Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Erməni ekpert təşvişdə: “Trampın siyasi vurğusu Ermənistana yaxşı heç nə vəd etmir ”

Razmik Martirosyan

168 жам (Ermənistan), 11.11.2016

Tramp biznesmendir, onun düşüncə tərzi siyasətçilərin məntiqindən bir qədər fərqlənir. ABŞ-ın Qafqaz siyasətinə gəlincə, Ermənistana böyük əhəmiyyət verilməyib. Respublikaçılar partiyasının Qafqaz siyasəti “Türkiyə-Gürcüstan tandemi” və Azərbaycan oxuna əsaslanır. Bu, vurğunun dəyişilməsi, Ermənistanın bölgə layihələrindən təcridinə səbəb olub, Qarabağ münaqişəsində isə Azərbaycana böyük əhəmiyyət verilib ki, bu da Ermənistanın Rusiyadan böyük asılılığına düşməyə məcbur edib. Bax, bu cür mənfi nəticələrlə üzləşmişik. Təkcə düşmənimiz ABŞ administrasiyasınün gözündə nüfuz əldə etməyib, lakin bunun vahiməsi də bizi böyük qardaş axtarışında Rusiyadan daha böyük asılılığa düşməyə vadar edib”, – deyə Beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə Ermənistan institutunun qurucusu, rəhbəri Stepan Səfəryan ABŞ-da prezident seçkilərinin nəticəsini şərh edərkən bu cür fikir ifadə edir.

Səfəryanın fikrincə, respublikaçılar İrana münasibətdə də sərt mövqe tuturlar ki, bu da Ermənistan-İran münasibətlərinə təsirdə yer alır. Ekspert hesab edir: “Tramp seçkiqabağı dövrdə də deyirdi ki, nüvə sazişi Amerikanın tarixində ən pis sazişlərdən biriydi. Yəni o, ABŞ-ın İrana münasibətini yenidən nəzərdən keçirsə və ABŞ-İran münasibətləri yenidən inamsızlıq müstəvisinə keçsə, bu, Ermənistanda əksini tapacaq. Bir sözlə, bu cür siyasət Ermənistanı daha böyük təcridlə və Rusiyadan daha güclü asılılıqla təhdid edir. Bu isə Qarabağ məsələsi və Ermənistana xüsusən mənfi təsir edə bilər”.

Səfəryanın sözlərinə görə, Tramp seçkiqabağı yarışda Qafqaz haqda praktik olaraq heç nə deməyib, lakin İran-Rusiya münasibətləri haqda sözlərindən təxminən aydın olur ki, bunun Qafqaza təsiri necə olacaq. Ekspert qeyd edir: “Tramp deyirsə ki, Rusiya ilə əməkdaşlıq edəcək və razılaşırsa ki, dünyanın bir hissəsi Putinə, o biri hissəsi isə ABŞ-a məxsusdur, bu o deməkdir ki, xarici siyasətdə Ermənistanın manevr məkanı və imkanları daralır. Tramp deməyib ki, Putinin imperialist iddialarını qəbul edir. Hillari Klinton və demokratik administrasiya da Rusiya ilə əməkdaşlığı heç vaxt istisna etmirdi, lakin deyirdilər ki, Krım və Ukrayna kimi hallarla bağlı dövlətlərin qanuni hökumətlərinə təzyiq etmək cəhdlərini qəbul etmirlər. Yəni onlar bu məsələlərdə öz prinsipial mövqelərini saxlayırlar, digər məsələlərdə əməkdaşlıq mümkündür. Trampla bağlı halda qeyri-müəyyənlik daha böyükdür – Rusiya və ABŞ sazişə necə gələcək, nəyin ətrafında razılaşacaq, ABŞ Rusiyanın Krım və başqa yerlərdə fəaliyyətini qəbul edəcəkmi?”

Lakin ekspert qeyd edir ki, Hillari Klintonla bağlı halda olduğu kimi Donald Trampla bağlı da bir məsələni unutmaq lazım deyil – “seçkiqabağı atmosfer sonrakı siyasi kurs üçün müəyyənləşdirici hesab edilə bilməz. Tramp ağlına gələni müstəqil şəkildə edə bilməz, çünki Amerika dövləti özlüyündə sistemi təmsil edir. Lakin fərq etməz, bu namizədin siyasi vurğusu Ermənistana yaxşı heç nə vəd etmir. Klinton isə dövlət katibi olarkən Ermənistana iki dəfə səfər edib, erməni Soyqırımı (mətndə bu cürdür-tərc.) memorialına əklil qoyub, Türkiyəyə təsir rıçaqları yaratmaq qəsdilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına təkan verib ki, bu da Ermənistanın da maraqlarına uyğun idi”.

Tərcümə Strateq.az-ındır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930