Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Səfir: Azərbaycanda tolerant nümunəvi cəmiyyət qurulub (FOTO)

16 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində “Sülh və Qarşılıqlı Anlaşma Naminə” adlı tədbir təşkil edilib.

Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Tədbir çərçivəsində ABŞ paytaxtı Vaşinqtonda yerləşən keçmiş və hazırkı ABŞ Konqresi üzvlərinin həyat yoldaşlarından ibarət qeyri-formal qrup, akademik dairə mənsubları və ictimaiyyət nümayəndələri Səfirliyin qonağı olub.

Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, eləcə də Corctaun Universiteti və Atlantik Şuranın araşdırmaçısı, professor Brenda Şeyfer və Vaşinqtondakı “Müqəddəs Üçlük” kilsəinin pastoru, Müqəddəs Cozef Universitetinin sabiq prezidenti Kevin Cillespi söz söyləyib.

Tədbirdə açılış nitqi səsləndirən, yuxarıda qeyd edilmiş qeyri-formal qrupun təşəbbüskarı Ketrin Smis bu yığıncağın müxtəlif konfessiya mənsubları arasında qarşılıqlı anlayış və tolerantlığın bərqərar olması baxımından önəmli bir addım olduğu və belə təşəbbüslərin ancaq təqdir edilməli olduğu fikrini ifadə edib.

Səfir Elin Süleymanov çıxışında tədbir iştirakçılarına ölkəmizin zəngin tolerantlıq ənənələrinin tarixi barədə məlumat verib. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın Azərbaycanda təsis edildiyi və ölkəmizdə bir çox dövlətlərdən, hətta ABŞ-dan bir il öncə qadınlara seçki hüququ verildiyi qeyd edilib.

Səfir həmin dönəmdə Azərbaycan dövlətinin mütərəqqi yanaşmalar ortaya qoyduğunu və din və etnik mənsubiyyətindən asılı olmayaraq ölkəmizdəki bütün insanlara vətəndaşlıq verdiyini vurğulayıb.

Diplomat bu gün də Azərbaycanın tolerantlıq baxımından nümunəvi bir cəmiyyət qurduğunu, ölkəmizdə bütün konfessiya mənsublarının – xristian, yəhudi, müsəlman və digərlərinin – əmin-amanlıq içərisində həyat sürdüyünü diqqətə çatdırıb. Bununla əlaqədar, Azərbaycanda yəhudi icmasının yüzilliklər boyu sərbəst məskunlaşıb öz etiqadlarını azad yaşadığı vurğulanıb. Azərbaycanda xristian icmasına da fəaliyyət üçün hərtərəfli münbit şəraitin yaradıldığı və ötən ay Roma Papası Frensisin ölkəmizə səfər etdiyi qeyd edilib. 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan edildiyini diqqətə çatdıran diplomat bir daha Azərbaycan rəhbərliyinin bu uzaqgörən siyasətinin əhəmiyyətinə vurğu edərək, ölkəmizin dünyanın bir çox bölgələrində ekstremist meyl və cərəyanların gücləndiyi bir zamanda müsbət nümunəyə çevrildiyini bildirib.

Azərbaycan təmsilçisi sonda “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə yazıçı Qurban Səidin “Əli və Nino” adlı romanı əsasında çəkilmiş eyni adlı filmin Nyu-York şəhərində olduqca uğurlu keçirilmiş premyerasından yenicə qayıtdığını qeyd edərək, iki fərqli dindən olan azərbaycanlı və gürcü gəncin sevgi hekayəsini təsvir edən bu filmin ölkəmizdəki tolerantlıq ənənələrini tərənnüm etdiyini vurğulayıb və iştirakçılara bu filmi izləməyi tövsiyə edib.

Bundan sonra çıxış edən professor Şeyfer hələ SSRİ dövründə Azərbaycana ilk səfəri zamanı ölkəmizdə yəhudilərə olan xoş münasibətdən müsbət mənada təəccübləndiyini bildirib. Azərbaycan cəmiyyətindəki tolerantlığın olduqca maraqlı fenomen olduğunu söyləyən professor yəhudi icmasının 1918-ci ildə qurulmuş respublikanın ictimai-siyasi həyatında aktiv iştirak etdiyini, hətta həmin dövlətin ilk səhiyyə nazirinin də yəhudi mənşəli olduğunu iştirakçıların diqqətinə çatdırıb. Professor Şeyfer Azərbaycan xalqının, həmçinin Alman nasistlərinin təqibindən qaçan yüzlərlə yəhudiyə qucaq açdığını və yəhudilərin buna görə azərbaycanlılara həmişə minnətdar olduğunu söyləyib. Sonda professor Şeyfer müasir Azərbaycanın İsrail dövləti ilə sıx tərəfdaşlıq etməsi və mədəniyyətlərarası dialoqa böyük töhfələr verməsinin önəminə dair fikirlərini paylaşıb.

Professor Şeyferdən sonra söz alan pastor Cillespi müasir dünyada radikallığın artdığı belə bir dövrdə bu kimi təşəbbüslərin olduqca dəyərli olduğunu qeyd edib. Pastor Cillespi Azərbaycanın bu baxımdan müsbət təcrübə yaratdığını söyləyərək, digər dövlətlərə bu təcrübəni öyrənməyi və davam etdirməyi tövsiyə edib. O, hər üç səmavi din – islam, xristianlıq və yəhudiliyin dünyaya eyni baxışdan yanaşdığını və bu dinlərin ortaq əsasa malik olduğunu vurğulayıb. Daha sonra öz şəxsi təcrübəsinə istinad edən din xadimi müsəlman icmalarının qonaqpərvərliyini ələlxüsus vurğulayaraq, bu icma nümayəndələri ilə təmaslarına dair xoş xatirələrini tədbir iştirakçılarına çatdırıb. Sonda pastor Cillespi hər üç din mənsublarına bir-birindən öyrənməyə, fərqliliklərə münaqişə mənbəyi kimi yox güc mənbəyi kimi yanaşmağa və birlik üçün çalışmağa dair çağırış edib.

Çıxışlardan sonra tədbir iştirakçıları spikerlərlə birlikdə mədəniyyətlərarası dialoq və tolerantlıq mövzusunda fikir mübadiləsi aparıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930