Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Putinin Ermənistanla birgə qoşun yaratmaq əmri: Qarabağa görədir…

Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin Ermənistanla birgə qoşun qruplaşmasının yaradılmasına dair sazişin imzalanmasına icazə verən sərəncam imzalayıb. Sərəncama əsasən bu məqsədlə yaradılan işçi qrupuna danışıqlar aparmaq və saziş layihəsi üzərində işi tamamlamaq səlahiyyəti verilir.

Rusiyanın Ermənistanla birgə qoşun qruplaşması yaradacağı barədə xəbərlər hələ ilin əvvəllərində yayılmışdı. Bu, Rusiya prezidenti Vladimir Putinin NATO ilə sərhədlərə əlavə qoşun birləşmələrinin yerləşdirilməsi barədə Müdafiə Nazirliyinə verdiyi əmrdən sonraya təsadüf edirdi.

Daha sonra iyul ayında məlum oldu ki, Rusiya silahlı qüvvələrinin Baş qərargahının nümayəndə heyəti birgə qoşun qruplaşmasının yaradılmasına dair detalları müzakirə etmək üçün İrəvana səfər edib. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, birgə qoşun qruplaşması “cənub istiqamətində” yerləşdiriləcək. Söhbət Ermənistanın Türkiyə və Naxçıvanla sərhədindən gedir. 

Rusiya mənbələri isə bildiriblər ki, birgə qoşun qruplaşmasına Ermənistan ordusunun 4-cü ordu korpusu və Gümrüdəki 102-ci Rusiya hərbi bazasının birləşmələri daxil olacaq. Hətta birgə qoşun qruplaşmasına kimin komandanlıq edəcəyi barədə də məlumat sızdırılıb-bu, Ermənistan ordusunun Türkiyə və Naxçıvanla sərhəd istiqamətinə cavabdeh olan 4-cü korpusunun keçmiş komandanı, general-mayor Andranik Markayandır.

Rusiya Ermənistanda hərbi baza saxladığı və bu ölkə ilə vahid hava hücumundan müdafiə sistemi formalaşdırdığı, onun təhlükəsizliyini təmin etməyə dair uzunmüddətli öhdəliklər götürdüyü bir vaxtda birgə qoşun qruplaşmasının yaradılması nəyə lazım idi?

Putinin sərəncamında göstərilir ki, məqsəd “Qafqaz kollektiv təhlükəsizlik rayonunda tərəflərin təhlükəsizliyinin təmi edilməsi, silahlı hücumlara adekvat reaksiya, tərəflərə yönəlmiş digər çağırışlara və təhdidlərə” reaksiya verməkdir. Qruplaşma dinc dövrdə Ermənistan silahlı qüvvələrinin Baş qərargahına tabe olacaq, hərbi dövrdə isə “vəziyyətdən asılı olaraq” Rusiyanın Cənub hərbi dairəsinin komandanlığına tabe olacaq.

Putinin sərəncamı Rusiyanın ekspert dairələrində geniş  şərh olunur. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun regional təhlükəsizlik və Qafqaz problemləri Mərkəzinin əməkdaşı Vadim Muxanov “Svobodnaya pressa”ya şərhində deyir ki, birgə qoşun qruplaşmasının yaradılması regionda vəziyyəti stabilləşdirməyə kömək edəcək və “bəzi qaynar başları ayıldacaq”. Ekspertin fikrincə, xüsusən bu addım Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyətin apreldə olduğu kimi kəskinləşməsinin qarşısını almağa xidmət edəcək.

Lakin Muxanova görə birgə qoşun qruplaşmasının yaradılmasının Dağlıq Qarabağa birbaşa təsiri məsələsi açıq qalır. “Mühüm məqamdır ki, Rusiyanın Ermənistana verdiyi təhlükəsizlik təminatı Dağlıq Qarabağa aid deyil. Çünki Dağlıq Qarabağı heç kim dövlət kimi tanımayıb, bütün razılaşmalara görə bu region Ermənistanın tərkibinə daxil deyil. Ora hansısa “boz zona”dır. Ona görə də müəyyən kazus yaranır”-ekspert deyib.

Bununla belə Muxanov hesab edir ki, məsələnin siyasi tərəfindən baxanda birləşmiş qruplaşma “regionda situasiyaya müsbət təsir edəcək”, yəni destablizasiyanın qarşısını alacaq.

Bəs nəyin hesabına? Bir halda ki, Ermənistan-Rusiya qoşun qruplaşması ancaq Ermənistan ərazisində təhlükəsizliyə cavabdeh olacaq və Azərbaycan ərazisi olan Dağlıq Qarabağda bu qoşunların tətbiqi üçün heç bir hüquqi əsas ola bilməz.

Vadim Muxanova görə birgə qoşun qruplaşmasının yaradılmasından sonra “qonşu dövlətlər” istənilən hərbi toqquşma təşəbbüsünə əl atmazdan əvvəl daha çox düşünəcəklər və məsuliyyətli olacaqlar. “Əgər birgə qoşun qruplaşması barədə xəbərlər həmin qonşu dövlətlərin hakimiyyətlərinə təzyiq göstərsə o zaman hərbi əməliyyatların başlanması ehtimalı xeyli azalmış olacaq”-Muxanov belə hesab edir.

Ümumiyyətlə, Rusiyanın ekspert dairələrində hesab edirlər ki, Ermənistana “İsgəndər” operativ-taktiki raketlərinin verilməsinin ardınca birgə qoşun qruplaşması yaratmaq Moskvanın Qarabağda hərbi əməliyyatların yenidən başlanmasını tamamilə istisna etməyə yönəlib. Lakin Rusiya bundan əvvəl də Ermənistana hər cür təhlükəsizlik qarantiyası və havayı silahlar vermişdi, ancaq bu amillər münaqişənin apreldə alovlanmasına mane ola bilmədi…

Virtualaz.org

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930