Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Prezident mərmidən dağılan evlərə pul ayırıb, məmurlar isə deyir ki, pul yoxdur…

Aprel döyüşlərində evimizə ciddi zərər dəydi. Ev tam yararsız vəziyyətə düşdü. Ağdam rayon İcra Hakimiyyətinin qapısına yaxın düşə bilmirik. Deyirlər, evinizi təmir-bərpa etməyə büdcədə pul yoxdur”.

Virtualaz.org xəbər verir ki, bunu Ağdamın təmas xəttinə yaxın Çəmənli kənd sakini Arif Quliyev “Azadlıq” radiosuna şikayətində deyir.

Kənd sakini prezident İlham Əliyevin bu ilin aprel döyüşlərində zərər çəkmiş yaşayış yerlərinin təmir-bərpasının dövlət hesabına həyata keçirilməsi barədə tapşırığından xəbərdardır. Ancaq kəndli bildirir ki, yerli strukturlar ayrılmış həmin vəsaiti qəzalı vəziyyətə düşən evlərə xərcləməkdə “simiclik” edirlər: “Kənddə çox evlər yararsız hala düşüb. Ancaq gəlib baxış keçirib akt yazırlar ki, evin qəzalı vəziyyətə düşməsinin mərmiylə əlaqəsi yoxdur. Rəsmi belə yazırlar, şifahi isə deyirlər ki, “prezidentin pul ayırması elə-belə şeydir, əslində, pul-filan ayrılmayıb, ayrılıbsa da, gəlib əlimizə çatmayıb ki, sizin evləri təmir-bərpa edək”.

Arif Quliyevin özünün bu işləri görməsi üçün vəsaiti yoxdur. İşsizdir, öhdəsində xəstə uşaqlar və ahıl yaşlı ailə üzvləri var:“Allaha and olsun ki, otaqlar dağılıb, cəmi bircə otaq qalıb. Yayda həyətdə yatırdıq, indi qışdır, məcbur olub həmin qəzalı otağa yığışmışıq. Sabah evin böyrünə bir mərmi də düşsə, bu otaq dağılacaq. Uşaqlar yatır, böyüklər keşik çəkir ki, mərmi-filan gəlsə, götürüb qaçaq. Onsuz da cəbhə xəttində yaşamağın özü bir zülmdür. Üstəlik, məmurların bizi incitməsi vəziyyətimizi daha dözülməz edir”.

Çəmənli sakini mərmidən qəzalı vəziyyətə düşən evində bərpa işlərinin aparılmasını hökumətdən tələb edir.

Ağdam rayon İcra Hakimiyyətindən  bildirilib ki, Arif Quliyevin evinə baxış keçiriləcək: “Mərmidən qəzalı vəziyyətə düşən 15-ə yaxın ev siyahıdadır. O siyahıda Arif Quliyevin evi yoxdur. Ola bilsin ki, ev mərmidən yox, istismar müddətini başa vurduğundan qəzalı vəziyyətə düşüb. Bu səbəbdən də siyahıya salınmayıb. Yenə də araşdırarıq”.

Bu il mayın 2-də prezident İlham Əliyev “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama görə, əsasən, Ağdamın kəndlərində mərmilərdən zərər çəkmiş evlərin təmir-bərpası qısa zamanda başa çatmalıydı.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930