsun həll etmək lazımdır. Ən başlıcası, Azərbaycanın ərazi bütövlüyünü tanısa da, səhra komandiri Sərkisyanın problemin həllinin ya Dağlıq Qarabağın Ermənistana birləşməsində, ya da müstəqilliyin tanınmasında olduğunu söyləməsi daxili auditoriyaya hesablanmış bir addım idi. Ümumiyyətlə, bu kimi siyasi məsələlər Dağlıq Qarabağ münaqişəsində müsbət istiqamətdə atılmalı addımlar üçün verilən mesajlardır. Bundan sonra danışıqlar naminə danışıqların özü belə, müsbət hal deyil. Azərbaycan yalnız ərazi bütövlüyü çərçivəsində istənilən danışıqlara hazırdır. Bu şərtlə ki, ermənilər işğalçı qüvvələrini ərazilərimizdən tez bir vaxtda çıxarmalıdırlar. Bundan sonra isə mərhələli şəkildə digər məsələlərə qayıda bilərik”.
Beləcə, Qarabağ problemi Ermənistan və Rusiyanın qeyri-konstruktivliyi ucbatından növbəti ilə daha qəlizləşmiş şəkildə təhvil verilməkdədir. Yeni həmsədrlər üçün məhz belə bir ağır miras saxlanılır. Nəzərə alsaq ki, yanvarın 1-dən fəaliyyətə başlayacaq təzə vasitəçilər hələ bir müddət “vəziyyətlə tanış olmalı” olacaqlar, o zaman Minsk Qrupu həmsədrlərindən tezliklə hansısa pozitiv təşəbbüs gözləməyə dəymir – əgər ümumiyyətlə, belə bir təşəbbüs olacaqsa.       (musavat.com)
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930