Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Nazirlik 97 Qarabağ əlilinə avtomobil hədiyyə etdi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 130 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobilləri təqdim olunub. Onlardan 97 nəfəri Qarabağ müharibəsi əlili, 4 nəfəri İkinci Dünya müharibəsi əlili, 12 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş vətəndaş, 14 nəfəri Çernobıl AES əlili, 3 nəfəri isə 20 Yanvar əlilidir.

Avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, əlil ictimai birliklərinin rəhbərləri iştirak edib. Z.Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşlara diqqət və qayğısından bəhs edib, həmin insanların sosial təminatının gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb: “Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları bu istiqamətdə əhəmiyyətli addımların atılmasına şərait yaradıb. Həmin Sərəncamlara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2015-ci illərdə 1933 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə Naz-LİFAN” markalı avtomobili verilib. Bununla da  2014-cü ilədək növbədə dayanan bütün imtiyazlı şəxslər, hətta 2014-cü il ərzində növbəyə dayananların da bir hissəsi avtomobillə təmin edilib”.

Fondun direktoru müharibə əlillərinin, onlara bərabər tutulan şəxslərin Azərbaycan Prezidentinin aylıq təqaüdləri, əmək pensiyası və ya sosial müavinətlə təmin edildiklərini, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını qeyd edib. Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramından da bəhs edən Z.Babayev bu istiqamətdə aparılan işlərin davamı olaraq, cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin olunduğunu diqqətə çatdırıb. O, əlillərin tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlərə də toxunub, bu işlərin davamı kimi cari ilin 10 ayı ərzində 19,5 min nəfərdən çox əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərildiyini bildirib.

Əlil ictimai birliklərinin rəhbərləri ölkəmizdə əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində icra olunan sosial proqramlardan razılıqla bəhs ediblər. Onlar bu sahədə görülən işlərin, eləcə də hazırda daha 130 nəfər  müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilməsinin əlillərə dövlət qayğısının əyani təsdiqi olduğunu vurğulayıblar.

Yeni avtomobillə təmin olunan imtiyazlı şəxslər ölkəmizdə sosial cəhətdən həssas qrupların maddi təminatlarının yaxşılaşdırılması və rifah halının yüksəldilməsi  istiqamətində aparılan işləri yüksək dəyərləndiriblər. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər onlara göstərilən hərtərəfli qayğıya, bu gün isə minik avtomobilləri ilə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını vurğulayıblar.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930