Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya vasitəçilik missiyasına zidd addım atır

Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ermənistan arasında Silahlı Qüvvələrin birləşdirilmiş qrupunun yaradılması haqda sazişi təsdiqləməsi Azərbaycan ictimaiyyəti tərəfindən xoş qarşılanmır. Bu qərarın ölkəmizə birbaşa təhdid doğurmadığı bildirilsə də, işğalçıya belə bir dəstəyin göstərilməsinin müsbət hal olmadığı deyilir. Ən azı ona görə ki, Ermənistan işğalçı dövlətdir və uzun illərdir Azərbaycan torpaqlarından çıxmır. Rusiya isə Ermənistanın işğal fəaliyyətinin radan qaldırılması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri, hazırda aparılan danışıqlarda əsas hərəkətverici qüvvədir. Rusiyanın bu dəstəyi isə Ermənistanı nəinki işğal siyasətindən çəkindirir, əksinə ona qol-qanad verir.

Millət vəkili Rasim Musabəyov bu haqda fikirlərini bölüşərkən dedi ki, vasitəçilik missiyası daşıyan bir dövlətin bu cür qərar verməsini doğru hesab etmir. Çünki bu, həmin missiya ilə ziddiyyət təşkil edir: “Rusiya bir tərəfdən, sanki işğalçını, prosesi cilovlayırdı. Amma indi bu cür qərar verməklə ermənilərin iddialarını təmin etmiş oldular. Onlar faktiki olaraq, bu qərarla ermənilərə təminat verirlər ki, Azərbaycan ərazilərində nə istəyirsiniz edin, sizin əraziləriniz Rusiya tərəfindən qorunacaq. Bu, işğalçıya dəstək vermək deməkdir”.

Millət vəkili qeyd etdi ki, işğalçının Azərbaycan ərazilərindən çıxması üçün onlara təsir, təzyiq edilməli idi. Amma əvəzində əks addımlar müşahidə edirik: “Erməniləri düzgün yola gətirmək üçün onlara təzyiq etməkdənsə, dəstək nümayiş etdirirlər. Sual edirəm – əksinə olmalı deyildimi? İşğalçıya təzyiq edilməli idi. Bunun əvəzinə başqa şeylər müşahidə edirik. Ruslar ermənilərə silah verməklə yetinmədilər. İndi də bu cür qərarlarla onlara dəstək verir və iddialarını möhkəmləndirirlər”.

Politoloq Fikrət Sadıqovun fikrincə, belə qruplaşmanın yaranması Qərblə Rusiya arasında gedən geosiyasi qarşıdurmanın nəticəsi ola bilər. Belə ki, Rusiya müxtəlif nöqtələrdə, regionlarda özünü gücləndirmək istəyir: “Əlbəttə, Ermənistan bizə düşmən dövlətdir. Azərbaycan birbaşa hədəf kimi götürülməsə də, Rusiya vasitəçi ölkə olaraq, regionda Ermənistanı gücləndirmək, onunla belə bir hərbi ittifaq yaratmaq kimi qərarı verməməli idi. Azərbaycandan ehtiyat etməli idi. Faktiki olaraq, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Əlbəttə ki, vasitəçi bitərəf olmalıdır. Ona görə də bu məsələni birbaşa təhlükə kimi qiymətləndirməsək də, potensial təhlükə kimi qəbul etmək olar”.

Politoloq Elxan Şahinoğlu xatırlatdı ki, Azərbaycanla Ermənistan arasında aprel ayında baş verən döyüşlərin 4 gündən çox uzanmamasının səbəbkarı Rusiya prezidenti Vladimir Putin idi. Kreml sahibi müharibənin uzanmasından narahat olaraq, hər iki tərəfi atəşkəsə yenidən riayət etməyə çağırdı: “Halbuki Azərbaycan ordusunun daha uzun məsafələrə irəliləmək imkanları var idi. Bundan sonra Azərbaycanın hakim dairələrində və cəmiyyətin bir hissəsində belə bir təəssürat yarandı ki, hərbi toqquşmanın genişlənməsi perspektivi Rusiyanı narahat etdiyindən, Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək. Bunun üçün ilk addım kimi Kreml Ermənistan hakimiyyətinə təzyiq edəcək ki, Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaltsın. Amma bu proqnozlar doğrulmadı. Əksinə, Rusiya hakimiyyəti iki addımı ilə Azərbaycan-Ermənistan qarşıdurmasında birmənalı olaraq ikincini dəstəklədi. Rusiya birinci addım olaraq, Ermənistana “İsgəndər” raketləri göndərdi ki, hərbi balansda Azərbaycana məğlub olmasın. İkinci addım kimi isə Ermənistanla birgə qoşun birlikləri yaratdı. Faktiki bu o deməkdir ki, bundan sonra Ermənistan ordusuna Rusiya Müdafiə Nazirliyi nəzarət edəcək. Bu iki addım Azərbaycana qarşıdır. Rusiya bu addımları ilə sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində, Azərbaycanın ərazi bütövlüyünü təminatında marağı yoxdur. Ermənistanın Rusiyadan aldığı hərbi dəstəyi belə oxumaq lazımdır – bizə güvənərək işğalçı siyasətinizi davam etdirə bilərsiniz”.

E.Şahinoğlu hesab edir ki, bundan sonra Ermənistan hakimiyyətinin danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağını gözləmək əbəsdir. Belə olan halda, rəsmi Bakının Rusiyaya cavabı necə olmalıdır? Politoloq düşünür ki, Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətlərdə problem yaşamaq istəməməsi anlaşılandır. Çünki Rusiya təhlükəli qonşudur, yaxın keçmişdəki 10 il ərzində Gürcüstan və Ukraynanı parçalayıb. Bu amillər nəzərə alınmalıdır. Ancaq bu o demək deyil ki, Ermənistana artan hərbi dəstək fonunda Rusiya ilə münasibətlərdə heç nə olmamış kimi davranılmalıdır”.

Politoloq onu da nəzərə çatdırdı ki, Rusiyanın Ermənistana verdiyi hərbi dəstək rəsmi Bakını balanslaşdırılmış xarici siyasətə göz gəzdirməyə məcbur edə bilər. Çünki belə görünür, Ermənistanla növbəti hərbi toqquşma apreldəkinə bənzəməyəcək: “Ermənistan hakimiyyəti əlindən gələn hər şeyi edəcək ki, Rusiya Ermənistan tərəfdən bu və ya digər şəkildə toqquşmalarda iştirak etsin. Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çala bilər, ancaq təkbaşına Rusiya-Ermənistan hərbi maşını ilə savaşmaq problematikdir. Bu disbalansın qarşısını almağın yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığını üst səviyyəyə qaldırmasından keçir. Rusiya-Ermənistan hərbi ittifaqının məqsədi Azərbaycanı təkləyib zəiflətməkdirsə, belə olan halda, Azərbaycanın da məqsədi mümkün müharibəni total səviyyəyə daşımaq olacaq. Başqa alternativimiz yoxdur”.

“Kaspi”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930