Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycan “İsgəndər” raketləri ala bilər – AÇIQLAMA

“Serj Sarkisyan qələt edir. Onun çıxışları və absurd təklifləri Ermənistanın ənənəvi oyunudur. Sarkisyan istəyir ki, Azərbaycan onların işğalı ilə barışsın”.

Bunu  açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.

O, Ermənistan prezidentinin Bakı və Yerevan arasında “qaynar xətt”in yaradılması təklifini şərh edərkən deyib bildirib ki, Sarkisyanın bu barədə dedikləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti dondurmağa xidmət edir.

“Azərbaycan deyib ki, torpağımızdan rədd olmayınca, burada atəşkəsin pozulmasını araşdırmaq və “qaynar xətt”dən söhbət gedə bilməz. Ermənistan sırtıqcasına gəlib torpaqlarımızda təlimlər keçir. Sarkisyan isə hələ həyasızcasına deyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü  tanıyır”.

Rasim Musabəyov Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın cəbhə xəttindəki insidentləri araşdırmaq üçün kameralar quraşdırılması ideyasının Rusiyaya məxsus olmasına diqqət çəkməsinə də münasibət bildirib.

“Onlar Ermənistanı dəstəkləyir. Əvvəla, Donbasda müşahidə sistemi qurulub. Orada ATƏT-in xeyli sayda müşahidəçisi var. Amma atəşkəsin pozulmasının qarşısını ala bilmirlər. Hamısı istəyir ki, vəziyyət dondurulmuş vəziyyətdə qalsın və Azərbaycan torpaqlarını Ermənistana bağışlasın. Bu isə mümkün deyil”.

Ekspert “Azərbaycan da “İsgəndər” raketləri ala bilərmi” sualına isə belə cavab verib.

“Azərbaycan hərbi doktrinasına uyğun olan silah ala bilər. Azərbaycana “İsgəndər” raketləri, ya da bu tipli silahlar lazım olsa, onu da alacaq. “İsgəndər”in Pakistan modifikasiyası da var. Bizim imkanımız var ki, “İgəndər”dən də daha uzaq məsafəyə vuran raketlər alaq. Ancaq mahiyyətcə hələlik buna ehtiyac yoxdur. Biz əslində Naxçıvan ərazisindən Ermənistanın hər bir yerini daha qısamənzilli raketlərlə vura bilərik. “Smerç”lər və “Toçka-U”larla Naxçıvandan Ermənistanı rahatlıqla vurmaq olar. Lazım olarsa, Qazaxdan da “Toçka-U”larla Gümrüyə  əlimiz çatır. Amma buna ehtiyac olub-olmadığını hərbçilərimiz müəyyənləşdirməlidir”.

Ermənistan prezidenti Serj Sarkisyan Bakı və Yerevan arasında “qaynar xətt”in yaradılmasını təklif edib.

O, bunun sayəsində Qarabağda baş verən hadisələrə operativ müdaxilə etməyin mümkün olacağını deyib.

“Əgər müsbət nəticələr verərsə, bu addıma razıyıq. Məsələn, təmas xəttində atışma olub və bizim məlumatımıza görə atəş açan Azərbaycan tərəfidir. Mən telefonu götürüb Azərbaycan prezidentinə zəng edirəm və insident barədə məlumat verirəm. O isə bu məlumatı yoxlayır”.

Sarkisyan 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Azərbaycan müdafiə naziri ilə aralarında “qaynar xətt”in olduğunu da bildirib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930