Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni prezidentin özünüifşa müsahibəsi – Nurani yazır

Rusiya baş naziri Dmitri Medvedyev yenə sosial şəbəkələrdə “top” onluğa düşüb. Hələ az öncə onun “Pul yoxdur, ancaq orada möhkəm dayanın. Sizə xoş əhval-ruhiyyə!” ifadəsi diqqət mərkəzidə idi. İndi isə Rusiya hökumətinin başçısı yeni bir rekord müəyyən edib.
Belə ki, KİV-lərin məlumatına görə, noyabrın 16-da Moskvada, Avrasiya Hökumətlərarası Şuranın iclasında “Amerikano” qəhvəsinin adının siyasi qeyri-korrektliyindən gileylənən Medvedyev təklif edib ki, onun adı dəyişdirilsin. Onun erməni həmkarı Karen Karapetyan da öz variantını irəli sürərək deyib ki, gəlin onu “Russiano qəhvəsi” (“Kofe Russiano”) adlanadıraq. 
Yeri gəlmişkən, İrəvanın özündə “cezveyk”də dəmlənmiş qəhvəni “türk qəhvəsi” adlandırmaq qəti şəkildə qadağan edilib – yalnız “Şərq qəhvəsi” deyilə bilər. Yaxşı ki, “İrəvan qəhvəsi” deyilmir. İndi isə belə görünür, erməni “siyasi texnoloqları” qərara gəliblər ki, təkcə populyar qəhvə reseptini deyil, başqa şeyləri də Rusiyanın adına bağlasınlar. Ermənistan prezidentinin MİA “Rossiya seqodnya”ya müsahibəsi bu qənaəti yaradır.
Belə güman eləmək olar ki, Moskvada İrəvanın gözüyaşlı xahişlərinə hər halda etina ediblər və Azərbaycan prezidenti İlham Əliyevin az öncə verdiyi müsahibəni Ermənistan prezidenti ilə söhbətlə “tarazlaşdırmaq” qərarına gəliblər.
1k
Buradaca, mövzudan azca kənarlaşmaq lazım gəlir. Məsələ ondadır ki, müsahibə jurnalistikada xüsusi janrdır. Onu “ikilikdə oynayırlar”. Nəticə isə bəzən qarşılıqlı zərbələr və acı sözlər mübadiləsi ilə keçən döyüşə də oxşayır, bəzən isə akrobatik rok-n-rolla və ya saray mərasimində reveranslar və təzimlərlə müşayiət olunan rəqsə də. Kiselyovla Sərkisyanın dueti isə “Rusiano qəhvəsi”nin qol-budaqlı quşüzümü ilə duetinə bənzədi.
Əslində isə D. Kiselyov – kimin ki, yumşaq ifadə eləsək, vaxtilə qeyri-etik ifadəsinə görə Rusiya səfirləri XİN-ə çağırılmış, etiraz notaları təqdim olunmuş və diplomatik qalmaqallar yaşanmışdı – bu dəfə “ağıllı oğlan”a çevrilmişdi və az qala, söz ekvilibristikasının möcüzələrini yaradırdı – təki, Allah eləməmiş, öz üzbəsurətini incitməsin.
İş də ondadır ki, “Vesti nedelyi”nin aparıcısı Serj Azatoviçin Xocalı sakinlərinə divan tutulmasında iştirakı barədə nəinki danışmadı, heç özünə bununla bağlı yarım sözü də rəva bilmədi. Hətta hələ 90-cı illərin birinci yarısında Qarabağa dair BMT TŞ-nin qəbul elədiyi və Ermənistanın qeyr-konstruktivliyi üzündən kağız üzərində qalmış 4 qətnaməsindən də söz açmadı. O, həmçinin maraqlanmadı ki, Ermənistanda rus dilinin vəziyyəti nə yerdədir. Axı, cəmi iki il öncə Kiselyov İrəvanda olanda mat qalmışdı ki, yerli taksi sürücüsü onunla rusca anlaşa bilmir və az qala, ultimativ şəkildə tələb eləmişdi ki, Ermənistanda rus dilinə daha yüksək status verilsin.
Kəsəsi, MİA “Rossiya seqodnya”nın rəhbərliyi hər şeyi etdi ki, “sonucda” nəsə konfliktsiz-filansız bir şey alınsın. Ancaq bütün səylərə rəğmən, “sonuc”da hər halda heç də gözlədikləri nəticə olmadı. Baş verənlərdən ruhlanan Ermənistan prezidenti əlbəttə, istərdi ki, yaxşı alınsın. Və özünün Moskvaya sədaqətini hər vəchlə ifadə eləməyə çalışdı. Amma mahiyyət etibarilə, o, Rusiyanın Azərbaycandakı nüfuzunun son qalıqlarının da daşını daş üstə saxlamadı. 


“İSGƏNDƏR”lər – HƏQİQƏT ANI 

İlk növbədə Sərkisyan “İsgəndər”lə bağlı elə də yerinə düşməyən ürəyiaçıqlıq elədi və dedi: “Mən elə bilirəm ki, bu, regionumuzda hərbi situasiyanı balanslaşdırmaq üçün atılan məcburi addım idi. Sirr deyil ki, Azərbaycan son illər müntəzəm şəkildə yeni silahlar əldə edib. Bizim Azərbaycan qədər imkanlarımız yoxdur. Mən maliyyə imkanlarını deyirəm. Ancaq biz həmişə çalışırıq ki, “antizəhər” hesabına vəziyyəti balanslaşdıraq. Fikrimcə, konkret halda “İsgəndər” məhz antizəhər rolundadır. Əlbəttə ki, silahlanma yarışı – yaxşı situasiya deyil və biz buna getmək istəmirik. Amma nə edəsən ki, hər gün səni müharibə ilə, fiziki məhvlə hədələyirlər. Sən də müvafiq addımlar atmalısan. Bundan əlavə, bizim Rusiya ilə regionda qüvvələr balansının qorunması haqda müqaviləmiz var. Düşünürəm ki, Rusiya bundan çıxış edərək, xahişimizə uyğun addım atdı və hərbi anlamda belə gözəl sistemi bizə verdi”.
iskanderi arm
Başğılayın, bunu biz indi necə başa düşək? Əvvəla, “verdi” nə demək? Oynamaq üçünmü verdi? İmkan yaratdı ki, onu orkestrin müşayiəti ilə meydandan keçirib aparasınız? Və ya bəlkə bağışladı – xüsusən də Sərkisyanın “Moskva bununla da balans yaratdı” kimi incə bəyanatını nəzərə alsaq? Yəni ona görə ki, Azərbaycan silah almaq iqtidarındadır, əzabkeş Ermənistam isə – yox.
Və belə bir incə detal: məhz bu gün fəal şəkildə Rusiyadan kömək alan Ermənistan Azərbaycana qarşı təcavüz törədib, (həmin Rusiyanın hesabına) Azərbaycan ərazisinin 20%-ni işğal edib, həmin ərazilərdə də etnik təmizləmə aparıb. Bu gün məhz İrəvanın qeyri-konstruktiv mövqeyi danışıqları tormozlayır. Bu fonda heç də çətin deyil anlayasan ki, Rusiya tərəfindən Ermənistana verilən sanballı dəstək, yumşaq desək, konfliktin dinc nizamlanmasına kömək eləmir.


BEYNƏLXALQ HÜQUQ İRƏVANIN TƏQDİMATINDA 

Apofeoz də onda başladı ki, Sərkisyan Dağlıq Qarabağ konfliktinin nizamlanmasından danışmaq qərarı verdi. Və dərhal da auditoriyanı aşağıdakı bəyanatı ilə mat qoydu: sən demə, Ermənistan bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır! Buradaca Dmitri Kiselyov maraqlana bilərdi ki, “O zaman niyə münaqişə davam edir?”
Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Ermənistanın prezidenti isə öz şəxsində bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belədisə, mübahisə nə üstündədir bəs? Və ya soruşmaq istəyirsən ki, Sərkisyanın bu bəyanatı o deməkdirmi ki, Ermənistan Türkiyə ilə Qars və Moskva müqavilələrinin müəyyənləşdirdiyi sərhədləri də tanıyır və Şərqi Anadolu vilayətlərinə iddialardan əl çəkir?
Fəqət, Kiselyov belə “icazəsiz” sualları Ermənistan prezidentinə ünvanlamadı. Sərksiyanın özü isə bir dəqiqə sonra öz fikrini “elə inkişaf etdirdi” ki, oxucularda “Keşiş necədirsə, gəlişi də elədir” deyiminin elə-belə düşünülmədiyinə heç bir şübhə qalmadı. Bu yerdə yada salaq: 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi təcavüzündən və Kreml Abxaziya ilə Cənubi Osetiyanın “müstəqilliyini” tanıyandan sonra o vaxtkı prezident Dmitri Medvedyev bəyan etdi ki, “Rusiya Cənubi Osetiya və Abxaziyanın beynəlxalq hüququn subyektləri kimi tanınmasının baş tutması nəzərə alınmaqla, Gürcüstanın ərazi bütövlüyünü tamamilə dəstəkləyir”.
Ermənistanda da indi oxşar siyasi şulerliklə məşğuldurlar – orda da, belə demək mümkünsə, öz konsepsiyalarını yaradıblar: sən demə, Azərbaycanın ərazi bütövlüyünün Dağlıq Qarabağa heç bir dəxli yoxmuş, çünki hələ SSRİ-nin çöküşünədək orada öz “müstəqillik referendumlarını” keçiriblər. Yəni ki, İrəvanın məntiqincə, yaxud müttəfiq respublikaların SSRİ tərkibindən çıxması haqda qanuna görə, “öz müqəddəratını təyin etmiş” Dağlıq Qarabağ necə deyərlər, artıq Azərbaycanın tərkib hissəsi sayılmırmış.
Məsələ hətta onda da deyil ki, respublikaların SSRİ tərkibindən çıxması haqda qanun hər halda qəbul edilmədi və qüvvəyə də minmədi, Dağlıq Qarabağda silahlıların avtomat lülələri altında və mərkəzi hakimiyyətin legitim orqanlarının hər hansı nəzarəti olmadan keçən “referendum” isə 2014-cü ildə Krımda keçirilən referendum kimi beynəlxalq birlik tərəfindən tanınmadı; mühüm olan başqa şeydir: 1991-ci ildə SSRİ dağılandan sonra keçmiş müttəfiq respublikalar dünyada müvafiq sərhələri çərçivəsində tanındılar. Yəni o sərhədlər daxilində ki, orada Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Ermənistanın xoşuna gəlsə də, gəlməsə də, bu – belədir.
Amma bütün bunları Sərksiyan yenə ənənəvi şəkildə qulaqardına vurdu və Kiselyovun yanında o qədər cəsarətləndi ki, artıq MİA “Rossiya seqodnya”nın bütün auditoriyasına, belə izhar eləmək mümkünsə, aşağıdakı konspepsiyanı üfürmək riskində bulundu: öncə o dedi ki, guya “xalqların öz müqddəratını təyinetməsi” əsla ərazi bütövlüyünə zidd deyil, ona görə ki, ərazi bütövlüyü dövlətlərarası münasibətlərə adi məsələdir, öz müqəddəratını təyinetmə isə – paytaxtla “kompakt şəkildə tarixi vətənində yaşayan xalqın”. Və ümumiyyətlə, “əgər biz öz müqəddəratı təyinetmə prinsipini rədd ediriksə, o zaman Sovet İttifaqının tərkibindın çıxmamalı idik, bu ki, həmin prinsip əsasında baş verib” – Sərkisyan iddia etdi.
1481544824
Amma daha sonra qərara gəldi ki, “hər şey necə olub, o cür yada salsın”. Və bildirdi: “90-cı ildə SSRİ-də müttəfiq respublikanın SSRİ tərkibindən çıxması ilə bağlı məsələlərin nizamlanması haqda Qanun qəbul olundu. Orada, üçüncü bənddə aydın şəkildə göstərilirdi ki, bu, bütünlüklə muxtar qurumlara da aiddir. 90-cı il. Ondan sonra nə baş verdi? 1991-ci ilin oktyabrında Azərbaycanın Ali Soveti Azərbaycanın müstəqilliyi haqda Konstitusiya Aktı qəbul elədi. Yəni o, faktiki surətdə özünü Sovet İttifaqından kənar elan etdi. Ancaq Dağlıq Qarabağ əhalisinin vətəndaşları – ozamankı SSRİ vətəndaşları isə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxması haqda referendum keçirməyi qərara aldılar”.
Görəsən, Sərkisyan öz dediklərinə özü inanırmı? Yalnız fərz eləmək olar. Bir şeyə heç bir şübhə yoxdur ki, bu müsahibədən Ermənistan üçün naqafil bir “müqavilə qabiliyyəti” testi alınıb – hansından ki, Ermənistan heç cür keçə bilmədi.

“ZƏNG ELƏ MƏNƏ, ZƏNG ELƏ”

Yuxarıda sadalananların hamısı əslində Serj Sərkisyana özünü  hansısa “sülhpərvər” qismində təqdim etməyə mane olmur. Gah o, Azərbaycandan gileylənir ki, o, Qarabağda heç cür hansısa “mexanizmlər” tətbiq olunmasını istəmir – hansı mexanizmlər ki, guya atəşkəsi kimin pozduğunu izləyəcək. Ancaq XXI əsrdə kəşfiyyat vasitələri və peyk çəkilişlərinin olmasını, təklif edilən “mexanizmlər”in sadəcə, cəbhə xəttindəki indiki vəziyyəti donduracağını isə o, incə şəkildə “mötərizə xaricinə çıxardı”. Sonda isə Kiselyovun yönətlməsi ilə hətta Bakı ilə İrəvan arasında hansısa “qaynar xətt” yaratmağı təklif elədi. Bununla da sosial şəbəkələrdə istehza dalğası doğurdu…
Ola bilsin, Ermənistan prezidenti üçün bütün bu hüquqi incəliklərdən baş açmaq çətindir. O zaman doğrudanmı onun komandasında bunlardan az-çox baş açan bir dİplomat və ya müşavir tapılmadı ki, götürüb bu dövlət başçısının başına yeritsin ki, Azərbaycan və Ermənistanın mövcud sərhədlər daxilində tanınması artıq hüquqi qüvvə daşıyır, BMT TŞ-nin erməni silahlı birləşmələrinin işğal altındakı Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnaməsi də – hüquqi sənədlərdir, amma “referendum”la birgə “qanun” – artıq yox?!
Serj Azatoviç yenə də həmin Rusiyanın köməyinə ümid edir. Hər necə olmasa, Ermənistan prezidentinin özü bayağı şəkildə dilindən belə bir şey də qaçırıb: “Mən əminəm ki, əgər Sovet İttifaqı daha yarım il – bir il mövcud olsaydı, Dağlıq Qarabağın müstəqilliyi fakta çevrilmiş və başqaları tərəfindən tanınmış olacaqdı”.
Sargsyan
İnid kimin ağlına gələrdİ ki, 1920-ci ildə Sovet Rusiyası tərəfindən ilhaq edilmiş Azərbaycan Demokratik Respublikasının  114 min kv km-lik ərazisi 1991-cil də Azərbaycan SSR-in ərazisi olaraq 86,6 min kv km-ədək azalacaq – müstəsna olaraq da elə həmin o Ermənistana “ərazi hədiyyələri” hesabına…
Nəhayət, “milli ideya”dan danışan Serjik deyib: “Milli ideya nədir? Odur ki, Ermənistan güclü, möhkəm dövlət olsun, nə Azərbaycanla, nə də Türkiyə ilə problemi olmasın. Yəni mən o günü arzulayıram ki, onda Qarabağ ya Ermənistanın tərkib hissəsi olacaq, ya da müstəqil  dövlət”. Bəs o zaman bu, “nə Azərbaycan və Türkiyə ilə heç bir problemi olmamaq” fikri ilə necə uzlaşır – onu Sərkisyan izah edəsi olmadı.
Bir də o, nə deyə bilərdi ki? Deyəcəkdi ki, milli ideya – hələ də özgə torpaqlar haqda arzulardır? Yoxsa ki, bu arzunu İrəvanda Rusiyanın əli ilə həyata keçirməyə ümid edirlər – hansı Rusiya ki, hər şeyi dinməz şəkildə, İrəvanın diktəsi əsasında icra edəcək? Təxminən Medvedyevin “Amerikano” qəhvəsinin adını “Russiano”ya dəyisməsi kimi…
Ancaq “Russiano qəhvəsi”nin “qol-budaqlı qüş üzümü” ilə birgə dadı elə də xoşagələn olmayıb.
Nurani, 
Xüsusi olaraq Minval.az üçün
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930