Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

PA rəsmisindən çağırış: “Erməni vandalizmi ilə bağlı ciddi araşdırma aparın”

Bu gün Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda beynəlxalq forum öz işinə başlayıb. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, Azərbaycanın dünyada enerji resursları ilə zəngin olan ölkə olmaqla yanaşı, həm də tolerant və multikultural ölkə kimi tanındığını diqqətə çatdırıb. Bildirib ki, əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətilərin qovşağında yerləşməsi, Avropa və Asiya arasında körpü rolunu oynaması burada multikulturalizmin yaranmasına səbəb olub. Azərbaycanda ölkəmizin ən böyük sərvətinə çevrilib. Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti, müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və dostluq şəraitində yaşamaları ölkəmizi bənzərsiz məkan edib.

Azərbaycanda multikultural ənənələrin dövlət tərəfindən qorunmasında ən vacib məsələ ulu öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Belə ki, multikulturalizmin əsasını təşkil edən tolerantlıq prinsipi Konstitusiyanın “bərabərlik hüququ”, “Ana dilindən istifadə hüququ”, “milli mənsubiyyət hüququ” və digər müddəalarında aydın şəkildə təsbit olunub.

Ölkəmizdə əsrlər boyu formalaşan tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bununla bərabər, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Azərbaycan artıq dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, forumlar, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları qeyd olunanların bariz göstəricisidir.

Göründüyü kimi Azərbaycan bu gün dünyaya özünün multikulturalizm modelini nümunə olaraq təqdim edir. Çox təəssüf ki, dünyaya belə bir nümunə göstərən ölkənin ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Aparıcı beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul etsə də, Ermənistan tərəfi buna məhəl qoymur. Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndinin müvəqqəti işğalı nəticəsində 738 tarixi abidə, 83 500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan və vandalizm obyektinə çevrilib. Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Azərbaycanın orta əsr şəhərlərindən biri İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinib. İşğal nəticəsində Azərbaycanda peşəkar musiqi sənətinin əsasını qoyan musiqiçi Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Həmçinin Ermənistanda olan qədim və yeni dövr Azərbaycana məxsus qəbiristanlıqlar məhv edilib. İşğal edilmiş ərazilərdə olduğu kimi, Ermənistanda olan Azərbaycanın tarixi yerlərində toponimlər orijinal xarakterinin dəyişdirilməsi məqsədilə erməni adları ilə əvəz edilib. Hazırda işğal altında olan torpaqlarımızda ekoloji vandalizm həyata keçirilir, meşələr məhv edilir, su anbarları və çaylarımız zəhərli maddələrlə çirkləndirilir.

Bütün bunlar bir daha onu göstərir ki, vandalizm və işğalçılıq Ermənistanın dövlət siyasətinin mahiyyətini əks etdirir. V.Quliyev Azərbaycanda səfərdə olan avropalı gənc alimlərə erməni vandalizmi ilə bağlı ciddi araşdırmalar aparmağı tövsiyə etdi.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930