Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya Qarabağdaki işğalçı ordunu leqallaşdırır

Siyasi və hərbi ekspertlər Kremlin işğalçı ölkə ilə daha bir hərbi anlaşmaya qərar verməsinin doğurduğu risklərdən danışdılar; Şahin Cəfərli: “Bu, həm də Ermənistanın təhlükəsizliyinə əlavə təminatların verilməsi deməkdir”

Rusiya prezidenti Vladimir Putinin Ermənistanla birgə qoşun qruplaşmasının yaradılmasına dair sazişin imzalanmasına icazə verən sənədi təsdiqləməsinə hələlik rəsmi Bakıdan reaksiya yoxdur. Bundan əvvəl Rusiya Gürcüstanın işğal altındakı Abxaziya və Cənubi Osetiya ərazilərindəki  separatçılarla hərbi bazalarını birləşdirməklə bağlı saziş imzalamışdı. Növbəti bənzər birləşmənin işğalçı Ermənistanla yaradılması isə Azərbaycanı narahat etməyə bilməz.
Adətən Azərbaycanın rəsmi qurumları bu kimi hallarda Rusiyanı qıcıqlandırmamaq üçün ikitərəfli razılaşmalara istinad edib məsələni geniş ictimai müzakirələrlə deyil, qapalı danışıqlar müstəvisində müzakirə etməyə üstünlük verirlər. Amma ayrı-ayrı müstəqil ekspertlər məsələnin təhlükəli tərəfləri barədə ictimaiyyəti məlumatlandırırlar. Rusiya prezidentinin imzaladığı sərəncama əsasən, bu məqsədlə yaradılan işçi qrupuna danışıqlar aparmaq və saziş layihəsi üzərində işi tamamlamaq səlahiyyəti verilir. Söhbət Rusiya müdafiə naziri Sergey Şoyqunun bu ilin avqustunda İrəvanda erməni həmkarı ilə imzaladığı sənəddən gedir.
O zaman bildirildi ki, tərəflər saziş layihəsinin detallarını məxfi saxlayırlar və vahid qoşun birləşməsinə hansı qoşun növlərinin daxil olacağı məlum deyil. Ancaq məlum olan budur ki, yeni qoşun birləşməsi Ermənistan ərazisində dislokasiya olunacaq və ona Ermənistan Silahlı Qüvvələrinin 4-cü ordu korpusu, həmçinin Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazası daxil ediləcək. Ümumilikdə isə Rusiya və Ermənistan arasında hərbi sahədə 50-dən çox saziş və müqavilə imzalanıb. Onu da qeyd edək ki, hazırda Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində 400-dən çox Ermənistan hərbçisi təhsil alır. Hətta tərəflər bu sayın artırılması barədə müzakirələr aparır.
Birgə qruplaşma isə dinc dövrdə Ermənistan silahlı qüvvələrinin Baş Qərargahına tabe olacaq, hərbi dövrdə isə “vəziyyətdən asılı olaraq” Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığına tabe olacaq. Putinin sərəncamı Ermənistanla yanaşı, Rusiyanın ekspert dairələrində də geniş şərh olunur. 
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun regional təhlükəsizlik və Qafqaz problemləri Mərkəzinin əməkdaşı Vadim Muxanov “Svobodnaya pressa”ya şərhində deyir ki, birgə qoşun qruplaşmasının yaradılması regionda vəziyyəti stabilləşdirməyə kömək edəcək və “bəzi qaynar başları ayıldacaq”. (virtualaz.org). Ekspertin fikrincə, xüsusən bu addım Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyətin apreldə olduğu kimi kəskinləşməsinin qarşısını almağa xidmət edəcək.
Image result for Aprel döyüşləri
***
Lakin aprel döyüşləri də göstərdi ki, münaqişənin alovlanmasının qarşısını heç nə ilə almaq mümkün deyil. Onsuz da birinci Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə rus ordusu Ermənistana hərtərəfli dəstək verib. Amma ötən illərdə heç bir təhdid Azərbaycanı torpaqlarından imtinaya sövq edə bilməyib. Azərbaycan prezidentinin ötən həftə işğaldan azad edilmiş Lələtəpə istiqamətindən Ermənistana və havadarlarına xəbərdarlıq etməsi Bakının mövqeyinin dəyişməz olacağını sübut edir. Üstəlik, bu məqamda xəbər yayılıb ki, Azərbaycan İsrailin “Dəmir qübbə” raketdən müdafiə sistemlərini istehlak edən ilk ölkə olacaq. Söhbət bir batareyası 4 kilometrdən 70 kilometrə qədər məsafədən buraxılan reaktiv sursatlardan 150 kvadrat kilometr ərazini müdafiə etmək qabiliyyətində olan silah növündən gedir. Təbii ki, Rusiya-Ermənistan hərbi müttəfiqliyi Azərbaycanı daha ciddi müdafiə tədbirlərinə vadar edir.
Image result for Rusiya-Ermənistan hərbi birləşməsi
Politoloq Arzu Nağıyev hesab edir ki, Rusiya-Ermənistan hərbi birləşməsinin yaradılmasında əsas məqsədlərdən biri də Dağlıq Qarabağdakı “ordu”nu leqallaşdırmaqdır: “Bu qərar Azərbaycan üçün birbaşa heç bir təhdid yaratmır, sadəcə olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxara bilər. İndiyə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiya ilə Ermənistan ərazisində ikitərəfli müqavilə mövcuddur”.
Ancaq ekspert dolayısı ilə yaradılan birləşmənin Azərbaycana təhlükəsini də istisna etmir: “Bu müqavilə çərçivəsində Ermənistanın ərazisinə hər hansı təcavüz olarsa, Rusiya onu qorumalıdır. Çünki KTMT-nin əsas məqsədi bundan ibarətdir”.
Image result for Arzu Nağıyev
A.Nağıyev bildirdi ki, Azərbaycan prezidentinin keçirilən genişmiqyaslı hərbi təlimlərdə iştirakı və verdiyi bəyanat erməni rəhbərliyinə, onun havadarlarına, separatçılara, eyni zamanda münaqişənin həlli ilə birbaşa məşğul olmalı olan beynəlxalq qurumlara, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ciddi bir mesaj oldu: “Eyni zamanda yəqin ki, sonuncu xəbərdarlıqdır. Məhz bu xəbərdarlığın Lələtəpədən edilməsi də mühüm əhəmiyyət daşıyır. Yəni bir müddət erməni hərbi qurumlarının və ya terror təşkilatlarının işğalında olan, bir həmlə ilə oradan qovulan Lələtəpə bu gün bir qələbə rəmzidir, Azərbaycan bayrağının dalğalandığı məkandır. Bir sıra ermənipərəst qüvvələr Azərbaycan ordusunun öz ərazilərimizdə keçirilən təlimlərə sırf qərəzli münasibət göstərsələr də, bir müddət öncə işğalçıların 45 minlik ordu ilə Ağdam və digər işğal edilən ərazilərdə keçirdikləri təlimlərə susdular. Yəni bunlar münaqişəyə ikili standartdan yanaşma kimi qiymətləndirilməlidir. Ermənilər də, onların havadarları da artıq dərk edirlər ki, Azərbaycan ərazisində ikinci bir erməni dövləti yarana bilməz, status məsələsi də müəyyən mərhələdən sonra danışıqlar mövzusu ola bilər. Məhz buna görə də prezidentin xəbərdarlığı öz ünvanına çatır və artıq işğalçılar, separatçılar və havadarları tərəfindən müxtəlif anti-Azərbaycan reaksiyaları da gəlir”.
Image result for Şahin Cəfərli
Politoloq Şahin Cəfərli isə “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması hər şeydən əvvəl Moskvanın Qafqazda öz mövqelərini və ümumən öz cənub-qərb sərhədlərini möhkəmləndirmək planlarının tərkib hissəsidir: “Bilirsiniz ki, Rusiya SSRİ-nin dağılmasından bəri Ermənistanda hərbi baza saxlayır, lakin son illər dəyişən geosiyasi reallıqlar nəticəsində Moskva belə qərara gəldi ki, bu bazanın mövcudluğu təkbaşına yetərli deyil. Yeni situasiyaya uyğunlaşmaq üçün Kremlin siyasi-hərbi müstəvidə ciddi addımlar atdığını müşahidə etməkdəyik. Əvvəla, Ermənistanla hərbi müttəfiqliyin çox möhkəm və dərin müqavilə-hüquq bazası yaradılır, burada məqsəd Ermənistanı daha sıx özünə bağlamaq və bu ölkədə hər hansı siyasi dəyişiklik ehtimalına qarşı sığortalayıcı tədbirlər görməkdir. Yəni tutaq ki, Ermənistanda qəflətən hakimiyyət dəyişikliyinin baş verməsi nəticəsində qərbyönlü qüvvələr iqtidara gələrsə, onların Rusiya ilə müttəfiqliyi pozmaq imkanı olmasın. Sırf hərbi nöqteyi-nəzərdən yanaşdıqda isə biz Rusiya ilə Ermənistan arasında inteqrasiya olunmuş vahid hərbi strukturların yaradılmağa başlandığını görürük. Xatırlayırsınızsa, bundan öncə Rusiya-Ermənistan birləşmiş regional hava hücumundan müdafiə sisteminin yaradılması qərara alınıb”.
Image result for Kreml
Ş.Cəfərli bir məsələyə də diqqət çəkdi: “Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqləri ilə regional prinsip əsasında  – Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz – birləşmiş HHM sistemləri yaradır və bunlar inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərəcək. Rusiyanın Ermənistana ”İsgəndər” operativ-taktiki raket kompleksləri ötürdüyünü də xatırlatmaq yerinə düşər. Əslində Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması daha əvvəl mövcud idi, indi isə söhbət qruplaşmanın funksionallığının dəyişdirilməsi və sayının artırılmasından gedir. Sülh dövründə qruplaşmanın komandanı erməni generalı olacaq, müharibə dövründə isə Rusiyanın Cənub hərbi dairəsinin komandanı da qruplaşmanın idarə edilməsində iştirak edəcək”.
Ekspert xatırlatdı ki, tərəflər bu anlaşmanın üçüncü ölkəyə qarşı yönəlmədiyini bildirirlər: “Azərbaycandakı bəzi şərhçilərdən də bənzər fikirlər eşidirik ki, bu məsələ Azərbaycana təhlükə yaratmır. Əlbəttə, Rusiya Ermənistanla birlikdə sabah Azərbaycana və ya hansısa digər ölkəyə hücum etməyəcək, söhbət bundan getmir. Lakin bu anlaşma və ümumiyyətlə, Rusiya-Ermənistan hərbi müttəfiqliyinin dərinləşməsi Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından potensial təhdiddir. Təhlükə və təhdid anlayışlarını təkcə birbaşa silahlı hücum mənasında başa düşmək lazım deyil. Təhlükə odur ki, qarşı tərəf – düşmən və ya rəqib, adı nə olursa olsun – güclənir, regionun böyük dövləti ilə müttəfiqliyini möhkəmləndirir, paritet onun xeyrinə pozulur. Məsələn, Yaponiya niyə öz ərazisində Amerikanın böyük hərbi kontingentini saxlayır? Hansısa dövlət gəlib Yaponiyanı işğal edəcək? Xeyr, hazırkı dövrdə belə bir real təhlükə çox az ehtimal olunur. Yaponiya üçün təhlükə odur ki, o, zəif və köməksiz olarsa, bölgədə Çin, Şimali Koreya, hətta Rusiya kimi dövlətlər onun maraqlarını nəzərə almaz.
Bu səbəblə, Yaponiya potensial təhdidləri nəzərə alaraq ABŞ-la sıx müttəfiqlik qurub. Böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, bütün ciddi dövlətlər potensial, ehtimal olunan təhdidləri nəzərə alaraq hərəkət etməlidir. Bu ilin aprel döyüşləri hərbi tarazlığın Azərbaycanın xeyrinə dəyişdiyini ortaya qoymuşdu, Moskvanın son addımları isə bu tarazlığını bərpasına yönəlməklə birlikdə həm də Ermənistanın təhlükəsizliyinə əlavə təminatların verilməsi deməkdir. Bu, Azərbaycanın manevr imkanlarını daraldır və işğalçı tərəfin özünəinam hissini artırır. Özünü tam güvəndə hiss edən Ermənistanın sülh danışıqlarında ciddi güzəştlərə getməsini gözləməyə dəyməz. Putinin məlum sərəncamının zamanı da diqqətəlayiqdir. Bu hadisə Azərbaycan prezidentinin cəbhə xəttində verdiyi sərt bəyanatlardan dərhal sonraya təsadüf etdi. Təkcə bu faktın özü bizim ciddi nəticələr çıxarmalı olduğumuzu göstərir”.
***
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, birgə qoşun qruplaşması “cənub istiqamətində” yerləşdiriləcək. Söhbət Ermənistanın Türkiyə və Naxçıvanla sərhədindən gedir. Hətta birgə qoşun qruplaşmasına kimin komandanlıq edəcəyi barədə də məlumat sızdırılıb-bu, Ermənistan ordusunun Türkiyə və Naxçıvanla sərhəd istiqamətinə cavabdeh olan 4-cü korpusunun keçmiş komandanı, general-mayor Andranik Markayandır.
Elşad PAŞASOY
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930