Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Obamanın elçisi İrəvandan Bakıya xüsusi mesajla gəlir

Amerika Azərbaycandan işğalçının xahişini edəcək?; Azərbaycan rəsmiləri ilə görüşlərdə Qarabağ, atəşkəs məsələsi də diqqət mərkəzində olacaq; rəsmi Bakı üçün əsl fürsətdir amerikalı diplomatdan soruşsun ki…

 
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks gələn həftə ölkəmizə gələcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Məlumata görə, görüşlər bazar ertəsi gününə təsadüf edəcək. Xanım Brinksin Azərbaycan rəsmiləri ilə təmasları planlaşdırılır. 
 
Amerika rəsmisi hazırda Ermənistandadır. Burada o, artıq işğalçı ölkə rəsmiləri ilə bir araya gəlib. Əsas müzakirə mövzularından biri isə Dağlıq Qarabağ məsələsi olub. Erməni qaynaqlarının məlumatına görə, ABŞ diplomatı bu xüsusda təmas xəttində gərginliyin davamlı olması və yeni mümkün hərbi eskalasiyalardan dolayı ölkəsinin narahatlığını dilə gətirib.   
“Aprel hadisələri göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-stabildir”. Bunu Bricit Brink ABŞ-ın Ermənistandakı səfirliyində jurnalistlərlə görüş zamanı bildirib. “Biz həqiqətən hesab edirik ki, status-kvo sabit deyil. Etimadın möhkəmləndirilməsi və danışıqların bərpa edilməsi üzrə işlərin aparılması vacibdir”, – deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.
***
Erməni siyasi analitiklərinə görə, diplomatın ön plana çəkdiyi “etimadın möhkəmləndirilməsi üzrə işlərin zəruriliyi”nin arxasında ABŞ rəsmisi məhz təmas xəttidə silahlı insidentlərin araşdırılması və atəşkəsin daha möhkəm edilməsi üçün yeni monitorinq-müşahidə mexanizmlərinin tətbiqini nəzərdə tutur – nə barədə ki, xeyli vaxtdır müzakirələr və mübahisələr səngimir. 
Xatırladaq ki, aprel döyüşlərindən sonra belə bir mexanizmin tətbiqi ideyasını ABŞ ortaya atıb – ki, müharibə ehtimalı aradan qalxsın, eyni zamanda Rusiyanın Qarabağ ixtilaflından öz maraqları naminə sui-istifadə edib tərəfləri təhdid etmək imkanları minimuma ensin.
Təbii ki, Azərbaycan belə bir mexanizmə o vaxt razılıq verə bilərdi ki, Ermənistan məsələdə konstruktiv mövqe tutsun və ərazilərimizi boşaltmağa başlasın.
Image result for white house
Əks halda, bu, sadəcə, işğal rejiminin uzanması və Azərbaycanın əl-qolunun bağlanması, onun zor gücü ilə öz torpaqlarını azad etmək hüququnun əlindən alınması, ən betəri, mövcud işğal sərhədlərinin rəsmiləşməsi demək olardı. Hansına ki, Azərbaycan heç vaxt razılıq verə bilməzdi və vermədi də. Prezident İlham Əliyev səviyyəsində bu məkrli ideya rədd edildi. Çünki Ermənistan nəinki konstruktiv mövqeyə gəlmədi, üstəlik, az sonra daha radikal ritorika sərgiləməyə başladı.
Image result for Moskow Isgender M
Bunun bir səbəbi Rusiyadan alınan yeni silahlar, o sırada “İsgəndər” sistemləri idisə, digər mühüm səbəbi az sonra bəlli olduğu kimi, məhz ABŞ-ın ermənilərə təmas xəttinin dərinliklərinə nəzarət eləmək üçün C4İSR adlı güclü və müasir hərbi kəşfiyyat-müşahidə sistemi satması idi (Belə sistemləri yalnız Amerika istehsal edir). “Apreldə bizdə ön xətdə kifayət qədər müşahidə kamerası yox idi. İndi biz təmas xəttindəki mövqelərimizdə müasir C4ISR sistemi quraşdırırıq, bu da bizə bütün təmas xətti boyu müşahidə aparmağa imkan verir”, – deyə o vaxt qondarma “DQR-in baş nazirinin” sözçüsü Artak Bəyləryan məsələ ilə bağlı amerikalı jurnalistə sevincək bildirmişdi.
Image result for C4İSR
C4İSR adlı güclü və müasir hərbi kəşfiyyat-müşahidə sistemi 
***
Yəni belə çıxdı ki, Amerika həmsədr dövlət olaraq, faktiki şəkildə və birtərəfli qaydada, habelə Bakıdan gizli şəkildə işğal rejiminin möhkəmlənməsinə texniki yardım edir. Bu, əslində ABŞ tərəfindən Azərbaycana qarşı böyük bir təxribat idi.
Bu mənada rəsmi Bakı üçün əsl fürsətdir ki, məsələni Barak Obamanın emissarının qarşısında qaldırsın və ondan həmin sistemlərlə bağlı cavab tələb eləsin. Çünki heç şübhə yox ki, xanım Brinks Bakıya həm də etimad mexanizminə Azərbaycan rəhbərliyinin nəhayət, razılığını almaq üçün gəlir. Yəni xüsusi mesajla təşrif buyurur. Ən azından, buna bir daha cəhd ediləcəyi şübhə doğurmur.
Image result for Bricet Brinks
Düzdür, Bricet Brinks artıq siyasi ömrü bitməkdə olan indiki Obama administrasiyasını təmsil edir. Ayrı sözlə, çox şey yəqin ki, yeni dövlət katibinin kimliyindən, onun Azərbaycan və Ermənistana münasibətindən və əlbəttə ki, yeni prezident Donald Trampin Azərbaycana, Dağlıq Qarabağ məsələsinə yanaşmasından və formalaşdıracağı komandadan asılı olacaq.
 
Təki daha betər olmasın. Bu isə həm də rəsmi Bakının Tramp dönəmində diplomatik çevikliyindən asılı olacaq.   (musavat.com)
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930